Icma.az
close
up
RU
Bəzi maşın alverçiləri sizi belə aldadır Ən hiyləgər üsullar XİLAS YOLU

Bəzi maşın alverçiləri sizi belə aldadır Ən hiyləgər üsullar XİLAS YOLU

Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Avtomobil bazarında alıcını aldatmaq üçün müxtəlif fırıldaq üsulları mövcuddur. Azərbaycanda alıcılar bu halla tez-tez rastlaşırlar.

Məsələn, hər hansı alverçi maşını tərifləyir, heç bir probleminin olmadığını deyir, amma satışdan bir neçə gün sonra avtomobilin ciddi problemləri ortaya çıxır.

Bəziləri bu fırıldağı sadə texniki manipulyasiyalarla, bəziləri isə sənəd saxtakarlığı və psixoloji təzyiqlə həyata keçirir. Xüsusilə onlayn satış platformalarında bu hallara daha çox rast gəlinir.

Milli.Az xəbər verir ki, day.az avtomobil alıcılarının aldadılma üsullarını araşdırıb. 

Aşağıda ən çox yayılan fırıldaq üsulları, onlardan qorunma yolları və diqqət edilməli işarələr barədə qısa bələdçi təqdim edirik.

Ən çox istifadə olunan aldatma üsulları

Ən məşhur fırıldaqlardan biri Odometrin sürətölçənin geri çəkilməsidir. Köhnə və çox sürülmüş avtomobilin kilometrajı azaldılır ki, "az işlənmiş" kimi satılsın. Satıcı maşını daha baha qiymətə təqdim edir.

Maşının "qaranlıq keçmişini" gizlədən alveçilər də var. Məsələn, ağır qəzanın iştirakçısı olan və ya sel zamanı suyun altında qalan avtomobilin sənədləri dəyişdirilərək təmiz kimi göstərilir.

Digər hiyləgər üsul isə VIN klonlanması və sənəd saxtalaşdırılmasıdır.

Oğurlanmış və ya ağır zədələnmiş maşına başqa, "təmiz" avtomobilin VIN nömrəsi vurulur. Hüquqi problemlər qaçılmaz olur.

Özünü fərdi satıcı kimi təqdim edən peşəkar alverçilər də var. Peşəkar alverçi özünü fərdi satıcı kimi göstərir ki, məsuliyyətdən qaça bilsin. Çünki satdığı maşında gizli qüsurlar olur.

Ucuz elanla alıcını cəlb etmək üsulu da məşhurdur.

Elanlarda çox ucuz qiymət göstərilir, alıcı maraqlandıqda isə "o maşın satılıb" deyib daha bahalı model təklif olunur. Kredit fırıldağı ilə satış həyata keçirən alverçilər də mövcuddur.

Alıcıya avtomobil verilir, lakin sonradan "bank təsdiqləməyib" bəhanəsi ilə yeni, daha pis şərtlərlə müqavilə imzalatmağa çalışırlar.

Bəzi alverçilər isə saxta zəmanət və əlavə xidmətlər təklif edir. Sənədlərə gizli şəkildə əlavə ödənişlər (sığorta, avadanlıq və s.) salınır və alıcı xəbərsiz pul ödəyir. Satış həyata keçiriləndən sonra yoxa çıxırlar.

Onlayn idxal və ilkin ödəniş fırıldaqları da məşhurdur. "Xaricdən ucuz maşın gətiririk" deyib əvvəlcədən pul alır, sonra yoxa çıxırlar. Son illər bu üsul sosial şəbəkələrdə artıb.

Bəs aldatmaq istədiyini necə bilmək olar?

Şübhə doğuran əlamətlər

•   Qiymət bazardan xeyli aşağıdırsa, bu, bir xəbərdarlıq siqnalıdır.

•   Satıcı tələsdirir: "bu gün almazsan, başqası alacaq" deyir.

•   Sənədlər natamamdır və ya VIN nömrələrində uyğunsuzluq var.

•   Maşının salonu, pedalları və oturacaqları kilometr göstəricisi ilə uyğun gəlmir.

•   Yalnız nağd və ya əvvəlcədən ödəniş tələb olunur.

•   Elanlardakı şəkillər başqa yerlərdə dərc olunub və ya təkrarlanır.

Maşın alarkən aldanmamaq üçün nələri yoxlamaq lazımdır?

•  VIN yoxla: Şüşə altı, qapı və mühərrik bölməsindəki VIN eyni olmalıdır. Onlayn hesabat

•  Mexanik baxışı: Satıcı nə deyirsə desin, müstəqil ustaya göstər.

• Sənədləri araşdır: Gömrük, sahiblik, borc və girov vəziyyətini yoxla.

• Sürüş testi et: Əyləc, mühərrik və asma hissələrini diqqətlə dinlə.

•  Rəsmi ödəniş et: Nağd deyil, bank vasitəsilə və müqavilə ilə.

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 05 Noyabr 2025 10:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see220

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see212

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see210

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see208

Azərbaycanda yüzlərlə uşaq necə yoxa çıxıb?

03 Fevral 2026 04:57see206

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see185

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see185

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see183

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see175

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see172

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see166

m10 platforması ilə bağlı VACİB MƏLUMAT

03 Fevral 2026 16:53see158

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see155

Qara və yaşıl zeytun: Fərqləri nədir və hansı daha faydalıdır?

03 Fevral 2026 05:57see145

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see144

Azərbaycana Sibir soyuğu gəlib: Çovğun var

04 Fevral 2026 13:41see142

“Avropa artıq ABŞ ın çətiri altında deyil!”

03 Fevral 2026 22:23see139

Bakıda yeni metrostansiyalar tikiləcək Bu ərazilərdə...

03 Fevral 2026 05:14see138

“ABŞ nin vurduğu PUA qanuni kəşfiyyat missiyası həyata keçirirdi”

04 Fevral 2026 03:04see138

Sadıqov: “Üstün tərəf biz idik”

04 Fevral 2026 20:37see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri