Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

İranın bəzi dairələri Azərbaycanın artan nüfuzundan narahatdır

İranın bəzi dairələri Azərbaycanın artan nüfuzundan narahatdır

Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"İranın Kəşfiyyat Nazirliyinin belə bir siyahı dərc etməsi istər-istəməz təəccüb doğuran məsələdir. Ən azı ona görə ki, ölkənin siyasi rəhbərliyi, xüsusilə də prezidenti Məsud Pezeşkian, parlament sədri Qalibaf və xarici işlər naziri Abbas Əraqçi zaman-zaman Azərbaycanla bağlı çıxışlarında iki ölkə arasında dost və qardaş münasibətlərinin mövcud olduğunu vurğulayırlar. Bu isə Azərbaycan-İran münasibətlərinin yüksək səviyyədə olduğunu göstərən mühüm mesaj kimi qiymətləndirilir".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov İran İslam Respublikasının Kəşfiyyat Nazirliyinin bəzi xarici media subyektlərini, o cümlədən Azərbaycanın dövlət televiziya kanalı AzTV-ni "düşmən media qurumları" siyahısına daxil etməsini şərh edərkən dedi.

Siyasətçi qeyd etdi ki, xüsusilə də müharibədən sonra bir sıra qonşuları ilə ciddi problemlər yaşayan İranın Kəşfiyyat Nazirliyinin belə bir siyahı dərc etməsi həqiqətən də təəccüb doğuran haldır:

"Ölkənin xüsusi xidmət orqanı hesab olunan bu nazirlik faktiki olaraq müəyyən mənada təcridedici mövqe nümayiş etdirir. Bu isə daxili auditoriyaya hesablanmış mesaj kimi də qiymətləndirilə bilər. Sanki xarici düşmən obrazı yaradılmaqla cəmiyyət daxilində daha böyük monolitlik formalaşdırılmasına çalışılır. Bu, məsələyə yanaşma istiqamətlərindən biri ola bilər. Digər tərəfdən, əgər söhbət Azərbaycanın dövlət televiziyasının adının həmin siyahıda yer almasından gedirsə, bu artıq dövlətlə əlaqəli quruma münasibətin nümayişi kimi dəyərləndirilə bilər. Bu isə ən azından İranın Kəşfiyyat Nazirliyində müəyyən dairələrin belə bir mövqe sərgilədiyini göstərir".

Müsahibimizin fikrincə, bu yanaşma ölkənin ali siyasi rəhbərliyinin həyata keçirdiyi xarici siyasət kursu ilə heç bir halda uzlaşmır:

"Görünən odur ki, Azərbaycanın artan nüfuzu, regionda oynadığı rol və güclənən beynəlxalq imici İranda müəyyən dairələri narahat edir. Həmin dairələr maksimum çalışırlar ki, ən azından informasiya müstəvisində Azərbaycanın təsir imkanlarını müəyyən qədər məhdudlaşdırsınlar və özlərinə sərf edən informasiya səddi formalaşdırsınlar. Əgər söhbət Azərbaycandan gedirsə, bu, yolverilməz yanaşmadır. Çünki Azərbaycan hər zaman öz mövqeyində qətiyyət nümayiş etdirib, İranla bağlı məsələlərdə dost və qardaş münasibətlərinin tərəfdarı olduğunu açıq şəkildə ifadə edib. Üstəlik, İrana qarşı ciddi təhlükələrin mövcud olduğu dövrlərdə Azərbaycan öz ərazisinin bu ölkəyə qarşı hər hansı hücum məqsədilə istifadə olunmasına imkan verməyəcəyini dəfələrlə bəyan edib. Hətta müəyyən Qərb dairələrinin bu istiqamətdə mümkün cəhdlərinə də Azərbaycan qəti və prinsipial cavab verib. Nəticə etibarilə, ən azından şimal istiqamətindən İrana qarşı yarana biləcək risklərin qarşısının alınmasında da Azərbaycanın mövqeyi mühüm rol oynayıb. Hesab edirəm ki, bu yanaşma İran tərəfindən adekvat qiymətləndirilməli idi.

Lakin biz zaman-zaman, xüsusilə də 44 günlük Vətən müharibəsi dövründə, hətta ondan əvvəl — Azərbaycanın torpaqlarının işğal altında olduğu illərdə də gördük ki, İranda bəzi dairələr Ermənistanla daha sıx əməkdaşlığa üstünlük verir, bununla da öz iqtisadi və geosiyasi maraqlarını təmin etməyə çalışırdılar. Buna baxmayaraq, Azərbaycan hər zaman təmkin nümayiş etdirib və heç vaxt İran dövlətini bütövlükdə ittiham etməyib. Halbuki ayrı-ayrı dairələrin bu məsələdə tamamilə fərqli siyasət yürütdüyü də məlum idi".

Millət vəkilinin sözlərinə görə, bu, İranın ümumi xarici siyasət kursuna ciddi təsir göstərməyəcək:

"Çünki ölkənin xarici siyasətini ali siyasi rəhbərlik müəyyənləşdirir. Bu kimi qurumlar isə daha çox daxili auditoriyada müəyyən nüfuz qazanmaq məqsədilə qonşu ölkələrə münasibətdə sərt ritorikadan istifadə edə bilərlər. Azərbaycanın praqmatik xarici siyasət kursu isə belə cəhdləri neytrallaşdırmaq potensialına malikdir və bütövlükdə Cənubi Qafqazda sabit və təhlükəsiz mühitin qorunmasına xidmət edir. Bu siyasətin uğurla həyata keçirildiyini həm aidiyyəti dövlət qurumlarının fəaliyyətində, həm də ölkə başçısının səsləndirdiyi təşəbbüslərdə açıq şəkildə görürük. Nəticə etibarilə, Cənubi Qafqazın müxtəlif geosiyasi qütbləri əlaqələndirən sabitlik məkanına çevrildiyinin şahidi oluruq. Böyük ehtimalla, məhz bu amil İranda bəzi siyasi dairələri narahat edir. Onlar maksimum çalışırlar ki, siyasi müstəvidə gərginlik yarada biləcək şərait formalaşdırsınlar. Hesab edirəm ki, İranın Kəşfiyyat Nazirliyinin dərc etdiyi həmin siyahı da məhz belə niyyət və məqsədlərdən qaynaqlanan addım kimi qiymətləndirilə bilər".

Xədicə BAXIŞLI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 28 İyul 2026 17:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see321

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see262

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see260

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see255

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see248

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see246

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see234

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see225

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see225

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see219

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see219

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see218

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see216

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see214

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see209

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see204

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see185

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see179

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see179

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri