Bəzi banklar arayış üçün rüsumun qiymətini artırdın VİDEO
Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bankdan kreditin bağlanmasına dair verilən arayış üçün rüsum artırılıb…Üstəlik xidməthaqqı bankda görə də dəyişir… Bir bankda 20 manatdır, digərində isə 40…
Demokrat.az Xezerxeber.az-a istinadən xəbər verir ki, ekspertlərin sözlərinə görə, bir neçə il əvvələ qədər 10-15 manat civarında verilən arayış üçün hazırda 10 -40 manat arası ödəniş etmək lazımdır.
Bəs, kreditini bağlayan vətəndaş bankldan buna dair sənəd tələb etdikdə əlavə xidmət haqqı ödəməldirmi?
İqtisadçı ekspert Əkrəm Həsənov deyir ki, əslində sənəd pulsuz təqdim edilməlidir.
O, bildirib ki, vətəndaşlar istehlakçı hüquqlarının pozulması ilə bağlı məhkəməyə də müraciət edə bilər.
Rəşad Həsənov isə deyir ki, banklar tərəfindən tənzimlənən rüsumların artmasına təsir edən bir neçə amil də var
Ekspert onu da qeyd edib ki, müştəri çox vaxt kredit müraciəti edən zaman bankın kredit şərtlərinə, kreditin faizinə diqqət edir. Birdəfəlik təqdim edilən arsyışın verilməsinə dair rüsumun artması isə vətəndaşın bank seçiminə daha az təsir edir. Məsələ ilə bağlı Banklar Assosiasiyasından “Xəzər Xəbər”ə bildirildi ki, son vaxt rüsumlarda qiymət artımı müşahidə edilməyib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 17 Yanvar 2026 08:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















