Bəzi dövlət şirkətlərinin satınalmaları üçün YENİ QAYDA
Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycanda bir sıra dövlət müəssisələri, dövlət payı olan təsərrüfat cəmiyyətləri və publik hüquqi şəxslərin müəyyən maliyyə mənbələri hesabına həyata keçirdiyi satınalmaların ayrıca qaydada tənzimlənməsi təklif olunur.
Modern.az xəbər verir ki, məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan “Dövlət satınalmaları haqqında” Qanuna dəyişiklik layihəsində əksini tapıb.
Layihənin əsas məqsədi qanunun yeni 3.2.8-1-ci maddəsində nəzərdə tutulan hüquqi şəxslərin digər maliyyə vəsaitləri hesabına həyata keçirdikləri satınalmaları “Dövlət satınalmaları haqqında” Qanunun tətbiq dairəsindən çıxarmaqdır.
Söhbət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumdan, onun idarəetməsinə verilmiş dövlət müəssisələrindən, dövlət payı olan təsərrüfat cəmiyyətlərindən və publik hüquqi şəxslərdən, eləcə də onların təsisçisi və ya iştirakçısı olduqları hüquqi şəxslərdən gedir.
Lakin satınalma dövlət büdcəsinin, Naxçıvan Muxtar Respublikası büdcəsinin, məqsədli büdcə fondlarının vəsaitləri, büdcə ssudaları, subsidiyalar, dövlət zəmanətli kreditlər, dövlət qrantları, yardımlar və büdcədənkənar dövlət fondlarının vəsaitləri hesabına aparıldıqda bu istisna tətbiq edilməyəcək.
Yeni 3.10-1-ci maddəyə əsasən, həmin hüquqi şəxslərin malları, işləri və ya xidmətləri hansı qaydada satın alacağı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən təsdiqlənəcək.
Bununla yanaşı, həmin satınalmalar üzrə müqavilələrin bağlanılması və göndərilməsi informasiya sistemi vasitəsilə elektron qaydada həyata keçiriləcək. Qalib təchizatçının qeyri-rezident olduğu hallar və qanunda ayrıca göstərilən bəzi satınalmalar bu tələbdən istisna ediləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:175
Bu xəbər 17 Sentyabr 2026 11:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















