Icma.az
close
up
RU
“Kimisə atalıqda görməmişəm…” KONKRET

“Kimisə atalıqda görməmişəm…” KONKRET

Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Ünvanıma yazılan böhtanın-36 ildir həyatda olmayan atamın adını da qarışdırıb 25 ildir sədaqətlə və şərəflə gəldiyimiz yola-Ulu öndər Heydər Əliyev və qalib lider İlham Əliyev kursuna, ideallarına xidmətə böhtan və şər yaxılması bizi dövlətimizə, xalqımıza, nəhayət, Qələbəmizə dönmədən, usanmadan, son nəfəsimizədək xidmətdən geri çəkindirə bilməz”.

KONKRET.az xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, deputat Zahid Oruc sosial şəbəkə hesabında yazıb.

O, vaxtilə Ramiz Mehdiyevə “ata” deməsi haqda iddialara belə cavab verib:

“1993-cü ildən bu günədək bir əqidədə olmuşuq-fərqindəyik, çoxları ondan narahat olublar. Üstəlik, bəzən, qələm fəhləliyimizi də çoxları hansısa maraqlarına təhlükə sayıblar. Lakin indi Ramiz Mehdiyevin ağır dövləti cinayətləri və ondan bəhs edən məqalədə üstümüzə  atılan böhtanı görəndə susa bilmərik.

Kimliyindən asılı olmayaraq, hakimiyyət çevrilişinə cəhd və dövlətə xəyanət ən sərt cəzaya layiqdir. Lakin hər kəs əməlinə özü cavab verməlidir və verəcək. Dövlətə və cənab Prezidentə xəyanət bağışlana bilməz. Ona görə də iki gün əvvəl söylədik: xəyanətin siyasi mənsubiyyəti və yaşı olmur. Xüsusilə xarici kəşfiyyatla əlaqəli baş verən bir qəsdin bəraəti  yoxdur.

Lakin 2003-cü ildə dövlətə qarşı daş atanlar indi o silahları sədaqət və ləyaqətlə Dövlətə xidmət edən Zahid Orucun adını ləkələmək üçün atırlar.

Bilin və agah olun-alnım o qədər açıqdır ki, heç bir gizli layihədə, görüşdə, xarici kəşfiyyat mərkəzləri ilə əlaqədə, yaxud dövlətimizin əleyhinə planda iştirakımız olmayıb, kimisə “ata”lıqda görməmişik, heç bir  şəxsin kölgəsinə sığınıb klan, tayfa, qrup və ya siyasi birlikdə iştirak etməmişik, nəhayət, kiməsə saxta obraz düzəldib onun xəstə planlarına xidmət etməmişik. Heç vaxt ola bilməz…Qanımız və canımızla hamını əmin edirik.

Dövlətimizin etimad göstərdiyi sahələrdə fəhlə kimi çalışmışıq: gecə-gündüz, yalnız bir amalla yorulmadan işləmişik.

Bir siyasi əqidədə yol gələrkən, hər zaman möhtərəm cənab Prezidentdən yüksək ehtiram görmüşük. Yüksək ideallarla xidmət üçün bundan böyük dayağımız olmayıb.

Qoy kər kəs bilsin – zərrə qədər şübhəsi ola varsa da inansın – mən Zahid Oruc, o böhtanlara əsas verəcək bircə əməlin sahibi deyiləm.

Tam əksinə, bir beyin mərkəzinin təmsilçisi və siyasət adamının görə biləcəyi nə varsa, onu etmişik – Prezidentə və Dövlətə ləyaqətlə xidmət.

Əmin edirik-bizi böhtan və şərlə Rəhbərin gözdən sala bilməyəcəklər…”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://konkret.az
archiveBu xəbər 19 Oktyabr 2025 09:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see319

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see304

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see291

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see290

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see262

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see241

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see238

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see235

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see222

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see215

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see215

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see214

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see212

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see203

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see201

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see192

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see192

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see189

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri