Icma.az
close
up
RU
Bəzi Çin maşınları Bakıda yığılır

Bəzi Çin maşınları Bakıda yığılır

Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanda avtomobillərin sayının kəskin artması fonunda maşın bazarında qiymətlərin necə dəyişəcəyi ciddi müzakirə mövzusuna çevrilib. Ölkədə nəqliyyat vasitələrinin çoxalmasının qiymətləri ucuzlaşdıracağı ehtimal edilsə də, reallıq tamamilə fərqlidir. Hazırda yollarda maşın əlindən tərpənmək olmasa da, rəsmi rəqəmlər keyfiyyət tərəfinin hələ də axsadığını göstərir.
Bəs avtomobil sayının çoxalması bazarda qiymətlərin ucuzlaşmasına gətirib çıxara bilərmi, yoxsa qiymətlərə təsir edən əsas amillər fərqlidir?
Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının idarə heyətinin sədri Eyyub Əliyev Demokrat.az-a bildirib ki, ölkədə avtomobil sayının çoxluğu kəmiyyət və keyfiyyət məsələsidir.
Onun sözlərinə görə, mövcud avtoparkın 80 faizindən çoxunu buraxılış ili 10 ili ötən köhnə maşınlar təşkil edir. Bu vəziyyət həm yol hərəkəti təhlükəsizliyinə, həm də ekologiyaya ciddi ziyan vurmaqla yanaşı, vətəndaşların büdcəsinə əlavə təmir xərcləri yükləyir.
"Yəni çox olsa da, bunların çoxu, 80%-dən yuxarısı 10 ildən yuxarı olan avtomobillərdir. Bu isə həm yol hərəkətində təhlükəsizlik baxımından problemlər yaradır, həm ekoloji baxımdan zərərdir, həm də vətəndaşların büdcəsinə əlavə yük gətirir.
Ona görə də avtomobillərin çoxluğu o demək deyil ki, hazırda yeni avtomobillərə ehtiyac yoxdur. Ölkəmizdə utilizasiya prosesi həyata keçirilir və bu çərçivədə köhnə avtomobillər könüllü şəkildə təhvil verilir, əvəzində isə pul və ya vauçer təqdim olunur ki, yerli istehsalçıdan avtomobil alınarkən xüsusi güzəştlər tətbiq olunsun.
Yəni bu kimi hallarda ölkədə avtomobillərə hələ də ehtiyac var. Yeni avtomobillərin gətirilməsinə və satışına davamlı olaraq tələb mövcuddur. Avtoparkın yenilənməsi isə bir və ya iki ilin işi deyil, bu, müntəzəm şəkildə davam edən bir proses olmalıdır. Çünki utilizasiya proqramı başladıqdan sonra alınan yeni avtomobillər bir neçə il ərzində artıq köhnəlməyə başlayır".
Ekspert deyib ki, ona görə də bu proses davamlı mexanizm kimi işləməlidir:
"Avtomobillərə tələbat olacaq və qiymətlərin enməsi baxımından artıq rəsmi dilerlər tərəfindən son bir ildə müəyyən azalmalar müşahidə olunur. Qiymətlərin kəskin artmaması isə müzakirə olunan məsələlərdəndir. Bu da təkcə yerli distribütorlardan asılı deyil. Qiymətlərin formalaşmasına gömrük xərcləri, daşınma xərcləri, istehsalçı zavodların qiymət siyasəti və digər amillər təsir edir.
Eyni zamanda qlobal bazarda, xüsusilə Çin markalarının artan rolu da ölkəmizdə hiss olunur. Bir çox Çin istehsalçısının avtomobilləri artıq yerli bazarda yığılır və bu da qiymətlərin daha əlverişli olmasına, kredit və lizinq şərtlərinin yaxşılaşmasına səbəb olur".
Əfsanə Kamal
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:112
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 26 May 2026 10:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see321

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see304

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see289

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see244

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see243

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see240

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see235

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see224

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see222

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see209

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see207

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see203

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see203

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see200

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see191

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see175

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see173

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see171

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see168

Rusiya dizeli ilə yüklənmiş ilk tanker yola düşdü

18 Oktyabr 2026 00:00see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri