Icma.az
close
up
RU
Menu

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

İran rejimi legitimliyini itirir ŞƏRH

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Saça yapışan saqqızdan qurtulmağın yolları

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

ATƏT də dərin böhran yaşanır

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

Bəzi avam insanlar deyirlər ki, guya kimisə ruh tutur KONKRET

Bəzi avam insanlar deyirlər ki, guya kimisə ruh tutur KONKRET

Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Rusiyada və ya qeyri-müsəlman ölkələrdə “cin çıxarma” hadisələrinin baş verməsi göstərir ki, bu anlayış yalnız müsəlmanlara məxsus deyil. Xristian dünyasında “egzorsizm” adlanan bu əməl qədimdən mövcuddur. Onların dini terminologiyasında “cin” yerinə “iblis” və ya “pis ruh” ifadələri işlədilir. Əslində, hər iki anlayış eyni mənanı daşıyır – görünməz, lakin insana təsir edə bilən varlıqları. “Qurani-Kərim”Də da Şeytan cinlərdən sayılır. “Kəhf” surəsinin 50-ci ayəsində deyilir ki, o, cinlərdən idi və Rəbbinin əmrinə qarşı çıxdı. Bu ayə göstərir ki, İblis də bir cindir, sadəcə üsyanı səbəbi ilə Allahın lənətinə uğrayıb. Cin hadisələrinin daha çox müsəlman ölkələrində müzakirə olunması isə bu mövzunun İslamda daha geniş izah edilməsindən irəli gəlir. “Qurani-Kərim” və hədislər bu barədə aydın göstərişlər verdiyi üçün insanlar bu məsələyə daha çox diqqət yetirirlər. Halbuki digər xalqlarda da eyni hadisələr fərqli adlarla izah olunur. Məsələn, Qərbdə “ruh çağırma”, “İblisin çıxarılması”, “poltergeist” hadisələri kimi terminlər cin anlayışının başqa bir formada ifadəsidir. Bizdə də bəzi avam insanlar, falçılar və baxıcılar insanlara aşılayırlar ki, guya kimisə ruh tutur və sairə… Halbuki “ruh tutma” anlayışı İslamda yoxdur. İslama görə, ruh bədəndən çıxdıqdan sonra başqa bədənə girə bilməz, bir ruh digər ruhu və digər insanı tuta bilməz. Əslində, bu “ruh tutma” anlayışı cinlərin insanlara təsir etməsi deməkdir. Bir sözlə, cinlərin mövcudluğu təkcə dini inanc deyil, həm də metafizik reallıqdır. Onları görmək mümkün olmasa da, təsirləri, “Qurani-Kərim”də və hədislərdəki dəlillər, həmçinin dünyanın müxtəlif mədəniyyətlərində oxşar hadisələrin olması onların varlığını təsdiq edir. İslamın baxışı bu reallığı sistemli şəkildə izah edir və insanı qorunma yolları ilə tanış edir. Məsələn, “Ayət əl-Kürsi” oxumaq, “İxlas”, “Fələq” və “Nas” surələrini demək kimi qoruyucu tədbirlər Məhəmməd Peyğəmbər tərəfindən tövsiyə olunub. İslam inancına görə, cinlər vardır, onların varlığını “Qurani-Kərim”, sünnə və elm adamları qəbul ediblər. Onları inkar etmək isə yalnız açıq ayələri və Peyğəmbərin hədislərini inkar etməklə mümkündür ki, bu da İslamın əsas prinsiplərinə ziddir”.

KONKRET.az xəbər verir ki, bu sözləri pravda.az-a açıqlamasında ilahiyyatçı Əkrəm Həsənov deyib.

İlahiyyatçı bildirib ki, cinlərin mövcudluğu məsələsi İslam elmində qəti şəkildə qəbul olunmuş həqiqətlərdən biridir: “Bu həm “Qurani-Kərim”də, həm də səhih hədislərdə çoxsaylı dəlillərlə təsdiq olunur. Cinlərin varlığına inanmaq iman məsələsidir, çünki bu barədə açıq və qəti mətnlər mövcuddur. Həm səhabələr, həm də müctəhidlər bu mövzuda ixtilaf etməmiş, cinlərin mövcudluğunu əqidə əsaslarından saymışlar. “Qurani-Kərim”də “Cin” adlı ayrıca surə nazil olub. Bu surənin ilk ayələrində açıq şəkildə bildirilir ki, cinlər Məhəmməd Peyğəmbərin “Qurani-Kərim” oxumasını eşitmiş, onu dinləmiş və iman gətirmişlər: “De: Mənə vəhy olundu ki, bir dəstə cinlər Quranı dinlədi və dedilər: “Doğrudan da, biz heyrət doğuran bir Quran eşitdik. O, doğru yola yönəldir, biz də ona iman gətirdik’”. Gördüyünüz kimi, “Cin” surəsinin 1-2-ci ayələri cinlərin mövcudluğunu, onların da insanlar kimi şüurlu varlıqlar olduğunu və iman gətirə bildiklərini göstərir. “Zariyat” surəsinin 56-cı ayəsində buyurulur: “Mən cinləri və insanları yalnız Mənə ibadət etsinlər deyə yaratdım”. Bu ayə göstərir ki, cinlər də insanlar kimi yaradılıb, imtahana tabe olan canlılardır. Onlar da Allahın əmrinə itaət və ya üsyan etmək seçiminə malikdirlər. Bu da onların real varlıqlar olduğunu göstərən ən qəti dəlillərdəndir. Peyğəmbərimiz cinlərin varlığını həm xəbər verib, həm də onlarla təmasda olub. İmam Buxarinin və İmam Müslimin “Səhih” əsərində gələn rəvayətlərdə Məhəmməd Peyğəmbər buyurur: “Hər birinizin yanında bir cin vardır”. Səhabələr təəccüblənərək soruşdular: “Sənin yanında da, ya Rəsulallah?” O buyurdu: “Bəli, amma Allah mənə yardım etdi, o mənə təslim oldu və mənə yalnız xeyir əmr edir”. Bu hədis göstərir ki, cinlər insanlarla birlikdə yaşayır, onların təsiri altına düşə bilirlər. Başqa bir rəvayətdə Peyğəmbərimiz buyurur: “Şübhəsiz ki, Şeytan insanın damarlarında qan kimi axar”. Bu onların görünməz, lakin təsir gücünə malik varlıqlar olduqlarını bildirir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://konkret.az
archiveBu xəbər 22 Oktyabr 2025 09:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see268

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see251

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see216

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see209

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see205

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see191

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see187

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see178

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see176

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see174

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see166

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see165

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see148

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see146

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see146

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see143

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see143

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see137

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see135

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri