Keçmiş əməkdaşlara və hərbçilərə şad xəbər
Icma.az bildirir, Yenisabah portalına istinadən.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində əvvəllər çalışmış şəxslər əmək stajı və ya hərbi xidmət müddəti barədə arayış almaq üçün quruma müraciət edə bilərlər.
“Yeni Sabah” xəbər verir ki, bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məlumat yayıb.
Bildirilib ki, Xidmətdə əvvəllər işləmiş mülki işçilərə əmək fəaliyyəti (əmək stajı), hərbi xidmət keçmiş şəxslərə isə xidmət müddəti barədə arayışlar müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq verilir. Sərfəli qiymətə məhsullar
Arayış əldə etmək istəyən şəxslər Xidmətə yazılı və ya elektron ərizə ilə müraciət etməlidirlər. Ərizədə Xidmətdə işlədikləri və ya hərbi xidmət keçdikləri dövrün başlanma və bitmə tarixləri, tutduqları vəzifə, hərbi qulluqçular üçün isə mövcud olduğu halda hərbi rütbə qeyd edilməlidir. Həmçinin arayışın təqdim olunacağı qurumun adı göstərilməlidir.
Qeyd olunub ki, arayışlar Xidmətin şəxsi heyətə dair sənədləri, müvafiq əmrləri və arxiv məlumatları əsasında hazırlanaraq müraciət edən şəxslərə təqdim olunur.
Baxış sayı:54
Bu xəbər 24 Noyabr 2026 10:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















