Icma.az
close
up
RU
“Bəzən küçələrdə ac gəzirdi” yoxsulluqdan ÇL ə gələn Kamilo

“Bəzən küçələrdə ac gəzirdi” yoxsulluqdan ÇL ə gələn Kamilo

Icma.az bildirir, Sportal.az portalına istinadən.

“Qarabağ”ın bu mövsüm Çempionlar Liqasında keçirdiyi tarixi mövsümdə ən önəmli yerlərdən birini komandanın yayda transfer etdiyi Kamilo Duran tutur.

Sportal.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, qazanılan uğurlarda böyük pay sahibidir. 

Kolumbiyalı forvard vurduğu qollarla Ağdam klubuna xallar qazandıra bildi. Həmçinin çox müzakirə olunan “Qarabağ”da hücumçu problemi var” söz-söhbətlərinin səngiməsinə səbəb oldu. 

Kamilo Duranın həyat hekayəsi isə olduqca maraqlıdır. O, 2002-ci ildə Kolumbiyanın Santa Marta şəhərində dünyaya gəlib. Duranın uşaqlığı çətin mühitdə və ifrat yoxsulluq içində keçib. Onun məşqçilərindən biri bildirib ki, Kamilo bəzən küçələrdə təkbaşına dolaşır, aclıq çəkirdi. Santa Martada sosial-iqtisadi mühit olduqca ağır idi. Maddi çatışmazlıqlar səbəbindən o, bəzən evindən ayrılıb günlərlə küçələrdə vaxt keçirirdi. Çətin mühitdə dəcəl və hərəkətli biri kimi də tanınırdı. 

Atası isə velosiped ustası idi və ailəsini bu yolla dolandırmağa çalışırdı. Amma onun qazancı ailəsinə yetmirdi. 

Kamilo 9 yaşında “Niko Cozy Corner” komandasında futbol oynamağa başlayır. Sol ayağı və vurduğu qollarla məşqçilərin diqqətini cəlb edə bilir. 

Kolumbiyalı futbol məşqçisi və gənc istedadların kəşfi ilə məşğul olan futbol adamı Euclides “Quile” Orejarena Duranı himayə edir. O, futbolçuya maddi dəstək göstərir, yemək və nəqliyyat xərclərini qarşılayır. Futbolçu isə bunu boşa çıxarmır. Yerli turnirlərdə qollar vurmağa başlayır. 

Orejarena onun futboldakı ilk illəri barədə belə danışır:

“Santa Martada ona oxşarlığına görə Neymar deyirdilər. Böyüdükcə hücumçu kimi fərqlənirdi, yaxşı sol ayağı var idi. Maqdalena yığmasında çıxışını gördükdən sonra Medelinə getmək vaxtı çatdı. O, ailədən asılı deyildi. Hər şey orada başladı, Antokiya seçmələrində oynadı, departament çempionu oldu, amma ona çox səbir göstərmədilər”.

O dövrdə futbolçunun Portuqaliyanın aşağı liqasına getməyə razı salındığını bildirən mentor sözlərinə belə davam edib:

“Əvvəl “Lusitania”da oldu, sonra “Estrela Amadora”ya keçdi, oradan isə “Portimonense”yə getdi. Orada daha yaxşı müqavilə imzaladı, çox oyun keçirdi, qollar vurdu. Onu əvvəldən tanıyan və istəyən bir məşqçi ilə yenidən çalışdı, hər şey yaxşı getdi. Bir müddət əvvəl mənə dedi ki, Azərbaycana gedir. Təəccübləndim, amma baxın, anonimlikdən çıxmağı bacardı”.

Daha sonra “Huracan La Ocho” klubuna keçir. Burada da yaxşı çıxışı ilə diqqət çəkir və “İndependente Medelin”də oynamağa başlayır. Kolumbiyanın ən məşhur klublarının birində oynadığı futbolla Braziliyanın məşhur klubu “Flamenqo”nun skautlarının diqqət mərkəzinə düşür. Bu isə onun futbol kayerasının, Avropaya yolunun başlanğıcı olur.

Amma ölkəsində yaşadığı məyusluqlara görə Portuqaliyaya gəlir. Əvvəlcə, “Lusitania” klubu ilə müqavilə imzalayır. Daha sonra isə “Estrela Amadora”ya keçir. Daha sonra o, Portuqaliya ikinci liqasında mübarizə aparan “Portimonense” klubu ilə müqavilə imzalayır. Burada keçirdiyi 28 oyunda 5 qol vurur. Bu isə “Qarabağ”ın diqqətini cəlb edir. O, 2025-ci ildə Azərbaycan təmsilçisinə 200 min avro qarşılığında transfer edilib. 

Kamilo Duranın Çempionlar Liqasındakı uğurlu çıxışı isə diqqət çəkməyə bilməzdi. Kolumbiyalı futbolçu qitənin ən nüfuzlu klub turnirində 10 oyunda 5 dəfə rəqib qapılarına yol tapıb. Bununla da Duran ölkəsinin ulduzu Radamel Falkaoya çatıb və bir Çempionlar Liqası mövsümündə ən çox qol vuran kolumbiyalı futbolçular sırasına daxil oldu. 

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:101
embedMənbə:https://sportal.az
archiveBu xəbər 27 Fevral 2026 21:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see341

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see308

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see253

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see248

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see217

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see215

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see208

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see202

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see201

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see199

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see199

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see194

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see191

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see190

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see184

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see183

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see182

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see176

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see175

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri