Icma.az
close
up
RU
Kənar müdaxilələr, ya maddi problem… Ailələr niyə dağılır?

Kənar müdaxilələr, ya maddi problem… Ailələr niyə dağılır?

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

“Boşanmalara bəzən ailələrin və yaxın qohumların da münasibətləri təsir göstərir. Düşünürəm ki, bəlkə də daha çox bu məsələ problem yaradır”.

Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Fəxri xiyabanda jurnalistlərə açıqlamasında deyib.

Komitə sədri qeyd edib ki, boşanmaların səbəbləri ilə bağlı media orqanları, qeyri-hökumət təşkilatları, müvafiq mərkəzlər, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, eləcə də əlaqədar dövlət qurumları tərəfindən təhlillər aparılır:

“Təhlillər zamanı müxtəlif səbəblər meydana çıxır ki, bunlar, psixoloji, sosial, uyğunsuzluq, qərarın sürətli verilməsi kimi faktorlardır. Hesab edirəm ki, boşanma qərarını vermək insan həyatında ən vacib seçimlərdən biridir. 

Bu seçimi edərkın ciddi düşünmək və imkanları dəyərləndirmək lazımdır. Bunun üçün isə maarifləndirmə və məlumatlandırma olmalıdır ki, biz də bu istiqamətdə fəaliyyət göstəririk. 

Boşanmaları aradan qaldırmaq üçün zamana, daha çox məlumatlandırmaya və məsuliyyət hiss etməyə vadar edən təbliğat aparmağa ehtiyac var. Bunun üçün isə medianın dəstəyinə ehtiyac var”.

Məsələ ilə bağlı sosioloq Yusif Nəbiyev “Cebheinfo.az”-a açıqlamasında deyib ki, ailə həyatı məhz təsir dairəsinə görə, təbii olaraq, özü də bir çox faktordan təsirlənir:

"Onun keyfiyyətli və uzunömürlü olması da, tez və ya gec dağılması da öz səbəblərini bir çox amildən götürür. Ona görə də birmənalı şəkildə ailələrin dağılmasını hansısa konkret səbəbə bağlamaq çətindir.

Hətta eyni səbəb belə fərqli ailələrdə fərqli dərəcədə təsir yarada bilir. Ona görə deyə bilmərik ki, boşanmaların artmasına məhz ailə daxilinə edilən kənar müdaxilələr səbəb olur.

Lakin ümumilikdə, kənar müdaxilələrin (istər birinci, istərsə də ikinci dərəcəli qohumlar tərəfindən) ailə münasibətlərini çətinləşdirə biləcəyini və bəzən bu müdaxilələrin, hətta boşanmalara da gətirib çıxara biləcəyini deyə bilərik".

O bildirib ki, hazırda boşanmalar bir neçə formada özünü göstərə bilir:

“1. Emosional təzyiq: Yaxın ətraf və qohumların ailədaxili münasibətlərə müdaxiləsi, bəzən tərəflər arasında emosional gərginliyə səbəb ola bilir. Tərəflərin bir-birinə olan etibarını zədələyə bilir. Xüsusən, bu müdaxilələr sistemli və uzunmüddətli formada edilərsə, daha dərin yaralar aça bilir.

2. Ünsiyyət və anlaşma problemləri: Bəzi hallarda, ailə üzvləri arasında bu mövzuda anlaşmazlıqlar yarana bilir. Bir tərəf qohumların müdaxiləsinə qarşı çıxırsa, digər tərəf bu müdaxiləni qəbul edir və ya hətta dəstəkləyir. Bu cür fundamental yanaşma fərqlilikləri əlavə gərginlik və konflikt mənbəyinə çevrilə bilir.

3. Üstü örtülü problemlərin üstünün açılması: Hər ailədə və münasibətdə müəyyən kiçik problemlər və anlaşılmazlıqlar və ya yanaşma fərqlilikləri ola bilir. Təbii ki, bunun irimiqyaslı maraq kəsişməsi formasında olması yolverilməzdir. Bu halda artıq sağlam ailədən danışa bilmərik və kənar müdaxilələr özləri ciddi təsir yaratmasalar belə, bəzən var olan kiçik problemlərin daha bariz formada üzə çıxmasına və böyüməsinə təsir edə bilir.

4. Tərəflərin hadisələri kontrol edə biləcəklərinə dair inamlarının itməsi: Bəzən kənar müdaxilələr o həddə çatır ki, artıq ailənin qərar qəbul etmə mexanizmlərinə belə təsir edir. Bu halda tərəflər özlərini ailə üzərində kontrol sahibi kimi görə bilmirlər və nələrisə dəyişə biləcəklərinə dair inamlarını itirirlər. "Mən nə desəm də, filankəs belə deyəcək və yoldaşımı manipulyasiya edəcək" şəklində düşünürlər və bu da tərəflərin kommunikasiyasını az qala sıfıra endirir. 

Bütün bunların fonunda deyə bilərik ki, ailə sərhədlərinə nə qədər çox hörmət olunsa, müdaxilələr nə qədər az olsa, ailənin uzunömürlülüyü baxımından o qədər effektiv olar". 

Sosioloq vurğulayıb ki, bəzən gənc ailəyə müəyyən məsələlərdə yardım, tövsiyə etməyə ehtiyac yaranır:

"Amma bunu belə ailənin öz sərhədlərinə hörməti qorumaq şərtilə etmək lazımdır. İntruziv münasibət göstərməklə bir gənc ailəyə heç bir fayda vermək mümkün deyil". 

Həmsöhbətimiz gənc ailələrin ayrı yaşamaları daha azad və müstəqil ola bilməsi üçün ayrı evdə yaşamağın üstünlüklərinə toxunub:

"Gənc ailələrin müstəqil ayrı yaşamasına ehtiyac var. Hətta yaxşısı, düzü budur. Nüvə ailə öz böyükləri ilə münasibətləri qorumaq, gediş-gəlişi kəsməmək şərtilə, ayrı evdə qalsa yaxşıdır.
Amma bu da birmənalı həll yolu deyil. Çünki müdaxilələr sırf fiziki formada olmur. Zənglə, mesajla belə müəyyən müdaxilələr etmək mümkündür. 

Fakt budur ki, gənc ailələrə müdaxilələr yalnız oğul tərəfin nümayəndələri tərəfindən edilmir. Qız evi də tez-tez müdaxilələr edə bilir. Halbuki onlar bu gənc ailə ilə eyni evdə yaşamırlar".

O qeyd edib ki, dövlətin ailə stabilliyini qorumaq üçün ev verməsi çox da məqsədyönlü bir praktika kimi görünmür: 

"Dövlət ev verməklə gənc ailənin finansal problemlərini azaldaraq ailə sağlamlığına dəstək vermiş olar, amma sırf kənar müdaxilələri azaltmaq üçün bu çox da effektiv olmayacaqdır.

Bəzi valiydenlər buna ümumiyyətlə, prinsipial olaraq qarşıdırlar. 

Yəni onların 2 yox, 3 evləri olsa belə, birlikdə yaşamalı olduqlarını düşünürlər. Bu kimi hallarda da əlavə ev məsələsi kömək etməyəcəkdir.

Həll yolu kimi həm gənc tərəflərin özlərinin, həm də hər iki tərəfin valideynlərinin maarifləndirilməsi labüddür".

Həsən Məmmədov 
"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:155
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 13 Dekabr 2024 15:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Putin Rusiyadakı yanacaq böhranında yeni bir “günahkar” tapdı..?

24 Avqust 2026 18:13see385

Azər Qəribovun evində toy olacaq Foto

24 Avqust 2026 23:49see298

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see297

Paşinyan üçünü təsdiqlədi, birinin adını çəkmədi “Ermənistan əraziləri deyil”

24 Avqust 2026 14:49see272

Matçın favoriti “Sabah”dır Hapoel in baş məşqçisi

24 Avqust 2026 19:21see236

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see227

Dam örtükləri seçərkən ən çox edilən 6 səhv

24 Avqust 2026 13:10see225

Xırdalan Bakı qatarının hərəkət cədvəli niyə dəyişib? Açıqlama

24 Avqust 2026 19:16see225

Ceyhun Bayramov: Bakı və Daşkənd arasında əməkdaşlıq dinamikası artır

24 Avqust 2026 13:23see222

Məşhur idmançı 4 ay ərzində 33 dəfə cərimələndi

25 Avqust 2026 01:20see196

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

25 Avqust 2026 03:03see183

London derbisində beş qol: Çelsi Fulhem ə qalib gəlib VİDEO

25 Avqust 2026 01:19see177

Dünyanın ən gözəl qızının indiki halı FOTOLAR

24 Avqust 2026 20:41see174

Çox şanslı olacaq BÜRCLƏR Onların xüsusi dövrü BAŞLAYIR

25 Avqust 2026 00:02see169

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see168

Məsud Pezeşkian Asim Munirlə görüşdü

25 Avqust 2026 00:45see167

Azərbaycanın SOCAR şirkəti Özbəkistanda yanacaqdoldurma məntəqələri şəbəkəsi açmağı planlaşdırır

24 Avqust 2026 13:22see163

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see158

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see151

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri