Icma.az
close
up
RU
Bəzi oyun komponentlərində daha çoxunu bacarmalıyıq

Bəzi oyun komponentlərində daha çoxunu bacarmalıyıq

Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Sabah" Misli premyer-liqasının evdə keçirilən 15-ci tur matçında "Səbail"i məğlub etdi - 1:0.

"Football-plus.az" xəbər verir ki, "bayquşlar"ın baş məşqçisi Vasili Berezutski oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.
- Birinci hissədə yaxşı çıxış etsək də, ikinci yarıda müdafiə olunduq. Amma ikinci qolu vurmalıydıq. Çalışacağıq ki, növbəti matçlarda daha məzmunlu oyun göstərək.
- Elvin Camalovun start heyətində olmamasının səbəbi nə idi? Kapitan niyə Pavol Şafranko oldu?
- Bu, məşqçilər korpusunun qərarı idi. Qarşıda xeyli oyun var. Dəyişikliklər edəcəyik. Məlum olduğu kimi, Elvin meydana daxil olduqdan sonra sarğı ona verildi.
- Komandanın potensialı barədə nə deyə bilərsiz?
- Hücum xəttimizin potensialı çox yüksəkdi. Amma bəzi oyun komponentlərində daha çoxunu bacarmalıyıq. Çünki yüksək pillələrdə qərarlaşan komandalara qarşı mübarizə aparmalı və uğur qazanmalıyıq.
- Maqsud Adıgözəlov Rusiya mətbuatına açıqlamasında bildirib ki, komanda qısa müddətdə toparlanmalı və hədəflərə çatmalıdı. Hansı hədəfdən söhbət gedir?
- Avrokuboklara yollanmaq...
- Bunun üçün ölkə kubokuna daha çox köklənəcəksiz, yoxsa premyer-liqaya?
- Hər variant uyğundu. Amma qısa yol ölkə kubokudu.
- Məşqçilərin qərarı Elvin Camalovun start heyətində olmaması idi, yoxsa əsas kapitanın Pavol Şafranko olması?
- Pavolun emosional cəhətdən daha yaxşı hiss etməsini istədik. Bu üzdən, meydana kapitan kimi çıxardıq. Amma Elvin də hazırlaşır. Dediyim kimi, qarşıdakı oyunlarda dəyişiklik olacaq.
- Azərbaycana gəlməzdən əvvəl Murad Musayevlə danışmısız? Bura hansı fikirlərlə gəlmisiz?
- Düzü, Muradla danışmamışam. Amma o mənə mesaj yazdı və uğurlar arzuladı. Bilirəm ki, "Qarabağ" və "Sabah" avrokuboklarda çıxış edib. Musayevlə PRO kateqoriyasını oxuyanda mənə Azərbaycan futbolu haqda danışıb. Görürəm ki, onun dedikləri reallığa yaxındı.
- Sizə təklif kimdən gəldi? Düşünmək üçün nə qədər vaxtınız oldu?
- Təklif almağımla qəbul etməyim arasında çox məsafə olmadı. Hər şey anidən baş verdi. "Sabah"ın təklifini qəbul etməyə bilməzdim.
- "Qarabağ"dan başqa hansı klubumuz haqda məlumatlısız?
- Məncə, Azərbaycan futbolu inkişaf edir. İnfrastruktura maliyyə ayrılır. İnanıram ki, hamımız birlikdə inkişaf edəcəyik.
KƏNAN BAHADIR

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 29 Noyabr 2024 21:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see319

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see304

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see291

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see290

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see262

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see241

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see238

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see235

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see222

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see215

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see215

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see214

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see212

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see203

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see201

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see192

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see192

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see189

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri