Icma.az
close
up
RU
Bəyoğlan kişinin arıqlamaqlığı

Bəyoğlan kişinin arıqlamaqlığı

Reyting.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Akif Cabbarlı

(hekayə)


Səhər-səhər avtobus dayanacağında qonşuluqda yaşayan sarıbəniz, kürən kişinin dünən işdə müdirindən də eşitdiyi, “Bəyoğlan müəllim, yaman arıqlamısan ha, səhhətiniz necədir” sözləri qanını necə deyərlər, lap it qanı kimi qaraltdı.
- Heç nə yoxdur, idmana güc vermişəm, bir də ki, yaşım da o yaş deyil axı... Deyirəm qoy bir az yüngülləşim, cənazəmə girənlər dodaqaltı mırtıldamasınlar, bu köpəyoğlu çiynimizi qırdı ki, - deməsinlər.
Qonşusu Bəyoğlanın sözünü çox güman ki, yağ-bal kimi qarşılamadı, üzünü çevirib bir az aralıda papirosuna dəm verdi.
Bəyoğlan Xansuvarlı işə çatan kimi sanitar qovşağındakı güzgünün qabağında sir-sifərinə xeyli tamaşa elədi. Yolboyu səpələyən payız yağışı seyrək, ağappaq saçını islatdığından anaş toyuğun altında gizlənən cücəyə oxşatmışdı onu. Buxağından sallanan qoşa damarlar, gözlərinin altındakı qapqara torbacıqlar, üçbucaq xətkeş küncünü xatırladan hulqumu, bir də heç vaxt dolmayacaq ovurdları, köhnə, solğun peraşkiyə bənzəyən şəlpə qulaqları hələ də gənclik eşqi ilə çırpınan ürəyini kəlbətin kimi sıxdı. “Hə, qocalıq gəlib çıxıb boynuna, xəbərsiz - ətərsiz, icarəsiz. Nə olsun ki, işdə qızlar sənə xala-xətirin qalmasın “gülü burnunda”, “çiçəyi burnunda” oğlan deyir, könlünü açırlar, yox, daha sənin dövranın keçib gedib, işini, bacarığını nəzərə alıb hələlik yola verirlər, abırın-həyan olsa idarədə yaş senzi nəzərə alınmasa da, keçmişinə, istedadına hörmət əlaməti kimi əmək kitabçanı qoltuğuna verib evə yola salmasalar da gərək özün bir nəticə çıxarasan”,- deyə dodaqaltı gileyləndi.
Bəyoğlan kişinin ən çox zəhləsi getdiyi, xoşlamadığı söz kiməsə ünvanlanan “yaman arıqlamısan” ifadəsidir. Hələ yaxşı ki, birbaşa “sınıxmısan”, “üzülmüsən”, “halsızlaşmısan” demirlər. Bu sözləri eşidən adam hansı bədbin fikirlərə düşər, bir Allah bilir. Sonra da ki, adam kökələr də, arıqlayar da, burada nə var axı... Əslində heç açıb-ağardılası məsələ də deyil. Kim acından ölür axı... Söhbət yeməkdən getmir, fikir-zikirdən, qəm-qüssədən gedir. Bəyoğlan müəllim də olduqca həssas adam olduğundan hər şeyi ürəyinə salır, özünə dərd eliyir. Özgələrinin, tanımadığı insanların da dərdini özününkü bilir, onlarla həmdərd olur, köməyini, yardımını əsirgəmir. Çox vaxt qədrini bilməsələr də xeyirxah əməllərindən əl çəkmir.
Bəoğlan Xansuvarlı ölkənin tanınmış, istedadlı memarlarından olduğu üçün uzun illər imkanlı, nüfüzlu idarələrin birində üzdə olan əməkdaşı kimi ad-san qazanıb. Son illər isə ictimai təşkilatda məsləhətçi kimi gününü yola verir. Evdə işə çıxmamağı, nəvələri ilə gün keçirməyi məsləhət bilsələr də, ailə üzvlərini birtəhər başa salır ki, işləməsə, kollektivdə camaat arasında olmasa bağrı çatlayar, tez ölüb gedər. Əlbəttə, ağsaqqalın bu dünyadan vaxtsız (vaxtsız deyəndə ki, yetmiş yaş az da deyil axı...) getməyini heç kim arzulamır, heç ürəyindən də keçirmir. Bir də ki, az-çox ailə büdcəsinə əlavə gəlirdən kim qaçar ki... Bəyoğlan müəllim də əlinə düşəni, halal qazancını ailəsinə, nəvələrinə xərcləyir. Bayramlarda hamının kefi kökəlir. Bilirlər ki, babaları hədiyyə alacaq, hələ üstəlik, babat restoranların birində urvatlı bir səhər yeməyi də verəcək. Belə babanın da uzun yaşaması, sağlam olması və təbii ki, haradasa ortabab bir işdə çalışması ailə üzvlərinin hamısının ürəyindən olmalı idi.
...Bəyoğlan müəllimin üz-gözünü, seyrək saçlarını sahmana salıb iş otağına qayıtması ilə qapının açılması bir vaxta düşdü. Kərim müəllim idi, müdirləri.
- Salam, Bəyoğlan müəllim, dünən sənə irad tutmuşdum ha, sınıxmağını deyirdim. Xətrinə dəyməyib ki, cavan oğlan?...
- Yox, yox, qətiyyən. Müdir, mən əslində ona görə arıqlayıram, sınıxmaq yox ha, arıqlamağımı deyirəm, məhz ona görə arıqlayıram ki, əvəzimdə sizin kimiləri əmələ gəlsin, kökəlsin, gombultəhər olsun. Mənə belə gəlir ki, ətli-canlı olsanız özünüzə də, ətrafdakılara da ləzzət eləyər.
Müdir daha söz oynatmağa risq eləmədi. Yaxşı bilirdi ki, memarlıqla yanaşı yazı-pozu ilə müntəzəm məşğul olan Bəyoğlan müəllimə söz çatdıra bilməyəcək.
Bəyoğlan da yüz faiz əmin idi ki, müdirə dediyi sözün mütləq altını çəkəcək. Belə də oldu. İşin axırında kadrlar şöbəsinin müdiri Minayə xanım onu yanına dəvət elədi.
- Müəllim, bilirsiniz də, ilin axırında bizdə ixtisarlar gözlənilir. Bəlkə sən elə öz ərizənlə...
- Xanım bir ağ vərəq qıyarsanmı mənə? Bir də otağıma keçməyim, vaxt itirməyə dəyməz, - dedi Bəyoğlan müəllim. Sonra da əlavə elədi;
- Adıma, soyadıma diqqət eləsən kimliyimi, xarekterimi dəqiqləşdirə bilərsən. Yəqin bu məqamları hamınız yaddan çıxarmısınız. Bəy olasan, xanın genini daşıyasan, mərdliyi, kişiliyi yaddan çıxarasan, heç cürə alınmaz. Bu gündən mən idarədə yoxam. Müdirinizdə gözünüz olsun. Onun qohum-qardaşlarından topa saqqallı, qulağı sırğalı, toppuş gədələrdən birini də gətirin oturdun mənim stolumda. Allah xeyir versin.
Bəyoğlan müəllim bu sözləri dedi və dərhal ürəyində fikirləşdi; “Görəsən çox ağ eləmədi ki... Heç hənanın yeridir? Nə bəy, nə xan... Köhnə dillə desək, adi kəndçi, zəhmətkeş balası olub. Atasının halal çörəyi ilə böyüyüb”.
Bəyoğlan adını da kimsə kefindən qoyub yəqin. Bəy kimi yaşamaq, bu dünyanın kefini çıxarmaq isə bütün ömrü boyu bəxtinə yazılmayıb ki, yazılmayıb. Elə bu hekayəni qələmə alarkən mən də fikirləşdim ki, Bəyoğlan müəllim müdirlə qədərindən artıq kəskin danışıb axı...
Ertəsi gün hekayəmizin qəhrəmanı Bəyoğlan müəllim həyətdə kürən kişi ilə rastlaşanda qonşusunun əllərini möhkəm–möhkəm sıxıb astaca pıçıldadı;
- Qonşu, çalışın arıqlamayın, sonra düşər-düşməzi olar birdən. Məndən də nigaran qalmayın. Sabahdan məhəllədəki ağsaqqalların, tay-tuşlarımın iştirakı ilə nərd turnirinə başlayırıq. Yaşın çatanda səni də məmnuniyyətlə yarışlara dəvət edərik, inşallah!

Müəllifin bütün yazıları - Akif CABBARLI

Bütün yazarlar

Ana səhifəyə dön


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:148
embedMənbə:https://reyting.az
archiveBu xəbər 04 Noyabr 2024 19:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see441

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see329

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see248

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see239

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see236

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see229

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see219

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see217

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see206

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see198

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see194

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see193

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see193

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see193

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see188

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see187

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see182

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see180

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see155

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri