Icma.az
close
up
RU
Bəzi şeylər bağışlanmır, bizə qələbə lazımdır Ayxan Abbasov

Bəzi şeylər bağışlanmır, bizə qələbə lazımdır Ayxan Abbasov

Qol.az saytına istinadən Icma.az xəbər verir.

"Bəzi şeylər bağışlanmır, bizə qələbə lazımdır" - Ayxan Abbasov

Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov Macarıstanın Sombatxey şəhərində San Marino yığmasına qarşı keçiriləcək yoldaşlıq oyunundan öncə fikirlərini bölüşüb. 

QOL.az xəbər verir ki, mütəxəssis ilk olaraq hazırlıq prosesi və komandadakı ümumi vəziyyətlə bağlı danışıb:

"Hər şey plan üzrə gedir. Geniş heyətimiz var. Sadəcə, Rəhim Sadıxov və Elvin Bədəlov xəstələndikləri üçün məşqlərin bir hissəsini buraxdılar. Bu da planlarımızı bir qədər pozdu. Təbii ki, hər iki matçda qalib gəlmək istəyirdik. Lakin bir yerdə olmaq, bu görüşləri keçirib hücumdakı problemlərimizi görmək vacib idi. Son məğlubiyyətə gəlincə, yaxşı oynamağımıza baxmayaraq nəticə bizi qane etmədi. Hücumları məntiqli sonluqla tamamlamaq lazımdır. Futbolçuların oyun praktikası ilə bağlı müəyyən problemləri var, lakin bu, bəhanə ola bilməz".

Daha sonra baş məşqçi jurnalistlərin suallarını cavablandırıb:

Oyunun təhlili zamanı futbolçulara əsas hansı iradlar bildirildi?

- Dünənki oyunda komandamız tərəfindən yaxşı hücumlar və mübarizə gördük, sadəcə sonluq çatışmadı. Bununla bağlı təhlil zamanı komandaya iradlarımızı bildirdik. Onlar bu ölkənin ən yaxşılarıdır və imkan yaranırsa, mütləq qol vurmalıdırlar. Hücumları tamamlamaq üçün oyun praktikası çatışmadı. Əgər onlar millidə yaxşı oynamaq istəyirlərsə, klublarında 7-8 dəqiqə meydanda olmaqla kifayətlənməməlidirlər.

- İlk oyundan sonra heyət dəyişəcəkmi?

- Heyəti tamamilə dəyişəcəyik. Start heyətində Şahruddin Məhəmmədəliyev, Cəlal Hüseynov, Rahil Məmmədov, Rəhman Daşdəmirov, Tellur Mütəllimov, Rüfət Abbasov, Səbuhi Abdullazadə, Emin Mahmudov, Ayxan Hüseynov, Rüstəm Əhmədzadə və Renat Dadaşov meydana çıxacaq.

- Cəlal Hüseynov hansı mövqedə oynayacaq?

-  Cəlal universal oyunçudur. Biz onu hələ "Şamaxı"da digər mövqelərdə sınamışdıq. Ehtiyac olarsa, dayaq yarımmüdafiəçisi kimi də oynaya bilər.

- Abdul Xaybulayev və Anton Krivotsyuk yalnız bu toplanışdan kənarlaşdırılıblar, yoxsa Millətlər Liqasını da buraxacaqlar?

- Bu qərara mən özüm də pis olmuşam. Onlar yığmanın ən intizamlı futbolçularıdır. Başqası olsaydı, bəlkə də bu qədər üzülməzdim. Oyundan əvvəl məşqə birlikdə velosipedlə gedirdilər. Futbol emosional oyundur, lakin bəzi şeylər bağışlanmır. Komandada yaxşı ab-havamız var. Bu qərar yalnız hazırkı toplanışa aiddir.

- Sabah qələbə qazanmaq şansımız nə qədərdir?

- Buna inanıram. Futbolçular da inanırlar. Bizə qələbə lazımdır. Biz bu komanda ilə inkişaf etmək istəyirik.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://qol.az
archiveBu xəbər 08 İyun 2026 21:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see290

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see274

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see260

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see252

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see230

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see206

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see205

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see205

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see195

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see193

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see187

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see182

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see177

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri