Icma.az
close
up
RU
Bəzi taksi sürücüləri bəxşiş verməyən sərnişinləri ƏLƏ SALIRLAR Kimdir günahkar?

Bəzi taksi sürücüləri bəxşiş verməyən sərnişinləri ƏLƏ SALIRLAR Kimdir günahkar?

Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bəzi taksi şirkətlərinin sürücüləri bəxşiş verməyən müştəriləri ələ salırlar. Belə ki, sözügedən sürücülər xırda məbləğli ödənişlərin fotosunu çəkərək sosial şəbəkələrdə paylaşır, müştəriləri müzakirə obyektinə çevirirlər. Halbuki platforma üzərindən edilən sifarişlərdə sistem ödənişi əvvəlcədən müəyyən edir və istifadəçilər bu məbləği ödəməklə borclarını tam yerinə yetirmiş olurlar.
Mövzu ilə bağlı Oxu.Az-a danışan sərnişinlər qeyd edirlər ki, vəziyyət heç də ürəkaçan deyil, bəxşiş verilməyəndə sürücülər minnət edirlər.

Maraqlı olan budur ki, marketlərdə, dağ-mədənlərində, restoranlarda, tikinti şirkətlərində və sair yerlərdə çalışan işçilər iş sahibindən və ya müştəridən bəxşiş tələb etmir, onları ələ salmırlar. Onlar bunun düzgün olmadığını anlayırlar. Bəs taksi sürücülərini qane etməyən nədir? Aydındır ki, hər kəs hansısa formada maddi qazanc əldə etmək üçün həyatda mübarizə aparır. Lakin şirkətə olan narazılığın, aqressiyanın, nifrətin bütün mənfi enerjisi yolboyu niyə müştəriyə yönəlməlidir?
Bu cür halların qarşısının alınması üçün hansı addımlar atıla bilər? İctimai şəkildə insanların ödənişlərini paylaşmaq, onların şəxsi məlumatlarını ifşa etmək və ya alçaltmaq hüquqi məsuliyyət yaradırmı?
Milli Məclisin deputatı Ceyhun Məmmədov Oxu.Az-a bildirib ki, bu cür davranışlar doğru deyil:

"İnsanların arxasınca danışmaq qeybət xarakteri daşıyır. Tövsiyə edərdim ki, imkanı olanlar bəxşiş versinlər. Amma bəxşiş verməyən insanları ələ salmaq, qəpiklə edilmiş ödənişlərin fotosunu çəkib paylaşmaq qeyri-etik davranışdır. Bəxşiş vermək könüllü xarakter daşıyır. Bəlkə, kiminsə imkanı yoxdur, harasa tələsir və son pulu ilə taksiyə minir. Ümumən, yazılan ödənişi edən şəxs borcunu tam ödəyir. Bəxşiş verməyə heç kimi məcbur etmək olmaz".
Nəqliyyat eksperti Eldəniz Cəfərov məsələyə belə münasibət bildirib:

"Müştərini ələ salan, lağ edən sürücülər peşəkar olmayanlardır. Onlar taksi sisteminə təsadüfən gəlmiş adamlardır. Fikrimcə, həmin şəxslər başqa sahədə çalışsalar, daha yaxşı olar. Təcrübəli, peşəkar, etik qaydaları bilən taksi sürücülərinin həmişə bəxşişi olur. Beş sərnişindən ikisi verməsə də, üçü verir. Əgər hansısa sürücü müştərinin adını, nömrəsini çəkib paylaşırsa, sərnişinlər hüquq-mühafizə orqanlarına müraciət edə bilərlər. Belə addım hüquqazidd olduğu üçün sürücüyə məsuliyyət yaradır. Sürücülərə tövsiyə edirəm ki, bu cür əməllərdən uzaq dursunlar. Sürücülər də bizimdir, sərnişinlər də. Mehriban olmalıyıq."
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov Oxu.Az-a açıqlamasında bu fikirləri bildirib:

"Sərnişinlər taksi sahəsində qarşılaşdıqları problemlərlə, o cümlədən əlavə pul tələbi ilə bağlı AYNA-nın "141" çağrı mərkəzinə və ya sosial şəbəkə hesablarına müraciət etməlidirlər. Nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını təqdim etməklə prosesin araşdırılmasını təmin edə bilərlər. Daxil olan müraciətlər AYNA tərəfindən araşdırılır və neqativ halların qarşısının alınması üçün tədbirlər görülür".
Azərbaycanda məşhur daşıyıcı şirkətlərindən biri olan "Uber"in Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bu fikirlər səsləndirilib:
"Uber sərnişinlərin və tərəfdaş sürücülərin şəxsi məlumatlarını üçüncü şəxslərlə paylaşmır. Sərnişindaşımanın keyfiyyəti ilə bağlı tələbə riayət edən sürücüləri dəstəkləmək üçün bonus proqramı tətbiq olunur - sürücünün reytinqi və səfərlərin tezliyi nə qədər yüksəkdirsə, bonus ödənişi də bir o qədər artır. Biz şəxsi fikrin ifadəsinə hörmətlə yanaşırıq, lakin sərnişinlərin təhlükəsizliyinə və xidmətin işinə təhdid yarada biləcək davranışlar qəbuledilməzdir. Əgər sürücü dəfələrlə qaydaları pozursa, onun platformaya çıxışı məhdudlaşdırıla bilər."
Qeyd edək ki, bəxşişlə bağlı nə qanunvericilikdə, nə də taksi xidmətləri göstərən platformaların siyasətində konkret tələb mövcud deyil. Bu, tamamilə könüllü davranış formasıdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 31 May 2025 10:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri