Icma.az
close
up
RU
Bəzi televiziya kanallarımız niyə peyk vasitəsi ilə yayımlana bilmir?

Bəzi televiziya kanallarımız niyə peyk vasitəsi ilə yayımlana bilmir?

Hurriyyet saytına istinadən Icma.az xəbər verir.

2013-cü ilin fevralında ilk kosmik peykimiz “Azerspace” 1 və bir neçə il sonra isə ikinci kosmik peykimiz “Azerspace” 2 peyki orbitə buraxıldı. Təssüflər olsun ki, orbitdə 2 öz peykimiz olsada illərdir hələdə regional televiziya kanallarımız və internet televiziyalarımız peyk vasitəsi ilə yayımlana bilmirlər.

Bu gün dünyada silahlı müharibələrdən daha çox informasiya müharibəsi gedir. Bu informasiya müharibəsində telekekanallarımızda mühüm rol onayıb, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında telekanallarımızın əvəzsiz rolu var. Bəs niyə öz peykimiz ola-ola regional və internet kanallarımızı peyk vasitəsi ilə izləyə bilmirik? Yerüstü yayımlanan ümumrespublika kanallarımızla yanaşı bölgələrimizdən yayımlanan çox gözəl regional kanallarımız var.

Məsələn, Gəncə şəhərindən fəaliyyət göstərən Kəpəz TV, Quba rayonundan fəaliyyət göstərən Qafqaz TV, Xaçmaz rayonundan fəaliyyət göstərən ARB Şimal, Lənkəran rayonundan fəaliyyət göstərən ARB Cənub, Yevlax rayonundan fəaliyyət göstərən EL TV, İsmayıllı rayonundan fəaliyyət göstərən İsmayıllı TV və s. regional kanallarımız olsa da illərdir öz peykimiz vasitəsi ilə yayımlana bilmirlər. Regional kanallarımızdan yalnız Naxçıvan TV prezidentin ötən ilki fərmanından sonra bu yaxınlarda Azerspace 1 peyki vasitəsi ilə yayıma başlayıb. İnternet televiziyalarımızdanda APA TV, SƏS TV, Səhiyyə TV, Dost TV, Asan TV və s. kanallarımız peyk vasitəsi ilə yayımlana bilmir. Sual olunur ,niyə peykimiz vasitəsi ilə bütün ölkəyə və dünyaya yayımlanmaq imkanı ola-ola regional və internet kanallarımız peyk vasitəsi ilə yayıma həsrətdirlər? Vətəndaşlarımız niyə regional kanallarımız və internet kanallarımızı peyk vasitəsi ilə izləyə bilmirlər?

Regional kanallarımızdan ikisi musiqi kanalı Ayaz TV və İsmayıllı TV bir neçə ay öncə Türksat peyki vasitəsi ilə yayıma başladı. Öz peykimiz ola-ola niyə bizim kanallarımız digər ölkələrin peykinə üz tutmalıdırlar? Regional kanallarımızdan bir neçəsinin əməkdaşı şəxsən mənə peyk vasitəsi ilə niyə yayımlanmırsınız deyə soruşanda bildirirlər ki, Azerspace peykində yayımlanmaq üçün bizdən elə böyük bir məbləğdə fantastik ödəniş tələb edirlər ki, Türkiyə peyki olan Türksat peykində və digər ölkələrin peykində yayımlanmaq bizə dəfələrlə ucuz başa gəlir.

Bu gün Rusiya kanalları öz peyklərində və bir neçə ölkənin peyklərində yayımlansada bu günlərdə illərdir Türksat peykində yayımlanan 2 Rusiya kanalı RTR Planeta və Rosiya 24 telekanalının ardınca digər Rusiya kanallarıda daha böyük auditoriyaya yayımlanmaq üçün Türksat peyki vasitəsi ilə yayıma başladı. Biz isə öz kanallarımızın öz peykimiz ola-ola peyk vasitəsi ilə yayımına imkan vermirik. Dünyanın heç bir öz peyki olan ölkəsində elə şey yoxdur ki, dövlətin öz peyki olsun və həmin ölkədə yayımlanan kanalların hamısı peyk vasitəsi ilə yayımlanmasın. Məsələn, qonşu Türkiyədə 476 kanal var bu gündə bir-birinin ardınca yeni kanallar açılmaqdadır və kanal yayıma başlamazdan əvvəl Türksat peykindən yayım üçün tezlik alır. Onsuz da ölkəmizdə digər ölkələrlə müqayisədə çox az kanal fəaliyyət göstərir. Məsələn, 3,8 milyon əhalisi olan Gürcüstanda 38 kanal fəaliyyət göstərir. Yeni kanallar açmaq əlimizdən gəlmirsə hal-hazırda fəaliyyət göstərən kanalların da yayımına mane olmayaq.

Ümid edirəm, tezliklə ölkəmizdə də bütün regional və internet kanalları peyk vasitəsi ilə yayıma başlayar.

İlkin MƏMMƏDKƏRİMLİ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:52
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 30 İyul 2025 14:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see532

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see252

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see241

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see237

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see236

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see229

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see227

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see216

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see215

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see214

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see209

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see204

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see186

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see178

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see178

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see177

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see163

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see158

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see157

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri