Icma.az
close
up
RU
“Dünyagörüşü atlası” dərc olundu

“Dünyagörüşü atlası” dərc olundu

Azvision saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Müəllif girişdə qeyd edir ki, “bundan 6 il öncə “Dünyagörüşü ilə bağlı 1111 sual – 1111 cavab” adlı kitabla (Naxçıvan, “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi, 2019, 168 s.) görüşünüzə gələrkən qeyd etmişdik ki, “dünyagörüşü çox geniş diapazona malik olan bir sahədir və ona dair hər şeyi bir kitabda əhatə etmək, təbii ki, mümkün deyil”. Həmin nəşrə göstərilən yüksək maraq, müxtəlif yaş qrupları və ixtisas sahiblərindən aldığımız dəyərli rəylər və insanların bilik axtarışında daha çox istiqamətə ehtiyac duyduğunu ifadə edən fikirlər bizi daha geniş və hərtərəfli yeni bir kitab hazırlamağa sövq etdi”.
Elmi redaktoru filologiya elmləri doktoru Fərman Xəlilov, rəyçiləri tarix üzrə fəlsəfə doktoru, dosent Emin Şıxəliyev və hüquşünas Əli Qədimov olan kitaba ayrı-ayrı mövzular üzrə təsnif edilmiş 50 başlıq daxilinə 2200-dən çox suala cavablar daxil edilib, eləcə də 6 bölmə əlavə olunub. Ümumilikdə 15000-dən çox informasiya bazasını ehtiva edən kitaba daxil edilən hər bir sual yalnız qısa və konkret cavabla məhdudlaşmır, mövzunun mahiyyətini daha dolğun açmaq üçün həmin sualın ətrafında əlavə ensiklopedik bilgilər, tarixi faktlar, maraqlı qeydlər və oxucunun dünyagörüşünü genişləndirən zəngin məlumatlar da təqdim olunur.
Bunun üçün klassik və müasir elmi ədəbiyyatlar, akademik ensiklopediyalar, elmi monoqrafiyalar və dərsliklər, mövzu ilə bağlı əlaqədar kitablar, beynəlxalq təşkilatların rəsmi informasiya bazaları, Azərbaycan Respublikasının və digər ölkələrin qanunvericilik aktları, nüfuzlu elektron resurslar, internet portalları və saytları müqayisəli şəkildə araşdırılıb, məlumatların dəqiqliyi, obyektivliyi və aktuallığına maksimum həssaslıqla yanaşılıb, hər faktın etibarlılığı dəfələrlə yoxlanılıbdır.

Kitabın hazırlanmasında yerli resurslarla (elmi ədəbiyyatlar, akademik ensiklopediyalar, elmi monoqrafiyalar və dərsliklər, mövzu ilə bağlı əlaqədar kitablar) yanaşı, xarici qaynaqlara, xüsusilə də “Encyclopaedia Britannica”, “Oxford Reference”, “National Geographic”, “Smithsonian Institution”, “Stanford Enyclopedia of Philosophy”, “World Atlas”, “NASA”, “UNESCO”, “CİA World Factbook”, “Merriam-Webster Dictionary” kimi etibarlı mənbələr də daxil olmaqla çoxsaylı məlumat bazalarına və platformalarına nəzər salınıb, Azərbaycan və xarici dillərdə olan bir çox elmi ədəbiyyat bazasından faydalanılıb.
Kitabın əhatə dairəsi olduqca genişdir və demək olar ki, müasir dünyagörüşünün bütün əsas istiqamətlərini özündə birləşdirir. Burada Azərbaycan və dünya tarixi, hüquq, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının konstitusiyaları və qanunvericiliyi, maliyyə və iqtisadiyyat, beynəlxalq münasibətlər, Azərbaycan və dünya ədəbiyyatı, dilçilik, mədəniyyət, Azərbaycan və dünya coğrafiyası, dünya ölkələri, kimya, fizika, biologiya və tibb elmləri, riyaziyyat və həndəsə, astronomiya və kainat elmləri, fəlsəfə, məntiq və psixologiya, kompyuter, internet və kibermühit, süni intellekt və yeni texnologiyalar, dinlər tarixi və dinşünaslıq, sosiologiya, rəssamlıq, musiqi aləmi, idman oyunları, gündəlik məişət, adət-ənənələr və digər sahələr üzrə məlumatlar sual-cavab formatında təqdim edilir.
Hər sual tərtib edilərkən onun həm maarifləndirici dəyərinə, həm praktik faydasına, həm də oxucu üçün maraq doğurma potensialına diqqət yetirilib. Sual-cavabların strukturu elə formada qurulub ki, oxucu həm yeni bilik əldə edə, həm də mövcud biliklərini sistemləşdirə bilsin. Təsadüfi deyil ki, bu kitabın əhəmiyyəti də elə burada – faktların səliqəli, lakonik və sistemli şəkildə təqdim edilməsindədir.
Kitab geniş auditoriyanı nəzərə alaraq hazırlanıb. Ondan məktəblilər və valideynlər, müəllimlər və tələbələr, elmi araşdırma aparanlar, dövlət qulluğuna hazırlaşanlar, intellektual yarışlara qatılanlar, ümumi dünyagörüşünü inkişaf etdirmək istəyən şəxslər, müxtəlif sahələrdə çalışan peşə sahibləri bəhrələnə bilərlər.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:244
embedMənbə:https://azvision.az
archiveBu xəbər 27 Fevral 2026 13:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see316

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see314

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see312

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see311

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see308

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see300

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see299

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see298

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see289

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see277

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see260

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see251

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see251

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see245

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see244

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see223

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see210

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see210

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see208

Qeyri neft iqtisadiyyatının büdcədə çəkisi artır

31 Oktyabr 2026 15:23see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri