Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

Çin maşınları Bakıda küçələri ələ keçirir

Çin maşınları Bakıda küçələri ələ keçirir

Azpost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakının küçələrində son illərdə bir dəyişiklik açıq şəkildə hiss olunur. Əvvəllər nadir görünən Çin avtomobilləri indi artıq adi mənzərəyə çevrilir.

Azpost.info bildirir ki, BYD, Chery, Geely və Haval markaları həm yeni salonlarda, həm də ikinci əl bazarda sürətlə yayılır. Bu dəyişiklik təkcə avtomobil seçimi deyil  bazarın strukturunun dəyişməsi deməkdir.

Son illərdə Azərbaycanın Çindən idxal etdiyi avtomobillərin sayında rekord səviyyədə artım qeydə alınıb. Xüsusilə ekoloji təmiz (hibrid və elektrikli) nəqliyyat vasitələrinə marağın artması və ölkədəki taksi islahatları bu artımı sürətləndirən əsas amillərdən olub. Dövlət Statistika Komitəsinin və gömrük xidmətinin 2025-ci ilin ilk 10 ayının məlumatına görə, Çindən Azərbaycana minik avtomobili idxalı fantastik dərəcədə artaraq 38 713 ədədə çatıb. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,4 dəfə artım deməkdir. Bununla da Azərbaycanın ümumi avtomobil idxalında Çinin payı 18%-dən 50%-ə yüksəlib.

Çindən gətirilən avtomobillərin böyük hissəsini alternativ enerji ilə işləyən hibrid modellər təşkil edir. İdxalda ən böyük pay fərqli hibrid texnologiyalı modellərə məxsusdur. Yalnız 2025-ci ildə Çindən gətirilən hibrid avtomobillərin sayı 62 488 ədədə (+4,8 dəfə artım) çatıb.

Azərbaycanda ən çox satılan brendlər hansıdır?

Ölkə daxilində Çin brendləri arasında rəqabət kəskindir. Rəsmi qeydiyyat sayına görə önə çıxan markalar Changan, BYD, Nevo, Haval və Geely-dir. Sürücülərin çoxu üçün əsas sual texniki deyil, iqtisadidir: “Mən niyə daha ucuz, amma yeni avtomobil ala bilmirəm?” Məhz bu nöqtədə Çin avtomobilləri bazara ciddi təzyiq göstərir. Avropa və Koreya markaları ilə müqayisədə daha aşağı qiymət, daha zəngin texnologiya və kredit imkanları alıcı davranışını dəyişdirir.

Avtosalon nümayəndələri bildirirlər ki, son iki ildə xüsusilə orta büdcəli alıcılar Çin modellərinə yönəlir. Bunun səbəbi təkcə qiymət deyil — yanacaq sərfiyyatı, elektron sistemlər və elektrik modellərin artması da mühüm rol oynayır.

 “Bu artıq trend yox, struktur dəyişikliyidir”

Avtomobil bazarı üzrə ekspertlərin fikrincə, Çin avtomobillərinin artması qısamüddətli tendensiya deyil, bazarın struktur dəyişikliyidir. Nəqliyyat üzrə analitiklər bildirir ki, Çin istehsalçıları artıq yalnız ucuz alternativ kimi yox, texnoloji rəqib kimi çıxış edir: “Əvvəllər Çin avtomobili deyəndə keyfiyyət sual altında idi. İndi isə xüsusilə elektrik seqmentində Çin şirkətləri qlobal liderliyə oynayır.”

Ekspertlər qeyd edir ki, BYD kimi markaların Avropa bazarında da güclənməsi Azərbaycanın bazarına birbaşa təsir göstərir.

Avtomobil artıq status yox, əlçatanlıqdır

Əvvəllər avtomobil bir çox ailə üçün sosial status göstəricisi idisə, indi daha çox iqtisadi seçimə çevrilir. Çin avtomobillərinin yayılması bu psixologiyanı dəyişdirir: “daha ucuz, amma yeni” anlayışı güclənir. Bu isə avtomobil bazarında sosial davranışları da dəyişir. Gənc sürücülər artıq kreditlə yeni Çin avtomobili almağı köhnə Avropa maşınından daha üstün hesab edir.

 Sürücülər Çin avtomobillərində nədən narazlıq edir?

Azərbaycan bazarında Çin avtomobillərinin sayı sürətlə artsa da, yerli sürücülərin və avtoekspertlərin real təcrübədə qarşılaşdığı müəyyən ciddi çatışmazlıqlar və problemlər də mövcuddur.

Çin avtomobillərində ən çox diqqət çəkən əsas problemlər aşağıdakılardır:

Elektronika və proqram təminatında səhvlər: Çin maşınları müasir monitorlar və funksiyalarla zəngin olsa da, onların proqram təminatı tez-tez rəqəmsal donmalar və “səhv” verir.

Sistem donmaları: İqlim kontrolu, multimedia paneli və ya sensorlar qısamüddətli donur.

Yenilənmə problemləri: Proqram təminatı (software) yeniləndikdən sonra bəzi hibrid və elektrik avtomobillərində sistem xətaları baş verir.

Dil dəstəyi: Bir çox modelin menyusunda Azərbaycan və ya ingilis dili tam olmur, sistem yalnız Çin dilini dəstəkləyir.

Korroziya (paslanma) və zəif boya qatı: Çin istehsalçılarının ən çox qənaət etdiyi sahələrdən biri kuzovun qorunmasıdır.

Sinklənmə (qalvanizasiya) çatışmazlığı: Avtomobillərin dam, baqaj, qapı altları və təkər tağları (arkalar) tam sinklənmədiyi üçün rütubətli hava şəraitində tez paslanmağa başlayır.

Zəif boya: Rəng qatı çox nazikdir. Yoldan dəyən xırda daşlar boyanı asanlıqla qoparır və həmin yer dərhal korroziyaya uğrayır.

Mühərrik və sürətlər qutusunun həssaslığı: Kiçik həcmli turbo mühərriklər və robotlaşdırılmış ötürücü qutular yerli istismar şəraitinə qarşı çox həssasdır.

Yanacaq keyfiyyəti: Bu motorlar yüksək oktanlı benzini sevir. Keyfiyyətsiz yanacaq mühərrikin klapanlarında dərhal his (karbon qalığı) yaradır və resursunu kəskin azaldır.

Aşağı yürüş (probeq) resursu: Bəzi 3 silindrli kiçik motorlar artıq 120 000 kilometrdən sonra ciddi aşınma və texniki qüsurlar nümayiş etdirməyə başlayır.

“Qara bazar” (qeyri-rəsmi idxal) və servis problemləri

Azərbaycandakı Çin maşınlarının 70%-dən çoxu qeyri-rəsmi dilerlər və ya fərdi şəxslər tərəfindən gətirilir. Bu isə böyük fəsadlar yaradır:

Ehtiyat hissəsi qıtlığı: Çinin daxili bazarı üçün istehsal olunmuş modellərin (kuzov detalları, fərqli optikalar) ehtiyat hissələrini tapmaq aylarla vaxt aparır.

Zəmanətdən məhrum olma: Qeyri-rəsmi yollarla gətirilən Çin avtomobillərinə rəsmi distribütorlar zəmanət və texniki xidmət vermir.

Sistemlərin köklənməməsi: Avtomobilin asqı (paduşka-prujin) sistemi və amortizatorları bizim yerli kələ-kötür yollarımıza və relyefimizə tam uyğunlaşdırılmayıb.

Sürətli qiymət ucuzlaşması: İkinci əl (işlənmiş avtomobil) bazarında Çin markalarına olan inam hələ tam formalaşmayıb. Alman və ya yapon avtomobilləri ilə müqayisədə, Çin avtomobilləri salondan çıxdıqdan sonra çox sürətlə qiymət itirir və təkrar satışı çətin olur.

Sığorta çətinlikləri: Sığorta şirkətləri bəzi Çin modellərini sığorta etməkdən yayınır və ya çox yüksək qiymət təklif edirlər. Səbəb isə qəza zamanı bu avtomobillərin kuzovunun ciddi deformasiyaya uğraması və bərpasının həddindən artıq baha başa gəlməsidir.

Mütəxəssislərin proqnozuna görə, yaxın illərdə Çin istehsalı avtomobillərin bazar payı daha da arta bilər və bu seqment xüsusilə orta qiymət kateqoriyasında dominant mövqeyə sahib ola bilər.

Samir ABDULLAYEV

AzPost.az

Paylaş

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:190
embedMənbə:https://azpost.info
archiveBu xəbər 19 May 2026 10:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see628

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see328

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see320

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see244

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see236

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see234

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see217

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see217

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see214

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see207

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see197

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see191

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see189

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see188

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see186

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see185

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see179

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see171

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see163

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri