Icma.az
close
up
RU
Şəkildən daha çoxunu görən həkim

Şəkildən daha çoxunu görən həkim

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Moskva, 29 aprel, AZƏRTAC

Müasir rentgenologiya sadəcə bir texnologiya deyil. Bu, maşın dəqiqliyi ilə insan anlayışı arasındakı incə sərhəddir. Müsahibimiz tibb elmləri namizədi, Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin 2 saylı Universitet Klinik Xəstəxanasının rentgenoloq həkimi Ramin Rzayevdir. Rusiyanın aparıcı tibb universitetinin məzunu, transplantologiya və diaqnostik vizuallaşdırma sahəsində elmi araşdırmaların iştirakçısı olan Ramin Rzayev, tibbi dəqiq, eyni zamanda dərin insani keyfiyyətlərlə həyata keçirən nəslə aiddir.

AZƏRTAC-a müsahibəsində Ramin həkim yalnız texnologiyalar və peşə haqqında deyil, həm də daxili seçim, məsuliyyət və Vətənlə bağlılıq barədə danışıb.

- Siz texnologiya və tibbin kəsişməsində çalışırsınız. Burada həkim həm təcrübəsinə, həm də avadanlıqların verdiyi məlumatlara inanmalıdır. "Şəkli oxumaq" və klinik intuisiyanı necə balanslaşdırırsınız?

- Həm müalicə, həm də təhsil müəssisəsi olan universitetdəki gündəlik işlərimizdə, çoxprofilli klinikada işləyərkən sadə və mürəkkəb, xəstəlik tarixi uzun olan müxtəlif pasiyent qrupları ilə qarşılaşırıq. Əlbəttə, rentgenoloq ilk növbədə instrumental diaqnostik metodlarla əldə olunan şəkillərə əsaslanır. Ancaq çox vaxt anamnezlə tanış olmadan, bəzən də pasiyentlə şəxsən söhbət etmədən xəstəliyin tam mənzərəsini yaratmaq mümkün olmur. Bu balans, təbii ki, təcrübə ilə formalaşır. Gündəlik praktikada biz tez-tez ədəbiyyata müraciət edir, həmkarlarımızı və hətta süni intellekti qərarvermə prosesinə cəlb edirik. Məncə, uğur və düzgün diaqnozun əsası məhz bundadır.

- Rentgenologiya tez-tez klinik nizamın kölgəsində qalır. Sizcə, pasiyentlər və hətta həmkarlar rentgenoloqun işində nəyi yetərincə qiymətləndirmir?

- Rentgenologiyanı bəzən tibbə yaxın sahə adlandırırlar. Pasiyentlərə, bəzən də həmkarlarımıza elə gəlir ki, biz sadəcə fotostudiya kimi çalışırıq, şəkli çıxarıb çap etmək bizim vəzifəmizdir. Təbii ki, bu, belə deyil. Rentgenoloq ilk növbədə işi düzgün təşkil etməli, demək olar ki, bütün nozologiyalardan baş çıxarmalı, müayinə üçün gələn pasiyentdə nələrə diqqət yetirmək lazım olduğunu bilməlidir.

Lakin anlamaq lazımdır ki, bu gün şüa diaqnostikasına demək olar ki, bütün ixtisas üzrə həkimlər müraciət edirlər. Şüa diaqnostikası olmadan müasir tibbi təsəvvür etmək çətindir. Rusiyada rentgenoloq invaziv müdaxilələr, məsələn, biopsiya götürmək kimi prosedurları aparmır. Xarici həmkarlarından fərqli olaraq, Rusiya qanunvericiliyi rentgenoloqlara invaziv proseduralar həyata keçirməyə icazə vermir.

Buna baxmayaraq, fikrimcə, rentgenoloq yalnız qeyri-invaziv müayinələrin nəticələri ilə işləyərkən də böyük məsuliyyət daşıyır. Əslində rentgenoloq digər ixtisaslı həkimlərin "daxili gözü" rolunu oynayır.

Üstəlik, bu iş yüksək sosial aktivlik tələb edir, bəlkə də, gün ərzində həmkarlarından bu qədər zəng qəbul edən başqa bir həkim yoxdur.

- Siz transplantologiya üzrə dissertasiya müdafiə etmişiniz. Fikrinizcə, donorun diaqnostikası əməliyyatın uğuruna necə təsir edə bilər? Heç olurmu ki, məhz rentgenoloq qərar qəbul edilməsində əsas rol oynayır?

- Mənim dissertasiyamı müdafiə etdiyim vaxtdan bu günə qədər qohum donorların diaqnostikasına yanaşmalarda dəyişikliklər olub. Təbii ki, ən yeni diaqnostika aparatlarının tətbiqi və cərrahiyyə əməliyyatlarının metodlarının təkmilləşdirilməsi nəticəsində transplantologiyada nəticələr yaxşılaşıb. Bu gün artıq resipientlərin transplantasiyası üçün süni orqanlardan istifadə edilir. Şüa diaqnostikası üsulları donor seçimi və cərrahi əməliyyatların planlaşdırılmasında əsas rol oynayır.

Bizim nəticələrimizdən asılı olaraq donorlar seçilirdi, orqanın və ya onun bir hissəsinin çıxarılması üzrə əməliyyatlar planlaşdırılırdı. Şüa diaqnostikası metodları əməliyyatdan sonrakı dövrdə, xüsusilə də əməliyyatdan sonrakı ilk sutka həm donor, həm də resipient üçün mühüm rol oynayır.

- Əslən azərbaycanlısınız. Bu gün Vətən sizin üçün peşəkar, insani, mədəni mənada nə ifadə edir? Rusiyada uzun illər işləməyinizə baxmayaraq, doğma torpaqla bağlılıq hissiniz varmı?

- Bu illər ərzində Azərbaycanla əlaqəmi heç vaxt itirməmişəm. Peşəkar planda Bakıda Türkiyə, Almaniya, ABŞ-ın aparıcı universitetlərində təhsil almış çoxlu həmkarım var. Biz daim əlaqə saxlayır, təcrübələrimizi bölüşür, müxtəlif ölkələrdə tibbin inkişaf istiqamətini izləyirik. Bu gün Azərbaycanda səhiyyə çox irəliləyib. Demək olar bütün cərrahi əməliyyatlar, o cümlədən orqan köçürülməsi icra olunur. İnsani və mədəni baxımdan da Vətənimlə bağlılığımı qoruyuram.

Bakıda yaşayan valideynlərimlə daim əlaqədəyəm, ildə bir neçə dəfə Azərbaycana getməyə çalışıram. Orada çoxlu qohumlarım, dostlarım, sinif yoldaşlarım var, onlarla sıx təmasdayam. Son illər Azərbaycana səfərlərim zamanı ölkəni daha yaxından tanımağa, tarixi və mədəniyyəti barədə yeni şeylər öyrənməyə çalışıram.

Əlbəttə, bu əlaqəm var və həmişə də olacaq.

- Siz tələbəlikdən başlayaraq Rusiyanın aparıcı klinikasında tibb elmləri namizədi və həkimə çevrilmisiniz. Sizcə, bu yolda həlledici daxili keyfiyyətlər hansılar olub?

- Əməksevərlik, səbirlilik, ixtisasa və insanlara sevgi. Həkimin fəlsəfəsi də məhz bunun üzərində qurulub.

- Niyə məhz rentgenologiyanı seçmisiniz? Həyatınızda bu seçimə təsir edən insan, hadisə və ya kitab olubmu?

- Mən uşaqlıqdan həkim olmaq istəyirdim. Həkim ailəsində böyümüşəm, atam cərrah olub, sonradan travmatologiya sahəsində çalışıb. Uşaqlıqdan həkim peşəsinin nə qədər hörmətli, humanist və vacib olduğunu görmüşəm. Atamın nümunəsində başa düşmüşəm ki, insanlara kömək etmək, onların sağlamlığına qayğı göstərmək vacib və maraqlıdır. Buna görə də tibb universitetinə daxil olmağa qərar verdim.

Tələbəlikdə də cərrah olmaq istəyirdim, amma rezidentura ixtisası seçmək vaxtı gələndə diaqnostikaya maraq göstərdim. Çünki atamın sayəsində bilirdim ki, diaqnostika xidmətində çalışan həkimin peşəkarlığından çox şey asılıdır.

Sonradan aparıcı cərrahiyyə klinikalarında diaqnostik fənlər üzrə təhsil aldım və bu sahənin nə qədər vacib olduğunu bir daha təsdiqlədi.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Aprel 2025 08:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see329

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see279

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see234

Sensasion kəşf: Qalaktikamızın ən təhlükəli yerində su tapıldı

24 Sentyabr 2026 00:23see230

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see227

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see224

Bu heyətlə çempionluq Ay qədər uzaqdır “Yunayted”in əfsanəsi

24 Sentyabr 2026 00:33see223

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see222

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see221

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see217

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see210

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see207

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see200

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see199

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see191

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see187

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see186

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see186

Sumqayıtda ağır qəza: Chevrolet ağaca çırpıldı

24 Sentyabr 2026 00:33see169

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri