Icma.az
close
up
RU
Bəzən boşanma normal bir çıxış yolu kimi təqdim olunur: Ailələr niyə dağılır?

Bəzən boşanma normal bir çıxış yolu kimi təqdim olunur: Ailələr niyə dağılır?

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

2025-ci ilin yanvar-fevral aylarında ölkədə 3414 boşanma qeydə alınıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı Dövlət Statistika Komitəsi yayıb.

Cəmi iki ay ərzində 3 mindən çox ailənin dağılması cəmiyyətdə ciddi narahatlıq doğurur. Boşanma artıq təkcə şəxsi münasibətlərin deyil, bütövlükdə ictimai həyatın əsas problemlərindən birinə çevrilib.

Bəs, bir ömür boyu birlikdə yaşamaq arzusu ilə qurulan ailələr niyə bu qədər tez dağılır? Hansı səbəblər boşanmanı qaçılmaz edir?

Rafiq Mahmudov, hüquqşünas

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin baş məsləhətçisi, hüquqşünas Rafiq Mahmudov Bakıvaxtı.az-a verdiyi açıqlamada bildirib ki, boşanmaların səbəbləri çoxşaxəli və kompleks xarakter daşıyır.

Onun sözlərinə görə, boşanmalara gətirib çıxaran əsas amillər arasında düşünülmədən qurulan münasibətlər, ailənin təməlindən sarsılması, cütlüklərin ümumi məsələlərdə ortaq qərara gələ bilməməsi, xarakter uyğunsuzluğu, xəyanət, zorakılıq, uşağın olmaması, kənar müdaxilələr və sosial şəbəkələrin mənfi təsiri yer alır.

“Göründüyü kimi, səbəblər kifayət qədər genişdir və bir çox hallarda bunlar üst-üstə gələrək boşanma ilə nəticələnir. Bəzən bu prosesin səbəbkarı ailə üzvlərinin biri, bəzən isə hər ikisi ola bilər”, - deyə hüquqşünas qeyd edib.

Rafiq Mahmudov vurğulayıb ki, heç bir cütlük nikaha daxil olarkən boşanacağını düşünmür. Lakin ailə həyatının gedişatı bəzən bu nikahın davam etməsinə imkan vermir:

“Problemlər zamanla artır, çıxış yolları tapılmır və ya tapmaq üçün səy göstərilmir. Ən əsası, cütlüklər arasında sağlam ünsiyyət qurulmur. Nəticədə, tərəflər üçün ən asan yol kimi boşanma görünür. Ancaq unutmamalıyıq ki, ailə yalnız ər-arvaddan ibarət deyil - ailənin kiçik üzvləri, yəni uşaqlar da bu prosesdən təsirlənir. Onlar bu sarsıntını həm mənəvi, həm də psixoloji baxımdan çox ağır keçirirlər”.

Onun fikrincə, boşanmaların əksəriyyəti sosial-psixoloji səbəblərlə əlaqəlidir və bu fakt bir daha ənənəvi ailə dəyərlərinin qorunması və təbliğinin vacibliyini ortaya qoyur.

Rafiq Mahmudov bildirib ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən mütəmadi olaraq bölgələrdə və paytaxtda ailə və nikah institutunun qorunması, milli ailə dəyərlərinin təbliği və gənclərin ailə həyatına hazırlanması məqsədilə müxtəlif maarifləndirmə tədbirləri həyata keçirilir:

“Mütəxəssislərin iştirakı ilə keçirilən bu tədbirlər, eyni zamanda sosial çarxlar və maarifləndirici layihələrlə müşayiət olunur. Ailə üzvlərinin birlikdə keyfiyyətli zaman keçirməsi, valideyn məsuliyyətinin təbliği kimi mövzular da xüsusi diqqət mərkəzindədir. Nikahın pozulması prosesində uşaqların aldığı travmalar nəzərə alınaraq bu istiqamətdə uşaqlarla da məqsədyönlü işlər aparılır”.

Müsahibimiz əlavə edib ki, bu istiqamətdə beynəlxalq ekspertlərin iştirakı ilə mütəxəssislər üçün təlimlər də təşkil olunur.

“Komitə öz fəaliyyətində uzunömürlü və nümunəvi ailələrin tanıdılmasına geniş yer ayırır. Belə ailələrin cəmiyyətə təqdim olunması digər ailələr üçün həm stimul, həm də örnək xarakteri daşıyır”, - deyə Rafiz Mahmudov bildirib.

Elnur Rüstəmov, psixoloq

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən psixoloq Elnur Rüstəmov bildirib ki, boşanma halları təkcə Azərbaycanda deyil, bütün dünyada artan tendensiya ilə müşahidə olunur. Onun sözlərinə görə, bu prosesə psixoloji, sosial və mədəni amillər ciddi təsir göstərir.

Psixoloqun fikrincə, bir çox insan ailə qurarkən münasibətləri düzgün idarə etmək üçün vacib olan emosional bacarıqlara malik olmur. Bu isə ailədaxili problemlərin yaranmasına səbəb olur.

Elnur Rüstəmov əlavə edib ki, sosial şəbəkələrin təsiri ilə evlilik haqqında romantik və reallıqdan uzaq gözləntilər formalaşır. Lakin insanlar gerçəkliklə üzləşdikdə məyusluq yaşayırlar:

“Əsas problemlərdən biri ünsiyyətsizlikdir. Münasibətlərin sağlam və uzunömürlü olması üçün açıq, dürüst və sağlam ünsiyyət vacibdir. Təəssüf ki, bu ünsiyyətin olmaması tərəflər arasında anlaşılmazlıqlar yaradır. Bundan əlavə, psixoloji problemlər də boşanmanın başlıca səbəblərindəndir. Depressiya, həyəcan pozuntuları, obsesiv-kompulsiv sindrom kimi emosional pozuntular müalicə olunmadıqda evlilik münasibətlərinə zərbə vurur”.

Həmsöhbətimiz bildirib ki, əvvəllər ailə institutuna bağlılıq daha güclü olub. Lakin müasir dövrdə fərdi xoşbəxtlik və şəxsi azadlıq daha ön plana çıxıb:

“Əvvəllər qadınlar iqtisadi asılılıq səbəbilə münasibətə dözməyə məcbur idilər. İndi isə qadınlar daha sərbəstdirlər, maddi cəhətdən müstəqildirlər və bu səbəbdən münasibətlərə daha tənqidi yanaşırlar. Ənənəvi ailə strukturlarının zəifləməsi, qohumlarla əlaqələrin azalması yeni ailələrin sosial dəstəkdən məhrum qalmasına gətirib çıxarır”.

Elnur Rüstəmov vurğulayıb ki, hüquqi prosedurların sadələşdirilməsi də boşanmanı daha əlçatan edib.

O hesab edir ki, filmlər, seriallar və sosial media insanların münasibətlərə yanaşmasına ciddi təsir göstərir. Bəzən boşanma "normal" bir çıxış yolu kimi təqdim olunur və insanlar artıq ailədə yalnız öhdəlik deyil, qarşılıqlı sevgi, hörmət və anlayış axtarırlar:

“İctimai təzyiqlərin azalması ilə insanlar narazı münasibətləri davam etdirməkdənsə, boşanmanı seçirlər. Xüsusilə qadınlar artıq öz inkişafları və şəxsiyyətlərini ifadə etmək üçün daha çox azadlığa can atırlar”.

Psixoloqun fikrincə, boşanmaların sayını azaltmaq üçün qabaqlayıcı tədbirlərin görülməsi vacibdir. O bildirib ki, cütlüklərin mütəmadi olaraq ailə məsləhətçiləri və psixoloqlarla görüşməsi faydalı ola bilər. Evlilikdən öncə və boşanma mərhələsində psixoloji dəstəyin göstərilməsi, eyni zamanda maarifləndirmə işlərinin aparılması mühüm rol oynaya bilər.

“Psixologiya Elmi Tədqiqat İnstitutu olaraq 534 boşanmış ailə ilə apardığımız sorğunun nəticələri göstərdi ki, ailədaxili ünsiyyət problemi boşanmanın əsas səbəbi kimi önə çıxır. Düşünürəm ki, bu sahədə maarifləndirmə işlərinin aparılması cəmiyyət üçün faydalı olar”, – deyə Elnur Rüstəmov vurğulayıb.

Mina Mikayılova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 29 Aprel 2025 09:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see654

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see264

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see252

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see244

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see218

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see208

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see208

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see180

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see169

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see166

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see164

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see158

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see158

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see151

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see150

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see150

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see149

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see146

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see145

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri