Icma.az
close
up
RU
“Bəzi qadınlar “Tarqovı”da ərəblərə görə saçyolduya çıxırdılar…” Nadir Qafarzadə KONKRET

“Bəzi qadınlar “Tarqovı”da ərəblərə görə saçyolduya çıxırdılar…” Nadir Qafarzadə KONKRET

Konkret.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Millət yoxdur, pis, tərbiyəsiz insan var. Bütün ərəb xalqını, ərəb dövlətlərini iki-üç tərbiyəsiz, biədəb, əxlaqsız insana görə pis qələmə verə bilmərik. Bu gün Azərbaycandan kimsə gedib haradasa biədəblik edirsə, o demək deyil ki, bütün Azərbaycan xalqı pisdir. Şəhidlər Xiyabanında qeyri-etik hərəkətlər edən ərəb turistlər tərbiyəsizdir, qanacaqsız, əxlaqsızdır. Əxlaq təkcə qadının və ya kişinin bədənini satması ilə ölçülmür. Bir insan tərbiyəsizdirsə, düşüncəsizdirsə, kiminsə mədəniyyətinə, milli dəyərlərinə, müqəddəslərinə toxunursa, deməli, əxlaqsızdır. Bilirsiniz, günah özümüzdədir, həmişə də özümüzdə olub. Kimlərinsə bizə qarşı pis hərəkəti öz münasibətimizdən qaynaqlanır. Gələn adama o dəqiqə ürəyimiz gedir, qabağında əyilirik, təzim edirik. Üzr istəyərək deyirəm, bəzi insanların içində çox yaltaqlıq sevdası var. Bir çox zəif insanda qürur yoxdur. Qürur çox ağır şeydir, hər insanda olmaz. İnsan qürurlu olmalıdır”.

KONKRET.az xəbər verir ki, bu sözləri pravda.az-a açıqlamasında müğənni Nadir Qafarzadə deyib.

“Ələlxüsus da, bu gün hamımız 44 günlük müharibənin qalib vətəndaşlarıyıq. Dünyada belə bir təcrübə yoxdur ki, hansısa ölkə cəmi 44 gün ərzində müharibə udsun. Düzdür, udana qədər çox itkilər verdik. Allah şəhidlərimizə rəhmət eləsin, xəstələrə şəfa, sağ qalanlara cansağlığı versin. Cənab Prezidentimizin daxili və xarici siyasəti nəticəsində qalib gəldik. Hətta arxa cəbhədə də insanlar çalışdılar. Kimin əlindən nə gəldisə, cəbhəyə köməklik etdi, fondlara pullar köçürüldü. Hər kəsin yadına gələr, bir müddət öncə bəzi “Azərbaycan qadını” adını daşıyan azərbaycanlı qadınlar, görürsünüz, “xanımlar” demədim, ərəb turistlərinə görə  Bakıda “Tarqovı”da saçyolduya çıxırdılar. Hamısı göstəricidir. Ərəb də fikirləşir ki, bunların qadınlarının bizə görə ürəyi gedir. Üzr istəyirəm, bəzi qadınları nəzərdə tuturam. Sənətindən və kimliyindən asılı olmayaraq kişili və qadınlı hər bir vətəndaş azərbaycanlı adını daşıyırsa, bu adı uca tutmalıdır. Bunun üçün çalışmalıyıq. Azərbaycanlı adını qorumaq üçün şəhidlər verdik, cənab Prezidentimiz, qazilərimiz əziyyət çəkdi. Nələr oldu, hələ bilmədiklərimiz var. Buna görə də belə şeylər baş verməsin deyə, kənardan gələnlər bizi daha yaxşı tanısınlar deyə yaxşı mənada özümüzü yığışdırmalıyıq. Ölkənin, xalqın adını batıran parazitlər utansınlar. Həmin ərəbləri bir də ölkəyə buraxmaq lazım deyil. Nəinki ölkəyə buraxmaq, onların psixologiyasını elə pozmaq lazımdır ki, Azərbaycan adlı ölkəni unutsunlar. Qoy dərs olsun. Bəsdir qonaqpərvər olduq. Hərdən özümüzə hörmət etməyi də bacarmalıyıq. Çox oldu bu qonaqpərvərlik bizdə…” – o bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://konkret.az
archiveBu xəbər 19 Avqust 2025 14:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see285

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see282

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see254

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see204

”, ”, topaz ın sahibi ən varlı adam oldu

01 Yanvar 2026 23:37see197

Xəbərdarlıq Yer kürəsində maqnit qasırğası başladı

03 Yanvar 2026 01:15see178

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see163

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see155

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Yanvar 2026 08:52see144

Dünya əhalisinin sayı rekorda yaxınlaşır

02 Yanvar 2026 23:37see143

Cəbrayıl şəhərinin işğaldan azad olunmasından 2 il ötür

03 Yanvar 2026 03:59see143

Səhralar yaşıllaşacaq: Çinli alimlərdən inqilabi metod

02 Yanvar 2026 02:41see142

İran xarici müdaxiləyə sərt cavab veriləcəyini bəyan edib

02 Yanvar 2026 18:54see142

Kolumbiya hərbçiləri 4 ton kokain daşıyan gəmini ələ keçiriblər

02 Yanvar 2026 00:14see138

Araqçi Trampın iranlı etirazçılara dəstək bəyanatlarını “düşünülməmiş və təhlükəli” kimi qiymətləndirib

03 Yanvar 2026 01:30see137

“Qurban Qurbanov çox sərt məşqçidir” Koxalski

02 Yanvar 2026 20:00see134

Məşhur ekstrasensdən Azərbaycanla bağlı 2026 PROQNOZLARI MÜSAHİBƏ

02 Yanvar 2026 10:12see134

23 Aprel Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür

02 Yanvar 2026 06:20see134

Bakının yarısında işıqlar söndü

02 Yanvar 2026 00:26see133

Təhsil işçilərinin rifahı fəaliyyətimizin mərkəzindədir Araz Paşayev

01 Yanvar 2026 23:54see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri