Icma.az
close
up
RU
Bəzi media fenomenlərinin nə yetərli təhsili, nə də geniş dünyagörüşü var

Bəzi media fenomenlərinin nə yetərli təhsili, nə də geniş dünyagörüşü var

Icma.az, Gununsesi saytına istinadən bildirir.

“Media fenomenlərinin müəyyən bir hissəsinin nə yetərli təhsili, nə də geniş dünyagörüşü var. Təbii ki, bu fikri bütün media fenomenlərinə aid etmək düzgün olmazdı, çünki onların arasında cəmiyyətə faydalı məlumatlar verən, maarifləndirici fəaliyyət göstərən və öz auditoriyasına müsbət təsir edən insanlar da var. Lakin bəzi hallarda müşahidə edirik ki, kifayət qədər bilik və peşəkar hazırlığı olmayan şəxslər belə sosial şəbəkələrdə çox böyük təsir gücünə sahib olurlar”.

Gununsesi.info bildirir ki, bu fikirləri deputat Ceyhun Məmmədov deyib:

“Bu gün sosial media elə bir platformaya çevrilib ki, burada bir paylaşım, bir video və ya bir fikir qısa zaman ərzində minlərlə, hətta milyonlarla insana çata bilir. Bunun həm müsbət, həm də mənfi tərəfləri var. Müsbət tərəfi odur ki, faydalı məlumatlar daha sürətlə yayılır və insanlar məlumat əldə etmək imkanını genişləndirirlər. Lakin mənfi tərəfi ondan ibarətdir ki, bəzən kifayət qədər araşdırılmamış, emosional və ya səthi yanaşmalar da geniş auditoriyaya təsir göstərir və ictimai rəyin formalaşmasında ciddi rol oynayır.

Məsələn, bir neçə gün əvvəl Azərbaycanda baş verən bir məhkəmə prosesi ətrafında yaranmış vəziyyəti müşahidə etdik. Mən məsələnin detallarına toxunmaq istəmirəm, çünki burada əsas məsələ hadisənin özü deyil. Diqqət çəkən məqam ondan ibarətdir ki, demək olar bütün sosial media platformaları və geniş ictimaiyyət həmin mövzunu müzakirə etməyə başladı. İnsanlar müxtəlif fikirlər səsləndirir, müxtəlif mövqelər nümayiş etdirirdilər və mövzu çox sürətlə gündəmin əsas məsələsinə çevrildi.

Bu isə müəyyən mənada ciddi narahatlıq yaradan bir vəziyyətdir. Çünki bəzi hallarda insanların diqqəti cəmiyyət üçün daha vacib və uzunmüddətli əhəmiyyət daşıyan məsələlərdən yayınaraq daha çox emosional və gündəlik mövzulara yönəlir. İctimai rəyin formalaşmasında məsuliyyətli yanaşma, məlumatın düzgün təhlili və sağlam düşüncə hər zaman əsas amillərdən biri olmalıdır. Ona görə də sizin qeyd etdiyiniz formada məsələyə yanaşmaq və bu təsirləri daha dərindən qiymətləndirmək vacib hesab olunur”.

Günay

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 06 İyul 2026 15:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see308

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see308

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see289

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see269

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see263

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see260

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see247

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see233

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see226

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see223

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see222

Azərbaycan fındığı Çin bazarına çıxarılır

23 Noyabr 2026 12:00see220

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see218

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see215

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see214

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see201

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see199

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see196

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see192

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri