Icma.az
close
up
RU
Bəzi əkin sahələrinə görə hektara 400 manat ödənilməsi nəzərdə tutulur

Bəzi əkin sahələrinə görə hektara 400 manat ödənilməsi nəzərdə tutulur

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

"2025-ci ildə müasir suvarma sistemləri ilə təmin olunmuş əkin sahələrinə görə hektara 400 manat, digər ərazilərə görə isə hektara 140 manat subsidiya ödənilməsi nəzərdə tutulur".

Oxu.Az xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Milli Məclisin Aqrar siyasət komitəsində "Aqrar sektorda sahibkarlığa dəstək: nəticələr və perspektivlər" mövzusunda keçirilən ictimai dinləmədə deyib.

O bildirib ki, müasir suvarma sistemlərinin dəstəklənməsi üçün avadanlıqların 40% güzəştli satışı ilə yanaşı, müasir suvarma sistemlərinin tətbiqinə görə 2025-ci ildən 60 manat/ha əlavə subsidiya ödənilir:

"İşğaldan azad edilmiş ərazilər üzrə isə birmənalı olaraq müasir suvarmanın tətbiqi daha yüksək əmsalla dəstəklənir. Belə ki, 2025-ci ildə müasir suvarma sistemləri ilə təmin olunmuş əkin sahələrinə görə hektara 400 manat, digər ərazilərə görə isə hektara 140 manat subsidiya ödənilməsi nəzərdə tutulur.

İnvestisiyayönümlü yeni bağların salınması xərclərinin bir hissəsinin kompensasiyası məqsədilə subsidiya ödənilən sektorların sayı artırılıb. Ötən il 12 növ meyvə və giləmeyvə üçün belə subsidiya ödənilirdisə, 2025-ci ildən 20 növ yeni meyvə və giləmeyvə bağlarının (badam, püstə, qoz, alma, armud, gilas, xurma, qarağat, böyürtkən, mavigilə) salınması dəstəklənir. Həmçinin investisiya səmərəliyi baxımından bağların salınması reqlamentlərinə dair tələblər də təkmilləşdirilib".

Nazirlik rəsmisi, həmçinin bildirib ki, heyvandarlıq və arıçılıqla məşğul olan fermerlərin 2021-ci ildən etibarən işğaldan azad edilmiş ərazilərdəki yaylaqlara mövsümi köçü həyata keçirilir:

"2024-cü ildə Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları üzrə 1 022 fermerə (təsərrüfata) məxsus 249 996 baş xırdabuynuzlu davar, 10 049 baş iribuynuzlu mal-qara və 4 217 fermerə (təsərrüfata) məxsus 195 203 arı ailəsi qeydiyyatdan keçmiş və dislokasiya üzrə köçürülməsi təşkil edilib. İşğaldan azad edilmiş rayonların ərazilərində 4.7 min hektar çoxillik əkmələr altında olan kənd təsərrüfatı təyinatlı (bəzi ərazilər massiv şəklində) torpaq sahələri ayrı-ayrı subyektlərə icarəyə verilib. Aqrar sahədə fəaliyyət göstərən subyektlərlə 2021-ci ildən etibarən Zəngilan rayonunda 2 220 hektar (o cümlədən 720 hektar örüş), Qubadlı rayonunda 2 000 hektar əkin sahəsi üzrə uzunmüddətli (40 il) icarəyə verilib. 2023-24-cü əkin ilində 78.48 min hektar buğda, 10.47 min hektar arpa, 1.08 min hektar qarğıdalı əkinlərinə, habelə becərdikləri 219.4 hektar üzüm və 656.67 hektar meyvə bağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına 20.2 milyon manat məbləğində əkin subsidiyası ödənilib".

Mərahim Nəsib

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://oxu.az
archiveBu xəbər 23 Aprel 2025 13:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see296

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see271

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see226

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see224

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see209

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see203

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see186

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see180

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see170

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see165

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see162

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see158

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see154

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see153

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see152

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see152

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see148

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see146

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see146

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri