Icma.az
close
up
RU
Bəzi təxribatçı qüvvələr regiondakı müharibənin dezinformasiya cəbhəsinə Azərbaycanı çəkməyə çalışırlar

Bəzi təxribatçı qüvvələr regiondakı müharibənin dezinformasiya cəbhəsinə Azərbaycanı çəkməyə çalışırlar

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

“Müharibə başlayandan əvvəllər də əslində Azərbaycana qarşı şər kampaniyası vardı. İran-İsrail müharibəsi başlayan gündən demək olar ki, Azərbaycana qarşı növbəti dəfə bu şər-böhtan kampaniyası alovlanıb. Bunun düşmənlərimiz tərəfindən idarə olunması birmənalıdır. Eyni zamanda ermənilər də öz platformalarında bunu tirajlayırlar. Guya Azərbaycan ərazisindən İran vurulub, guya Azərbaycan ərazisindən dronlar qalxıb deyə yalanlar və saxta məlumatlar ötürürlər. Xarici mətbuata da bununla bağlı məlumatlar ötürürlər. Yalan məlumatlar ötürülür, amma əllərində heç bir fakt yoxdur. Heç bir dəlil, sübut da yoxdur”.

Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Arzuxan Əlizadə danışıb. Deputat qeyd edib ki, heç bir halda Azərbaycan öz mövqeyindən geri durmayıb və Azərbaycan ərazisindən heç bir dövlətə qarşı hər hansı bir əməliyyat keçirilməsinə razılıq verilməyib, verilmir, gələcəkdə də verilməyəcək: “Sadəcə olaraq, fürsət düşdükcə Azərbaycanı qaralamaq, Azərbaycana qarşı beynəlxalq miqyasda bir kampaniya aparmaq siyasəti yürüdülür”.

Arzuxan Əlizadə / Foto: amip.az

Arzuxan Əlizadə təəssüflə qeyd edib ki, cənub qonşumuzun da bəzi dairələri bu yalanların və kampaniyanın içindədirlər.

“Şimal qonşumuzdan, eləcə də ermənilərdən də bu mövqeyin sərgilənməsini görürük. Ayrı-ayrı dairələr bu proseslərdə Azərbaycanın adını hallandırmaqla, bizi qaralamaq istəyirlər. Azərbaycanın mövqeyi belədir: heç bir dəlil, sübut da yoxdur və heç bir konkret bir məlumat da yoxdur ki, Azərbaycan bu prosesin içərisində hansısa formada iştirak edir. Sadəcə olaraq bölgədə sülh və sabitliyin bərqərar olmasında maraqlıyıq və ona görə də tərəfimizdən müraciətlər yalnız ondan ibarətdir ki, müharibə davam edəcəksə, mülki obyektlər və sakinlərin yaşadığı ərazilər, iri şəhərlər, kəndlər, qəsəbələr vurulmasın və dinc insanlar bundan zərər görməsinlər”-deyə deputat bildirib.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 20 İyun 2025 12:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see251

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see190

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see159

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see159

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see153

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see144

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see141

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see136

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see135

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see134

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see132

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see131

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see129

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see129

Alleqri İtaliya Superkubokunun yarımfinalındakı davranışına görə cərimələnib

21 Dekabr 2025 05:16see128

Leonardo Di Kapriodan Titanik filmi ilə bağlı ETİRAF

21 Dekabr 2025 08:44see128

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see127

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see126

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri