Icma.az
close
up
RU
Bəzi ekspertlər mənzil bazarında ajiotaj yaradır Təlaşdan yaranan qiymət artımı

Bəzi ekspertlər mənzil bazarında ajiotaj yaradır Təlaşdan yaranan qiymət artımı

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Hər ilin əvvəli daşınmaz əmlak bazarında sükunət hökm sürür. Yanvar-fevral aylarında alğı-satqı minimuma düşür. Mart ayından başlayaraq bazarda canlanma yaranır. Bu il də oxşar hal müşahidə olunur. Ənənəvi olaraq bu zaman alğı-satqı şirkətləri, mənzil tikinti kooperativləri, əmlak ekspertləri səhnəyə daxil olub bazarı canlandırmaq üçün təbliğata başlayır.

Mənzil bazarında qiymətlərin artacağı barədə yayılan xəbərlər çox vaxt süni ajiotajın yaranmasına və bazarda qeyri-sabitliyin artmasına səbəb olur. Bu cür xəbərlər bazarda alıcı və satıcıların davranışlarını dəyişdirə və nəticədə qiymət artımlarını daha da sürətləndirə bilər. Mənzillərin qiymətlərinin artacağına dair xəbərlər yayıldıqda alıcılar gələcəkdə qiymətlərin daha da yüksələcəyini nəzərə alaraq təlaşla alış etməyə başlayır. Bu da bazarda əlavə tələbin yaranmasına səbəb olur. İnsanlar "indiki qiymətlərlə alıram, yoxsa sonra daha yüksək məbləğ ödəyəcəyəm?" düşüncəsi ilə bazara yönəlir.

Alıcıların tələbinin artması satıcıları qiymətləri şişirtməyə təşviq edir. Satıcılar bazarda artan marağı görüb mənzillərin qiymətlərini qaldırırlar. Modern.az-ın məlumatına görə, bəzi hallarda əmlak sahibləri bu tələbi süni şəkildə artırmaq üçün "gələcəkdə qiymətlərin yüksəlməsi" kimi fərziyyələr irəli sürərək alıcılara psixoloji təzyiq edir.

"Qiymətlər artacaq" kimi xəbərləri bazarda spekulyasiyanı daha da artırır. İnsanlar mənzil alaraq gələcəkdə daha yüksək qiymətlərlə satmaq istəyirlər.

Mütəxəssislər və əmlak ekspertləri tərəfindən verilən "qiymətlər artacaq" açıqlamaları da bazarda təlatüm yaratmağa səbəb olur. Alğı-satqı ilə məşğul olanlar deyir ki, bu sınanmış və köhnə təcrübədir. İlk dəfə bu təcrübə 2008-2009-cu illər böhranı zamanı sınaqdan uğurla keçdi. Həmin ilədək mənzil bazarında qiymətlər davamlı olaraq və yüksək templə artırdı. 2008-ci il böhranı zamanı bazar sabitləşdi, hətta bir qədər də enmələr müşahidə olundu. Həmin illər tikinti bumunun gur çağları idi. Yeni tikilən binalarda satışlar azaldı. Bu zaman mənzil tikinti kooperativləri vəziyyətdən çıxış yolunu təbliğatı artırmaqda gördü və əmlak ekspertlərinin xidmətlərindən istifadə olunmağa başlandı. Bu sövdələşmə 2012-2013-cü illərdə, 2015-2016 devalvasiya və 2020-2021-ci il pandemiya dönəmlərində də məharətlə istifadə olundu.

Artıq 2024-cü ilin sonlarından başlayaraq qiymətlərin kəskin artacağı barədə təşviş doğuran xəbərlər yayılmaqdadır.

Əmlak Ekspert Mərkəzinin rəhbəri Ramil Osmanlı Modern.az-a açıqlamasında bildirib ki, bu il daşınmaz əmlak bazarında kəskin qiymət artımını şərtləndirəcək hər hansı əhəmiyyətli amil görünmür. Bu cür məlumatlar daha çox spekulyativ xarakter daşıyır. Eyni zamanda psixoloji amillərə dayanan hallardır: “Ötən illərdə baş vermiş qiymət artımları müəyyən informasiyalar ortaya çıxardı. Xüsusilə 2030-cu ilədək Bakı şəhərində yeni metro stansiyalarının tikiləcəyi ilə bağlı məlumatlar yayıldıqdan dərhal sonra həmin ərazilərdə mənzillərin qiymətlərinin artacağı ilə bağlı informasiyalar səsləndirilməyə başlanıldı. Halbuki, metro stansiyalarının hansı ərazilərdə açılacağı dəqiq bəlli deyildi.

Faktiki olaraq indi heç bir iqtisadi əsaslandırmaya söykənməyən qiymət artımları ilə bağlı informasiyalar ya müəyyən qrup və şəxslər tərəfindən ortaya atılmış spekulyativ informasiyalardır. Bəzi hallarda mediada konteksdən çıxarılan məlumatlar da bazara təsir edir. Ona görə də bu cür yanaşmaların əleyhinəyəm və həmin informasiyaları bölüşmürəm.

Hesab edirəm ki, qiymət artımları ola bilər və gözlənilir. Lakin 2024-cü ildəki kimi nisbi xarakter daşıyacaq, kəsin artım olmayacaq”.

Ekspertlərin fikrincə, süni ajiotajın yaratdığı yüksək qiymətlər alıcıları çətin vəziyyətə salır. Qiymətlərin artdığı şəraitdə xüsusilə gənc ailələr və orta gəlirli insanlar mənzil almaqda çətinlik çəkir. Nəticədə insanlar ya mənzil almaqdan vaz keçir, ya da yüksək kredit götürərək daha çox borc altına düşürlər.

Qiymətlər yüksəldikdən sonra bazarda qiymətlərin təbii olaraq aşağı düşməsi mümkündür. Bu zaman yüksək qiymətə satmaq istəyən satıcılar "balonun partlaması" riskini yaşayırlar.

Belə hallar təkcə Azərbaycanda baş vermir. Xaricdə də oxşar təcrübədən istifadə olunur.

2020-ci ilin ortalarında ABŞ-nin müxtəlif şəhərlərində mənzil bazarında qeyri-sabitlik müşahidə olunurdu. Bir çox əmlak eksperti pandemiyanın təsirinin keçəcəyini və mənzil bazarının bərpa olunacağını, nəticədə qiymətlərin artacağını bəyan etmişdi. Bu çağırışlar bazarda böyük təsir yaratdı. Alıcılar qiymətlərin artacağı proqnozuna əsaslanaraq qərarlarını tezləşdirməyə başladı və çox sayda insan sürətlə mənzil almağa başladı. Bunun nəticəsində, bazarda mənzil təklifinin azalması və tələbin artması ilə qiymətlər kəskin şəkildə yüksəldi.

2016-2017-ci illərdə Avstraliyanın Sidney və Melburn şəhərlərində mənzil qiymətləri sürətlə artmağa başladı. Əmlak ekspertləri qiymətlərin daha da artacağını və bu artımın davam edəcəyini bəyan edərək bazarda alıcıları hərəkətə keçirməyə təşviq etdilər. Bu çağırışlar ciddi təsir yaratdı. Nəticədə bu şəhərlərdə mənzil qiymətləri rekord səviyyələrə çatdı.

Bir il sonra 2017-ci ildə Kanada əmlak bazarındakı qiymət artımları ilə bağlı ekspertlər xəbərdarlıq etdilər. Onlar Toronto şəhərində əmlak qiymətlərinin daha da artacağını proqnozlaşdırırdılar. Ekspertlər xarici investorların bazara daha çox daxil olacağını bildirirdilər. Bu proqnozlar da bazarda güclü reaksiyaya səbəb oldu. Alıcılar ekspertlərin qiymət artımı ilə bağlı verdikləri xəbərdarlıqlara görə mənzil almağa başladılar.

Honq-Konqda 2017-ci ildən başlayaraq əmlak bazarında qiymət artımları müşahidə olunurdu. Bir çox əmlak eksperti qiymətlərin daha da artacağını, xüsusən də premium ərazilərdə tələbin yüksələcəyini bildirirdi. Bu çağırışların təsiri ilə bazara əlavə tələbat daxil oldu. Qiymətlərin daha da artacağına inanan alıcılar bazara daxil oldular və qiymətlər sürətlə yüksəldi.

İsveçrənin Cenevrə və Sürix şəhərlərində mənzil qiymətləri 2018-ci ildən sonra artmağa başladı. Əmlak ekspertləri imkanlı investorların alıcıların bazara daxil olması ilə qiymət artımlarının davam edəcəyini bildirdilər. Ekspertlərin bu çağırışlarına qoşulan alıcılar bazara daxil oldular və bu da qiymətlərin yüksəlməsinə səbəb oldu.

2016-cı ildən başlayaraq Münhen və Frankfurt kimi alman şəhərlərində əmlak qiymətləri sürətlə artmağa başladı. Əmlak ekspertləri, bu artımın səbəbinin yüksək tələbdən qaynaqlandığını və qiymətlərin daha da artacağını iddia edirdilər. Bu çağırışlardan sonra Münhen və Frankfurt şəhərlərində mənzil qiymətləri əvvəlki illərə nisbətən daha sürətlə artdı.

Bu faktlar göstərir ki, əmlak ekspertlərinin qiymətlərin artacağı barədə verdikləri çağırışlar, bazarda əhəmiyyətli təsir yaratmağa səbəb olur. Bu da öz növbəsində qiymətlərin yüksəlməsinə yol açır. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:73
embedMənbə:https://modern.az
archiveBu xəbər 12 Fevral 2025 15:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see192

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see156

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see139

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see136

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri