Beynin qocalmasını 3 dəfə sürətləndirdiyiniz bilsəniz, bir də dilinizə belə vurmayacaqsınız
Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Hətta az miqdarda alkoqolun müntəzəm qəbulu beynin vaxtından əvvəl qocalmasına səbəb olur. Onun sözlərinə görə, bu proses gizli gedir və insan uzun müddət fərqinə varmır. Amma nəticə kifayət qədər ağır olur"
Demokrat.az xəbər verir ki, bunu rusiyalı narkoloq Andrey Tyurin deyib. O bildirib ki, spirtli içkilərin davamlı istifadəsi beynin yaşa bağlı atrofiya prosesini iki-üç dəfə sürətləndirir. Bu isə o deməkdir ki, 40 yaşlı insanın beyni MRT müayinəsində 60 yaşlı şəxsinki kimi görünə bilər.
Tyurin vurğulayıb ki, etanol birbaşa neyrotoksin sayılır. Zaman keçdikcə sinir hüceyrələrini məhv edir. Xüsusilə yaddaş və emosiyaların tənzimlənməsinə cavabdeh olan hipokamp daha çox zərər görür.
Onun sözlərinə görə, alkoqol beyində ağ maddəni də zədələyir. Bu isə siqnalların ötürülməsini zəiflədir. Nəticədə reaksiyalar ləngiyir, koordinasiya pozulur, eyni anda bir neçə işi idarə etmək çətinləşir. Bu problemlər təkcə sərxoş vəziyyətdə deyil, ayıq vaxtlarda da özünü göstərə bilir.
Narkoloq əlavə edib ki, gündəlik olaraq hətta bir qədəh şərab və ya bir butulka pivə qəbul edən insanlarda 5-6 il ərzində ağ maddənin bütövlüyü 15-20 faiz azalır. Bu isə damar mənşəli demensiyaya aparan yol hesab olunur.
Həkim onu da diqqətə çatdırıb ki, alkoqol telomerlərin qısalmasını sürətləndirir. Bu göstərici bioloji yaşın əsas markerlərindən sayılır. Paralel olaraq gənc neyronların məhvi sürətlənir, nəticədə öyrənmə qabiliyyəti zəifləyir, dəyişikliklərə uyğunlaşma çətinləşir, səbəbsiz əhval dəyişiklikləri yaranır.
Tyurin daha əvvəl də gündəlik vərdişlərin alkoqol asılılığına gətirib çıxara biləcəyini demişdi. O, xüsusilə stressi spirtli içki ilə azaltmaq cəhdlərini riskli davranış kimi qiymətləndirib.
İsmayl
Demokrat.az
Bu mövzuda digər xəbərlər:Beynin qocalmasını ləngidən zülal
12 Fevral 2026 16:04
Beynin qocalmasını yavaşlatmağın yolu
24 Oktyabr 2026 19:18
Pilləkənlərlə qalxmaq beynin qocalmasını ləngidir
01 Aprel 2025 10:06
Pis yuxu beynin qocalmasını sürətləndirir
03 Oktyabr 2025 11:15
Stolüstlü oyunlar beynin qocalmasını ləngidir
25 Mart 2026 22:09
Baxış sayı:137
Bu xəbər 27 Aprel 2026 01:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















