Icma.az
close
up
RU
Mənzil bazarında qiymət artımı olacaq? AÇIQLAMA

Mənzil bazarında qiymət artımı olacaq? AÇIQLAMA

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Azərbaycanda daşınmaz əmlak bazarında qiymət artımının əvvəlki sürətlə davam etməyəcəyi və bazarın tədricən stabilləşəcəyi ilə bağlı ötən il publik çıxışlarımda fikirlərimi bölüşmüşdüm. Çünki 2025-ci ildə dövlət maliyyəsinin idarə olunmasında formalaşan yeni yanaşmalar məndə belə bir qənaət yaratmışdı ki, 2026-cı ildən etibarən büdcə vəsaitlərinin xərclənməsinə nəzarət daha da güclənəcək, qeyri-səmərəli xərclərin qarşısı daha ciddi şəkildə alınacaq. Bunun nəticəsində müxtəlif yollarla bazara daxil olan böyük həcmli vəsaitin əvvəlki qədər daşınmaz əmlaka yönəlməyəcəyini düşünürdüm. Fikrimcə, son illərdə mənzil bazarında qiymətləri yüksəldən əsas amillərdən biri məhz bu vəsaitlərin istehsala və real investisiyalara deyil, daşınmaz əmlaka yönəlməsi idi. Nəticədə bazarda real yaşayış tələbindən daha çox investisiya və kapitalın qorunması məqsədilə formalaşan əlavə tələb yaranır, qiymətlər isə iqtisadi əsaslardan daha sürətlə artırdı. Bu mənim proqnozumun əsaslandığı iqtisadi məntiq idi".

Redaktor.az xəbər verir ki, bu fikirləri iqtisadçı Eldəniz Əmirov feysbuk hesabında yazıb.

"Son günlər açıqlanan statistika həmin proqnozun ilk siqnallarını göstərir. Mənzil qiymətlərinin artım tempi ardıcıl şəkildə zəifləyir. Belə ki, rüblük artım 2025-ci ilin IV rübündə 3,1%, 2026-cı ilin I rübündə 2,2%, 2026-cı ilin II rübündə isə 1,6% təşkil edib.

Şübhəsiz ki, bu prosesə ipoteka bazarında artım tempinin zəifləməsi, kredit faizlərinin yüksəlməsi, yeni tikililərin bazara çıxması, şəhərin mərkəzi hissələrində aparılan söküntü və yenidənqurma layihələri kimi amillər də təsir göstərir. Lakin hesab edirəm ki, əsas dəyişiklik təkcə bu amillərlə izah olunmur. Qənaətimə görə, daşınmaz əmlaka yönələn investisiya xarakterli kapitalın, o cümlədən dövlət maliyyəsində səmərəliliyin artması fonunda əvvəlki illərdə bazara daxil olan qeyri-produktiv vəsaitlərin həcminin tədricən azalması da bu prosesə təsir göstərən mühüm amillərdən biridir".

Eldəniz Əmirovun fikrincə, çox güman ki, qarşıdakı dövrdə də mənzil bazarında qiymət artımının tempi tədricən aşağı düşəcək və müəyyən müddətdən sonra bazar stabilləşəcək:

"Bunun nə qədər vaxt aparacağı isə dövlət maliyyəsinə nəzarətin davamlılığından, ipoteka bazarındakı dinamikadan, faiz dərəcələrinin səviyyəsindən, əhalinin gəlirlərinin artım sürətindən və iqtisadiyyatın ayrı-ayrı sahələrində alternativ investisiya imkanlarının yaranmasından asılı olacaq.

Hesab edirəm ki, bu prosesin nəticəsində daşınmaz əmlak bazarı əvvəlki illərdə olduğu kimi sürətli gəlir əldə etmək və kapitalı qorumaq üçün ən cəlbedici investisiya aləti olmaq xüsusiyyətini tədricən itirəcək. Qiymətlərin formalaşmasında isə spekulyativ tələbdən daha çox real alıcılıq qabiliyyəti və fundamental iqtisadi amillər həlledici rol oynayacaq.

Uzunmüddətli perspektivdə isə bütün bunlar mənzil bazarının daha sağlam əsaslar üzərində formalaşmasına və mənzilin vətəndaşlar üçün tədricən daha əlçatan olmasına xidmət edə bilər. Çünki mənzil bazarının əsas məqsədi investisiya aləti olmaqdan daha çox insanların yaşayış ehtiyacını ödəmək olmalıdır".

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:145
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 27 İyul 2026 12:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see340

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see325

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see319

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see318

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see290

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see289

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see284

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see276

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see258

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see251

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see249

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see241

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see240

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see236

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see230

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see210

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see199

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see190

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see182

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri