Icma.az
close
up
RU
Bəyoğlan kişinin arıqlamaqlığı

Bəyoğlan kişinin arıqlamaqlığı

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

(hekayə)

Səhər – səhər avtobus dayanacağında qonşuluqda  yaşayan sarıbəniz, kürən kişinin dünən işdə müdirindən də eşitdiyi, “Bəyoğlan müəllim, yaman arıqlamısan ha, səhhətiniz necədir” sözləri qanını necə deyərlər lap it qanı kimi qaraltdı.

Heç nə yoxdur, idmana güc vermişəm,bir də ki, yaşım da o yaş deyil axı... Deyirəm qoy bir az yüngülləşim, cənazəmə girənlər dodaqaltı mırtıldamasınlar, bu köpəyoğlu çiynimizi qırdı ki, - deməsinlər.

Qonşusu Bəyoğlanın sözünü çox güman ki, yağ – bal kimi qarşılamadı, üzünü çevirib bir az aralıda papirosuna dəm verdi.

Bəybala Xansuvarlı işə çatan kimi sanitar qovşağındakı güzgünün qabağında sir – sifərinə xeyli tamaşa elədi. Yolboyu səpələyən payız yağışı seyrək, ağappaq saçını islatdığından anaş toyuğun altında gizlənən cücəyə oxşatmışdı onu. Buxağından sallanan qoşa damarlar, gözlərinin altındakı qapqara torbacıqlar, üçbucaq xətkeş küncünü xatırladan hulqumu, bir də heç vaxt dolmayacaq ovurdları, köhnə, solğun peraşkiyə bənzəyən şəlpə qulaqları hələ də gənclik eşqi ilə çırpınan ürəyini kəlbətin kimi sıxdı. “hə, qocalıq gəlib çıxıb boynuna, xəbərsiz - ətərsiz, icarəsiz. Nə olsun ki, işdə qızlar sənə xala – xətirin qalmasın  “gülü burnunda”, “çiçəyi burnunda” oğlan deyir, könlünü açırlar, yox, daha sənin dövranın keçib gedib, işini, bacarığını nəzərə alıb hələlik yola verirlər, abırın – həyan olsa idarədə yaş senzi nəzərər alınmasa da, keçmişinə, istedadına hörmət əlaməti kimi əmək kitabçanı qoltuğuna verib evə yola salmasalar da gərək özün bir nəticə çıxarasan” – deyə dodaqaltı gileyləndi.

Bəyoğlan kişinin ən çox zəhləsi getdiyi, xoşlamadığı söz kiməsə ünvanlanan “ yaman arıqlamısan” ifadəsidir. Hələ yaxşı ki, birbaşa “sınıxmısan”,  “üzülmüsən”, “halsızlaşmısan” demirlər. Bu sözləri eşidən adam hansı bədbin fikirlərə düşər, bir Allah bilir. Sonra da ki, adam kökələr də, arıqlayar da, burada nə var axı... Əslində heç açıb – ağardılası məsələ də deyil. Kim acından ölür axı... Söhbət yeməkdən getmir, fikir – zikirdən, qəm – qüssədən gedir. Bəyoğlan müəllim də olduqca həssas adam olduğundan hər şeyi ürəyinə salır, özünə dərd eliyir. Özgələrinin, tanımadığı insanların da dərdini özününkü bilir, onlarla həmdərd olur, köməyini, yardımını əsirgəmir. Çox vaxt qədrini bilməsələr də xeyirxah əməllərindən əl çəkmir.

Bəybala Xansuvarlı ölkənin tanınmış, istedadlı memarlarından olduğu üçün uzun illər imkanlı, nüfüzlu idarələrin birində üzdə olan əməkdaşı kimi ad – san qazanıb. Son illər isə ictimai təşkilatda məsləhətçi kimi gününü yola verir. Evdə işə çıxmamağı, nəvələri ilə gün keçirməyi məsləhət bilsələr də, ailə üzvlərini birtəhər başa salır ki, işləməsə, kollektivdə camaat arasında olmasa bağrı çatlayar, tez ölüb gedər. Əlbəttə, ağsaqqalın bu dünyanı vaxtsız  ( vaxtsız deyəndə ki, yetmiş  yaş az da deyil axı...) getməyini heç kim arzulamır, heç ürəyindən də keçirmir. Bir də ki, az – çox ailə büdcəsinə əlavə gəlirdən kim qaçar ki... Bəyoğaln müəllim də əlinə düşəni, halal qazancını ailəsinə, nəvələrinə xərcləyir. Bayramlarda hamının kefi kökəlir. Bilirlər ki, babaları hədiyyə alacaq, hələ üstəlik babat restoranların birində urvatlı bir səhər yeməyi də verəcək. Belə babanın da uzun yaşaması, sağlam olması və təbii ki, haradasa ortabab bir işdə çalışması ailə üzvlərinin hamısının ürəyindən olmalı idi.

...Bəyoğlan müəllimin üz – gözünü, seyrək saçlarını sahmana salıb iş otağına qayıtması ilə qapının açılması bir vaxta düşdü. Kərim müəllim idi, müdirləri.

Salam, Bəyoğlan müəllim, dünən sənə irad tutmuşdum ha, sınıxmağını deyirdim. Xətrinə dəyməyib ki, cavan oğlan?... Yox, yox, qətiyyən. Müdir, mən əslində ona görə arıqlayıram, sınıxmaq yox ha, arıqlamağımı deyirəm, məhz ona görə arıqlayıram ki, əvəzimdə sizin kimiləri əmələ gəlsin, kökəlsin, gombultəhər olsun. Mənə belə gəlir ki, ətli – canlı olsanız özünüzə də, ətrafdakılara da ləzzət eləyər.

Müdir  daha söz oynatmağa risq eləmədi. Yaxşı bilirdi ki, memarlıqla yanaşı yazı – pozu ilə müntəzəm məşğul olan Bəyoğlan müəllimə söz çatdıra bilməyəcək.

Bəyoğlan da yüz faiz əmin idi ki, müdirə dediyi sözün mütləq altını çəkəcək. Belə də oldu. İşin axırında kadrlar şöbəsinin müdiri Minayə xanım onu yanına dəvət elədi.

Müəllim, bilirsiniz də, ilin axırında bizdə ixtisarlar gözlənilir. Bəlkə sən elə öz ərizənlə... Xanım bir ağ vərəq qıyarsanmı mənə? Bir də otağıma keçməyim, vaxt itirməyə dəyməz -  dedi Bəyoğlan müəllim. Sonra da əlavə elədi; Adıma, soyadıma diqqət eləsən kimliyimi, xarekterimi dəqiqləşdirə bilərsən. Yəqin bu məqamları hamınız yaddan çıxarmısınız. Bəy olasan, xanın genini daşıyasan, mərdliyi, kişiliyi yaddan çıxarasan, heç cürə alınmaz. Bu gündən mən idarədə yoxam. Müdirinizdə gözünüz olsun. Onun qohum – qardaşlarından topa saqqallı, qulağı sırğalı, toppuş gədələrdən birini də gətirin oturdun mənim stolumda. Allah xeyir versin. Bəyoğlan müəllim bu sözləri dedi və dərhal ürəyində fikirləşdi; “Görəsən çox ağ eləmədi ki... Heç hənanın yeridir? Nə bəy, nə xan... Köhnə dillə desək, adi kəndçi, zəhmətkeş balası olub. Atasının halal çörəyi ilə böyüyüb.

Bəyoğlan adını da kimsə kefindən qoyub yəqin. Bəy kimi yaşamaq, bu dünyanın kefini çıxarmaq isə bütün ömrü boyu bəxtinə yazılmayıb ki, yazılmayıb. Elə bu hekayəni qələmə alarkən mən də fikirləşdim ki, Bəyoğlan müəllim müdirlə qədərindən artıq kəskin danışıb axı...

Ertəsi gün hekayəmizin qəhrəmanı Bəyoğlan müəllim həyətdə kürən kişi ilə rastlaşanda qonşusunun əllərini möhkəm – möhkəm sıxıb astaca pıçıldadı;

Qonşu çalışın arıqlamayın, sonra düşər – düşməzi olar birdən. Məndən də nigaran qalmayın. Sabahdan məhəllədəki ağsaqqalların, tay – tuşlarımın iştirakı ilə nərd turnirinə başlayırıq. Yaşın çatanda səni də məmnuniyyətlə yarışlara dəvət edərik, inşallah!

Akif CABBARLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:210
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 04 Noyabr 2024 18:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Prezident Şuşadan hansı mesajları verdi?

14 İyul 2026 12:44see376

“Qəbələ” futbolçusunu Slovakiya klubuna satdı BU MƏBLƏĞƏ

14 İyul 2026 02:46see291

Çempiondan ayrılan Elvin bu klubla müqavilə bağlayır

14 İyul 2026 02:17see257

“Eyni dildə danışan insanlar bəzən bir biri ilə vuruşurlar”

14 İyul 2026 00:23see249

Panik atak və infarktı necə ayırd etmək olar?

14 İyul 2026 00:01see246

Avtomobildən zibil atanları hansı cəza gözləyir?

14 İyul 2026 11:51see231

Baş nazirdən Bakı Şəhər İcra Hakimiyyəti ilə bağlı QƏRAR

14 İyul 2026 17:15see204

Seneqal millisinin əsas həkimi ginekoloq imiş

14 İyul 2026 01:27see204

Günə baxırlar... Fotolar

14 İyul 2026 01:47see197

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Slovakiya Prezidenti Peter Pelleqrinin Azərbaycana səfəri ilə bağlı daha bir paylaşım olunub (Video)

14 İyul 2026 20:45see186

Daha bir ölkədən Rusiyaya SANKSİYA xəbəri...

15 İyul 2026 03:05see175

Zelenski: Ukraynaya 300 raket lazımdır

14 İyul 2026 05:14see168

Rəşad Sadıqov: “Gələcəyimi “Zirə”də görürəm”

15 İyul 2026 01:04see167

Zinəddin Zidan DÇ 2026 dan sonra Fransa millisini çalışdıracaq

15 İyul 2026 03:31see162

Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür

14 İyul 2026 00:04see162

Azərbaycanda “Temu”ya qarşı İŞ QALDIRILDI KONKRET

14 İyul 2026 16:24see159

Baloqun qırmızı vərəqəsinin ləğvi barədə: “Bu, tamamilə unikal bir şey idi”

15 İyul 2026 07:14see154

Bakıda ilk dəfə Lego Mego uşaq əyləncə mərkəzi açıldı

15 İyul 2026 01:08see146

Ukrayna parlamentinə Baş nazirin istefa ərizəsi daxil olub

13 İyul 2026 23:17see146

Bakı klubundan ayrılan braziliyalı bölgə komandasına qoşulmağa yaxındır

14 İyul 2026 01:50see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri