SOCAR İtaliyada bəzi sektorlar üçün yanacağın qiymətini endirib
Azvision saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bu barədə oktyabrın 13-də SOCAR-dan bildirilib.
"Oktyabrın 2-də elan edilmiş təşəbbüs ayın 5-dən 31-dək yanacaq qiymətlərinə əhəmiyyətli güzəştlərin tətbiq olunmasını və bu müddətin uzadılması imkanını nəzərdə tutur. Güzəştlər "IP" şirkətinin kənd təsərrüfatı və mühərrikli balıqçılıq sektorunda fəaliyyət göstərən bütün mövcud müştərilərinə şamil edilir. Hər iki sektor milli iqtisadiyyatın əsas dayaqlarından olmaqla ərzaq təhlükəsizliyinin təmin edilməsində, təchizat zəncirlərinin sabitliyinin qorunmasında və İtaliyanın dünya miqyasında yüksək keyfiyyəti ilə tanınan məhsullarının istehsalında mühüm rol oynayır", - deyə şirkətdən qeyd edilib.
SOCAR-dan xatırladılıb ki, yanacaq qiymətlərinin artımının məhdudlaşdırılması ilə bağlı tədbir sentyabrın 27-də elan edilib.
"Şirkətin illər ərzində etimad, şəffaflıq və əməkdaşlıq prinsipləri əsasında münasibətlər qurduğu tərəfdaşlarını və pərakəndə satış operatorlarını dəstəkləmək məqsədilə başlanılan tədbirlər IP brendi altında fəaliyyət göstərən yanacaqdoldurma məntəqələri şəbəkəsindən başlayaraq mərhələli şəkildə tətbiq olunur. SOCAR bu mexanizmin tətbiqini "Esso" brendi altında fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrinə və "IP"dən yanacaq tədarük edən digər operatorlara da şamil edir", - deyə şirkətdən bildirilib.
SOCAR-dan qeyd edilib ki, qiymətlər minlərlə operatordan ibarət təchizat zəncirinin fəaliyyətinin davamlılığını təmin etmək məqsədilə müxtəlif ehtiyaclar nəzərə alınmaqla müəyyən edilir.
"Bununla da SOCAR İtaliya hökumətinin əhalinin və biznes subyektlərinin dəstəklənməsi ilə bağlı çağırışına cavab verir. Belə ki, qlobal təchizat zəncirlərinə təsir göstərən ciddi qeyri-sabitlik şəraitində İtaliyada əhali və biznes subyektləri altı aydan artıqdır ki, yanacağın həddindən artıq yüksək qiymətləri ilə üzləşirlər", - şirkətin cavabında vurğulanıb.
SOCAR-dan bildirilib ki, yanacağın yekun satış qiyməti bir sıra amillərdən, o cümlədən beynəlxalq bazar qiymətlərindən, vergilərdən, logistika xərclərindən və bazar şəraitindən asılıdır.
"Qiymət artımının məhdudlaşdırılması mexanizmi ölkə üzrə minlərlə operatordan ibarət paylama şəbəkəsinin müxtəlif ehtiyacları nəzərə alınmaqla tənzimlənir. Bu tədbir tərəfdaşlarımızın və pərakəndə satış operatorlarının fəaliyyətinin dayanıqlılığını təmin etməklə yanaşı, son istehlakçılar üçün də real qiymət güzəştləri yaradacaq", - şirkətin məlumatında əlavə edilib.
Qeyd edək ki, SOCAR-ın sentyabrın 27-də elan edilmiş qərarı İtaliya bazarında qiymətlərin kəskin artması fonunda qəbul edilib. İtaliyanın Sahibkarlıq və İtaliya Məhsulları Nazirliyinin (MIMIT) məlumatına görə, sentyabrın 27-si vəziyyətinə adi yollarda özünəxidmət rejimində benzinin orta qiyməti litr üçün 2,159 avro, dizel yanacağının qiyməti isə 2,377 avro təşkil edib. Avtomagistrallarda qiymətlər daha yüksək olub — müvafiq olaraq 2,254 və 2,459 avro/litr. Xüsusilə dizel yanacağının qiymətindəki artım diqqət çəkib: avtomagistrallarda bu göstərici litr üçün 2,50 avro həddinə yaxınlaşıb.
SOCAR ilə praktiki olaraq eyni vaxtda İtaliyanın "Eni" şirkəti də bənzər addım ataraq, "Enilive" yanacağı üçün maksimum qiymət həddini benzinin bir litri üçün 1,99 avro, dizel yanacağının bir litri üçün isə 2,19 avro səviyyəsində müəyyən edib.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Bu mövzuda digər xəbərlər:SOCAR ın qərarından sonra İtaliyada benzin ucuzlaşıb
13 Oktyabr 2026 14:01
İtaliyada ideal istirahət üçün ADA
01 Noyabr 2025 12:24
Azərbaycanlı hakim AÇ üçün İtaliyada
23 Avqust 2026 12:18
SOCAR İtaliyada 4500 yanacaqdoldurma məntəqəsi olan şəbəkəni aldı
23 Sentyabr 2025 14:19
SOCAR ın İtaliyada aldığı şirkət Azərbaycana nə qazandıracaq?
25 Sentyabr 2025 16:59
Baxış sayı:145
Bu xəbər 13 Oktyabr 2026 14:05 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları