Bəzi rayonlarda yağıntılı hava şəraiti müşahidə olunur YENİLƏNİB
Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bəzi rayonlarda yağıntılı hava şəraiti müşahidə olunur. SİA xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Belə ki, fevralın 6-sı saat 14:30-a olan məlumata əsasən, Naxçıvan, Şərur, Şahdağ, Gədəbəy, Şəki (Kişçay), Naftalan, Altıağac, Qobustan, Quba, Qusar, Xaltan, Yardımlı, Lerik, Kəlbəcər, Laçın, Çocuq-Mərcanlı, Şamaxıda qar, Ağdam, Tərtər, Bərdə, Mingəçevir, Yevlax, Göyçay, Beyləqan, İmişli, Göyçay, Kürdəmir, Sabirabad, Cəfərxan, Lənkəran, Astara, Neftçala, Biləsuvar, Qazax, Tovuz, Ağstafa, Xaçmaz, Yevlax, Ağsu, Oğuz, İsmayıllı, Balakəndə yağış yağır.
Şimal-qərb küləyi əsir. Sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti arabir Şamaxı, Gəncədə 18 m/s, Şahbuzda 17 m/s, Culfada 16 m/s-yə çatıb.
Sumqayıt, Qusar, Qrız, Daşkəsən, Göygöl, Şamaxı, Zaqatala, Qax (Sarıbaş), Şəki (Kişçay), Balakən, Qəbələdə duman müşahidə olunur. Dumanda görünüş 500-1000 metrədək məhdudlaşıb.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında eyni zamanda Aran rayonlarında 7 dərəcəyədək isti, Naxçıvan MR-da və dağlıq rayonlarda 4, yüksək dağlıq ərazilərdə isə 7 dərəcəyədək şaxta qeydə alınıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 06 Fevral 2025 14:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















