Əkin sahələrinə görə veriləcək subsidiyanın miqdarı açıqlanıb
Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Fermerlər əkin subsidiyası almaq üçün 10 hektardan artıq sahələrdə əkilmiş arpa, buğda, çəltik və qarğıdalı əkinlərini sığortalamalıdırlar. SİA xəbər verir ki, bu sözləri Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov yeni subsidiya əmsalları ilə bağlı keçirilən brifinqdə deyib.
O bildirib ki, arpa və buğda üzrə azad edilmiş ərazilərdə müasir suvarma sistemləri ilə təmin olunmuş əkinlərdə hər hektara görə 400 manat, həmin ərazilərdə müasir suvarma sistemləri ilə təmin olunmamış əkinlərdə isə 140 manat əkin subsidiyasının ödənilməsi nəzərdə tutulur.
“Digər ərazilərdə müasir suvarma sistemləri ilə təmin olunmuş əkinlərin hər hektarına 290 manat, müasir suvarma sistemləri ilə təmin olunmamış əkinlərə 230 manat veriləcək. Həmçinin qarğıdalı üzrə müasir suvarma sistemləri ilə təmin olunmuş əkinlərdə hər hektara 290 manat, müasir suvarma sistemləri ilə təmin olunmamış əkinlərə hər hektara 230 manat, çəltik üzrə əsas əkinlərə isə hər hektara 380 manat ödənilməsi nəzərdə tutulur”, - deyə o qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 27 Yanvar 2025 13:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















