Bəzi rayonlarda yağıntılı və küləkli hava şəraiti müşahidə olunur
Sia Az saytına istinadən Icma.az xəbər verir.
Noyabrın 22-si saat 10:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən SİA-ya bildirilib ki, əvvəlcədən xəbər verildiyi kimi, 21-i axşam şimal və qərb rayonlarından başlayaraq ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur. Ayrı-ayrı yerlərdə yağıntılar intensiv xarakterli olub, Şahdağda isə arabir qar yağıb.
Düşən yağıntının miqdarı Qaxda (Sarıbaş) 21, Zaqatalada 12, Kişçayda (Şəki) 10, Şəmkir, Tovuzda 9, Gədəbəydə 8, Balakən, Daşkəsəndə 6, Oğuzda 5, Gəncə və Ağstafada 4, Göygöldə 2, Qazax, Samux və Mingəçevirdə 1 millimetrdir.
Bəzi yerlərdə qərb küləyi əsib. Küləyin maksimal sürəti Mingəçevirdə 21, Şahdağda 20, Goranboyda 19, Kəlbəcər və Naftalanda 18, Gədəbəy və Yardımlıda 16 metr/saniyəyədək güclənib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 22 Noyabr 2026 13:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















