Icma.az
close
up
RU
“Bəzən xəbərləri oxuyarkən qəhqəhə çəkirəm” “Şamaxı” rəsmisi şok iddiadan danışdı

“Bəzən xəbərləri oxuyarkən qəhqəhə çəkirəm” “Şamaxı” rəsmisi şok iddiadan danışdı

Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir.

Ölkə futbolunda gündəm yenə çalxalanır. Bu dəfə baş rolda millilərimizin biabırçı məğlubiyyətləri, “Qarabağ”ın avrokubok matçlarında yaşadığı uğursuzluqlar yox, “Şamaxı”dı.

Bu barədə, demək olar ki, bütün xəbər saytlarında məlumat dərc edilib. Odu ki, əksəriyyət söhbətin nədən getdiyindən xəbərdardı. Bilməyənlər üçün bildirək ki, “Şamaxı”nın yenicə vidalaşdığı futbolçularının - İlkin Muradov, Adil Nağıyev və Georgi Kantariyanın adı danışılmış oyunlarda hallanır. Təbii ki, bunlar iddia səviyyəsindədi, hələ bu haqda rəsmi açıqlama yoxdu.
Oyunçularla müqavilələrə xitam verildiyini elan edən “Şamaxı” mövzu ilə bağlı açıqlama verməyi lazım bilmədi, biz jurnalistlərin anlayış göstərəcəyinə ümid etdiyini dilə gətirdi. Amma...
Məsələnin vacib, iddiaların qorxunc olduğunu nəzərə alıb, əlavə bilgiyə ehtiyac duyduq. Bu məqsədlə “şirlər”in baş meneceri Kamran İsmayılova müraciət etdik. Onun “Football-plus.az”a cavabı:

“Düzü, hələ də bəzi məsələlər haqda suallara cavab verə bilməyəcəm. Bəli, siz jurnalistsiz, mən isə klub rəsmisi. Təbii ki, mənə sual ünvanlayanda konkret cavab verməliyəm. Bunu həmişə məmnuniyyətlə etmişəm. İndi isə məsələ fərqlidi. Yalnız ümumi mənzərə haqda danışmaq mümkündü. İlkin Muradovdan başlayaq. Məlum olduğu kimi, onunla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildi. Bununla bağlı həm baş məşqçimiz Ayxan Abbasov, həm də futbolçunun özü açıqlama verdi. Məncə, İlkinlə bağlı hər şey aydındı. Adil Nağıyev və Georgi Kantariya ilə müqayiləyə də xitam verildi. Burda məsələ qarşılıqlı razılığın olub-olmamasıyla bağlıdı. Qısası, Adil və Georgi komandadan uzaqlaşdırılıb. Konkret səbəblər haqda hələ ki açıqlama verilməyəcək. Yenidən xahiş edirəm ki, media nümayəndələri bizi anlayışla qarşılasın. Bizə zaman lazımdı. Ümumiyyətlə, hazırda “Şamaxı” ilə bağlı versiyalar çoxdu. Bəzən mətbuatda yayılan xəbərləri oxuyarkən qəhqəhə çəkirəm. Məsələn yazırlar ki, “Şamaxı” maliyyə böhranı yaşayır. Ötən mövsümdən qalan borclar öz yerində. Amma həmin xəbəri oxuyanda artıq komanda üzvlərinin noyabr ayı üçün maaşı ödənilmişdi”.


Kamran bəy bu sualımızı da cavabladı: Kantariya və Adilin komandadan uzaqlaşdırılmasına səbəb olan və hələ ki, açıqlanmayan detallar üzündən başqa ayrılıqların yaşanması da mümkündümü?
Funksionerin cavabı:

“Zamanla bütün məsələlər yerbəyer olacaq. Bunu hamımız başa düşməliyik. Yenə deyirəm, hər şeyi zaman göstərəcək”.


KƏNAN BAHADIR
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 10 Dekabr 2024 23:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see287

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see214

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see185

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see179

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see174

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see167

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see166

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see153

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see149

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see149

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see149

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see148

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see146

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri