Bəzi insanların yoxluğuna inanmaq olmur
Icma.az, Axsham.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Aparıcı Lalə Azərtaş mərhum Xalq şairi Nəriman Həsənzadə ilə bağlı paylaşımı ilə diqqət çəkib.
Axşam.az xəbər verir ki, aparıcı sosial şəbəkə hesabında şairlə bağlı videosunu yayımlayıb və onunla bağlı xatirələrini bölüşüb.
O, videoda Nəriman Həsənzadə ilə dialoqunu xatırlayaraq onun “Nə vaxt istəsən, gəl...” sözlərini qeyd edib:
“Qarşıma bu video çıxdı… Dayanıb uzun-uzadı baxdım. Mən “gələcəyəm” deyirəm, Nəriman müəllim isə həmişəki doğmalığı ilə: “Nə vaxt istəsən, gəl…”
İndi düşünürəm ki, bəzi insanların yoxluğuna inanmaq olmur. Çünki səsi qalır, sözü qalır, baxışı, nəfəsi, xatirəsi qalır… Məncə, siz heç getməmisiniz, Nəriman müəllim. Siz yenə də varsınız. Yenə də yaşayırsınız - sözünüzdə, misralarınızda və sizi sevənlərin yaddaşında…
Kaş o “nə vaxt istəsən, gəl” dediyiniz ünvana bir dəfə də gələ biləydim…”.
Baxış sayı:75
Bu xəbər 08 Sentyabr 2026 17:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















