Bəzi dövlət agentliklərində qalıq vəsait əməkdaşlara mükafat kimi veriləcək FƏRMAN
Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə"də, "Dövlət Dəniz və Liman Agentliyinin Nizamnaməsi"ndə, "Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Nizamnaməsi"ndə, "İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin Nizamnaməsi"ndə və "İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Nizamnaməsi"ndə dəyişiklik edilib.
President.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq fərmanı imzalayıb.
Dəyişikliklə rəqəmsal inkişaf və nəqliyyat nazirinin səlahiyyəti genişləndirilib. Bundan sonra nazir dövlət büdcəsindən ayrılmış vəsaitlə yanaşı, büdcədənkənar vəsaitin dətəyinatı üzrə xərclənməsini təmin edəcək.
Bundan başqa, fərmanla tabeli agentliklərin sərəncamında qalan vəsaitdən nazirlik əməkdaşlarının vəzifə maaşlarına əlavə və mükafatların verilməsi üçün ayırmalar nəzərdə tutulur.
Baxış sayı:95
Bu xəbər 13 Mart 2025 12:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















