Icma.az
close
up
RU
Bəzi dairələr Azərbaycanın artan nüfuzundan ciddi narahatdır Deputat

Bəzi dairələr Azərbaycanın artan nüfuzundan ciddi narahatdır Deputat

Icma.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.

“Azərbaycan hər zaman beynəlxalq müstəvidə sülh və sabitliyə fəal töhfə verməyə hazırdır. Dövlətimizin Sülh Şurasına üzv olması Azərbaycanın beynəlxalq nüfuzunun və artan strateji çəkisinin açıq ifadəsidir. Bu addım Azərbaycanın artıq yalnız regional təşəbbüslərlə kifayətlənmədiyini, qlobal sülhün tənzimlənməsində söz sahibi olan ölkələr sırasında yer aldığını təsdiqləyir”.

Bunu "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Samir Vəliyev deyib.

Deputat bildirib ki, Azərbaycanın beynəlxalq miqyasda artan nüfuzunu həzm edə bilməyən dairələr uğurlarımızdan ciddi “narahatdır”. “Sapı özümüzdən olan baltalar” anti-Azərbaycan mərkəzlərinin, erməni lobbisinin əlində alət olaraq həmin dairələrin göstərişlərini icra edirlər. Prezident İlham Əliyev Vaşinqtonda olarkən onların hotelin qarşısındakı təxribat cəhdləri də bunu göstərir. Müasir dünyada ifadə azadlığı və etiraz hüququ sivil normalarla tənzimlənsə də, Vaşinqtonda şahidi olduğumuz mənzərə göstərir ki, müəyyən dairələr bu anlayışlardan öz çirkin məqsədləri üçün sui-istifadə edirlər. Eyni zamanda, bu, planlı şəkildə hazırlanmış, Azərbaycan dövlətinə, onun rəhbərliyinə və ümumilikdə xalqımıza qarşı nifrət üzərində qurulmuş bir təxribatdır. Bu, siyasi mübarizə deyil, milli hisslərini  itirmiş bir qrupun nümayiş etdirdiyi mənəvi aşınmadır.

Millət vəkilinin sözlərinə görə, sosial şəbəkələrdə yayılan görüntülər göstərir ki, məqsəd sadəcə etiraz aksiyası keçirmək deyil, həm də ölkə rəhbərinin təhlükəsizliyi və dövlətimizin nüfuzu ətrafında süni gərginlik yaratmaq olub. Dövlət başçısına yönələn istənilən təxribat faktiki olaraq Azərbaycana qarşı atılmış addım kimi qiymətləndirilməlidir. Prezident ölkəni beynəlxalq arenada təmsil edir və onun fəaliyyətinə, təhlükəsizliyinə qarşı hər hansı aqressiv davranış dövlətin suverenliyinə və nüfuzuna yönəlmiş cəhd kimi dəyərləndirilir. Bu baxımdan, belə hadisələr daha geniş kontekstdə aparılan qarayaxma kampaniyalarının elementidir. Təxribatın qarşısının alınmasında isə təhlükəsizlik xidmətinin əməkdaşlarının və ABŞ polisinin peşəkarlığı da xüsusi vurğulanmalıdır.  

“Bu təxribatçı qrupun Amerika ermənilərinin təşkilatı olan ANCA tərəfindən də təlimatlandırıldığı istisna deyil. Çünki onlar maliyyə aldıqları mərkəzlərin tapşırıqlarını yetirirlər. Lakin bu dairələr unutmamalıdır ki, Azərbaycan güclü dövlətdir və bu cür cılız davranışlarla heç nəyə nail ola bilməyəcəklər. Bunu indiyədək olan təcrübə də təsdiqləyir”, - deyə Samir Vəliyev vurğulayıb.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:187
embedMənbə:https://unikal.az
archiveBu xəbər 26 Fevral 2026 13:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see313

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see313

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see312

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see306

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see289

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see287

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see273

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see269

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see264

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see262

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see259

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see257

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see256

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see252

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see250

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see240

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see236

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see229

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see209

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri