Bəzən yumruq zərbəsi insanın həyatını xilas edir. Prekardial zərbə nədir?
Icma.az, Saglamolun portalına istinadən məlumatı açıqlayır.
Sinə nahiyəsinə vurulan yumruq zərbəsi bəzən insanı ölümdən xilas edə bilər. Tibdə buna “prekardial zərbə” deyilir.
Saglamolun.az bildirir ki, prekardial zərbə ürəyin dayanması zamanı təcili yardım məqsədi ilə istifadə olunur. Bu təcili ürək-agciyər reanimasiyanın bir hissəsidir və elektrik defibrillyator olmadığı halda tətbiq olunur.
Zərbə insan huşunu itirəndə, puls və nəfəsalma dayananda istifadə olunur. Lakin prekardial zərbənin texnikasını dəqiq bilmək lazımdır (bu xüsusi kurslarda öyrədilir). Əks halda bu heç bir effekt verməyəcək. Həmçinin zərərçəkmişin ürəyi döyünürsə belə zərbə onu öldürə bilər.
Zərərçəkmiş düz bərk səthdə uzanmalıdır. Reanimator şəhadət və orta barmağını zərərçəkmişin döş sümüyünün aşağısına qoyur və barmaqlardan yuxarıda olan hissəyə yumruqla tez və güclü zərbə endirir (bax şək.). Bundan sonra yuxu arteriyasında nəbz əmələ gəlməlidir.
Mütəxəssislər təcili reanimasiya zamanı prekardial zərbəni çox effektli hesab edir. Bəzi məlumatlara görə, prekardial zərbə 50-70% hallarda insanın həyatını xilas edə bilər.
Çəkisi 15 kq çatmamış 8 yaşına kimi uşaqlara bu müdaxilə tətbiq edilmir.
Saglamolun.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 15 Noyabr 2024 19:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















