Icma.az
close
up
RU
Bəzi qidalardakı qurğuşun insan sağlamlığı üçün ciddi risk yaradır EKSPERT MÜNASİBƏT BİLDİRDİ

Bəzi qidalardakı qurğuşun insan sağlamlığı üçün ciddi risk yaradır EKSPERT MÜNASİBƏT BİLDİRDİ

Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

"Ən çox rast gəlinən qida zəhərlənmələri əsasən mikroorqanizmlər, toksinlər, kimyəvi çirklənmələr və qidaların səhv istifadəsi ilə bağlı olur. Mikroorqanizmlər arasında "Salmonella", "Escherichia coli", "Listeria", "Staphylococcus aureus", "Clostridium perfringens" və "Norovirus" xüsusi yer tutur". Bu sözləri SİA-ya açıqlamasında qida mühəndisi, nutrisioloq Fərid Səfərov deyib.

Onun sözlərinə görə, bu mikroblar əsasən yarımçıq bişmiş toyuq və yumurta, pasterizə olunmamış süd məhsulları, az bişmiş mal əti, hisə verilmiş balıq, düzgün saxlanmamış yeməklər və çirklənmiş sular vasitəsilə insanlara keçir: "Çiy balıq və yaxşı yuyulmamış tərəvəz və meyvələrdə olan parazitlər də qida zəhərlənməsinə səbəb ola bilir. Digər səbəblərdən biri toksinlərdir. Bakterial toksinlər, məsələn, Clostridium botulinumun yaratdığı botulizm çox təhlükəlidir və əsasən konservləşdirilmiş qidalarda rast gəlinir. Göbələk toksinləri – mikotoksinlər isə kiflənmiş taxıl, çörək, qoz-fındıq və qarğıdalıda meydana gəlir.

Kimyəvi çirklənmələr də diqqətə alınmalıdır. Meyvə və tərəvəzlərdə qalan pestisid və herbisidlər, balıqda yığılan civə, suda və bəzi qidalarda olan qurğuşun insan sağlamlığı üçün ciddi risk yaradır. Həmçinin qidaların saxlanması və qablaşdırılması zamanı plastik və konserv bankalarından keçən kimyəvi maddələr də təhlükə mənbəyi ola bilər.

Qida zəhərlənmələrinin digər yayğın səbəbi qidanın düzgün bişirilməməsi, soyuducudan kənarda uzun müddət saxlanması, çiy və bişmiş qidaların qarışması, gigiyena qaydalarına əməl olunmaması ilə bağlıdır. Əl yuyulmadan yemək hazırlanması bu baxımdan ən geniş yayılmış səhvlərdən biridir. Qida zəhərlənmələrinin əsas səbəbi mikroblar və onların toksinləridir. Bunun qarşısını almağın ən yaxşı yolu düzgün gigiyenaya riayət etmək, qidaları kifayət qədər bişirmək, soyutma və saxlanma qaydalarına əməl etməkdir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://sia.az
archiveBu xəbər 25 Sentyabr 2025 11:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see661

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see514

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see514

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see330

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see319

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see312

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see311

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see307

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see300

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see292

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see267

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see266

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see263

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see259

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see258

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see258

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see255

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see253

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see253

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see229
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri