Icma.az
close
up
RU
“Bəzən küçələrdə ac gəzirdi” Yoxsulluqdan ÇL ə gələn Kamilo

“Bəzən küçələrdə ac gəzirdi” Yoxsulluqdan ÇL ə gələn Kamilo

Icma.az, Qafqazinfo saytına istinadən bildirir.

“Qarabağ”ın bu mövsüm Çempionlar Liqasında keçirdiyi tarixi mövsümdə ən önəmli yerlərdən birini komandanın yayda transfer etdiyi Kamilo Duran tutur.

“Qafqazinfo” xəbər verir ki, qazandığı uğurlarda böyük pay sahibidir. 

Kolumbiyalı forvard vurduğu qollarla Ağdam klubuna xallar qazandıra bildi. Həmçinin çox müzakirə olunan “Qarabağ”da hücumçu problemi var” söz-söhbətlərinin səngiməsinə səbəb oldu. 

Kamilo Duranın həyat hekayəsi isə olduqca maraqlıdır. O, 2002-ci ildə Kolumbiyanın Santa Marta şəhərində dünaya gəlib. Duranın uşaqlığı çətin mühitdə və ifrat yoxsulluq içində keçin. Onun məşqçilərindən biri bildirib ki, Kamilo bəzən küçələrdə təkbaşına dolaşır, aclıq çəkirdi. Santa Martada sosial-iqtisadi mühit olduqca ağır idi. Maddi çatışmazlıqlar səbəbindən o, bəzən evindən ayrılıb günlərlə küçələrdə vaxt keçirirdi. Çətin mühitdə dəcəl və hərəkətli biri kimi də tanınırdı. 

Atası isə velosiped ustası idi və ailəsini bu yolla dolandırmağa çalışırdı. Amma onun qazancı ailəsinə yetmirdi. 

Kamilo 9 yaşçında “Niko Cozy Corner” komandasında futbol oynamağa başlayır. Sol ayağı və vurduğu qollarla məşqçilərin diqqətini cəlb edə bilir. 

Kolumbiyalı futbol məşqçisi və gənc istedadların kəşfi ilə məşğul olan futbol adamı Euclides “Quile” Orejarena Duranı himayə edir. O, futbolçuya maddi dəstək göstərir, yemək və nəqliyyat xərclərini qarşılayır. Futbolçu isə bunu boşa çıxarmır. Yerli turnirlərdə qollar vurmağa başlayır. 

Orejarena onun futboldakı ilk illəri barədə belə danışır:

“Santa Martada ona oxşarlığına görə Neymar deyirdilər. Böyüdükcə hücumçu kimi fərqlənirdi, yaxşı sol ayağı var idi.Maqdalena yığmasında çıxışını gördükdən sonra Medelinə getmək vaxtı çatdı. O, ailədən asılı deyildi. Hər şey orada başladı, Antokiya seçmələrində oynadı, departament çempionu oldu, amma ona çox səbr göstərmədilər”.

O dövrdə futbolçunun Portuqaliyanın aşağı liqasına getməyə razı salındığını bildirən mentor sözlərinə belə davam edib:

“Əvvəl “Lusitania”da oldu, sonra “Estrela Amadora”ya keçdi, oradan isə “Portimonense”yə getdi. Orada daha yaxşı müqavilə imzaladı, çox oyun keçirdi, qollar vurdu. Onu əvvəldən tanıyan və istəyən bir məşqçi ilə yenidən çalışdı, hər şey yaxşı getdi. Bir müddət əvvəl mənə dedi ki, Azərbaycana gedir. Təəccübləndim, amma baxın, anonimlikdən çıxmağı bacardı”.

Daha sonra “Huracan La Ocho” klubuna keçir. Burada da yaxşı çıxışı ilə diqqət çəkir və “İndependente Medelin”də oynamağa başlayır. Kolumbiyanın ən məşhur klublarının birində oynadığı futbolla Braziliyanın məşhur klubu “Flamenqo”nun skautlarını diqqət mərkəzinə düşür. Bu isə onun futbol kayerasının, Avropaya yolunun başlanğıcı olur.

Amma ölkəsində yaşadığı məyusluqlara görə Portuqaliyaya gəlir. Əvvəlcə, “Lusitania” klubu ilə müqavilə imzalayır. Daha sonra isə “Estrela Amadora”ya keçir. Daha sonra o, Portuqaliya ikinci liqasında mübarizə aparan “Portimonense” klubu ilə müqavilə imzalayır. Burada keçirdiyi 28 oyunda 5 qol vurur. Bu isə “Qarabağ”ın diqqətini cəlb edir. O, 2025-ci ildə Azərbaycan təmsilçisinə 200 min avro qarşılığında transfer edilib. 

Kamilo Duranın Çempionlar Liqasındakı uğurlu çıxışı isə diqqət çəkməyə bilməzdi. O, pley-off mərhələsində “Nyukasl”a vurduğu 5-ci qolla ölkəsinin ulduzu Radamel Falkaoya çatdı. Bir Çempionlar Liqası mövsümündə ən çox qol vuran kolumbiyalı futbolçular sırasına daxil oldu. 

Elsevər Məmmədov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 27 Fevral 2026 13:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see391

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see388

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see356

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see344

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see315

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see287

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see269

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see262

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see245

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see240

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see234

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see228

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see218

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see216

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see209

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see203

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see196

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see194

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see175

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri