Nadir Qafarzadə: Bəzi sənətkarların başı gedib, səhnədən getməlidirlər
Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.
Müğənni Nadir Qafarzadə "İncə səhər" verilişində səsləndirdiyi fikirlərlə diqqət çəkib.
Milli.Az-ın məlumatına görə, ifaçı bildirib ki, uzun illər tamaşaçı sevgisi qazanan bəzi sənət nümayəndələri vaxtında səhnə ilə vidalaşmağı bacarmalıdırlar.
Nadir Qafarzadənin sözlərinə görə, illərlə pərəstiş edilən sənətkarlar olsa da, yaş öz sözünü deyir və bunu normal qarşılamaq lazımdır.
Müğənni bu mövzuda Xalq artisti Elmira Rəhimovanı nümunə göstərib. O bildirib ki, sənətçi ilə vaxtaşırı telefon əlaqəsi saxlayır, evinə qonaq gedir və onun vaxtında səhnədən ayrılmaq qərarını hər zaman yüksək qiymətləndirir.
Qafarzadənin sözlərinə görə, Elmira Rəhimova ona səhnədən doğru zamanda getdiyini və bunu tamaşaçıların yaddaşında qazandığı nüfuzu qorumaq üçün etdiyini bildirib. Müğənni qeyd edib ki, sənətkar fəaliyyətini davam etdirsəydi, yaşla bağlı müəyyən çətinliklər və səhvlər yarana bilərdi.
İfaçı əlavə edib ki, yaşı 80-i keçməsinə baxmayaraq, Elmira Rəhimova hələ də sağlam düşüncəsi, ziyalılığı və kübar davranışı ilə seçilir. O, həmçinin vurğulayıb ki, sənətçi ixtisasca ingilis dili müəllimidir.
Nadir Qafarzadənin bu açıqlamaları sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Baxış sayı:198
Bu xəbər 08 İyul 2026 14:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















