“Beyruta gedib livanlılarla dost olmaq istəyirəm” Hersoqdan sülh MESAJI
Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İsrail Prezidenti Livanla dostluq münasibətləri qurmaq istədiyini bildirib
Redaktor.az xəbər verir ki, bu barədə İsrail Prezidenti İsaak Hersoq açıqlama verib.
Bildirilib ki, o, İsrailin Müstəqillik Günü münasibətilə diplomatlar üçün keçirilən qəbulda çıxış edərək Livanla münasibətlərin normallaşdırılması arzusunu ifadə edib.
Hersoq qeyd edib ki, Yaxın Şərqdə gələcək nəsillər üçün daha təhlükəsiz və imkanlarla dolu mühitin yaradılması əsas məqsədlərdən biridir.
“İsrail bütün oğul və qızlarımızın qorxu deyil, fürsət miras alacağı Yaxın Şərq yaratmaq üçün hamınızla birgə işləməyi səbirsizliklə gözləyir”, – deyə o bildirib.
Prezident əlavə edib ki, onun şəxsi arzularından biri də Livana sərbəst səfər etməkdir.
“Arzum maşına minib birbaşa Beyruta getmək, bu gözəl şəhəri ziyarət etmək və livanlılarla dost olmaqdır”, – deyə Hersoq vurğulayıb.
Qeyd olunub ki, o, İsrail və Livan arasında planlaşdırılan növbəti danışıqlar raundunun uğurlu olacağına ümid etdiyini bildirib.
Hersoq eyni zamanda qeyd edib ki, sülhə nail olmaq üçün İsrail öz sərhədlərinin təhlükəsizliyini təmin etməlidir.
Aminə ŞAHSUVARQIZI
Baxış sayı:103
Bu xəbər 22 Aprel 2026 16:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















