Icma.az
close
up
RU
“Azərbaycanı beynəlxalq toqquşmaya çəkməyə çalışanların məqsədi...”Zahid Oruc

“Azərbaycanı beynəlxalq toqquşmaya çəkməyə çalışanların məqsədi...”Zahid Oruc

Xalqcebhesi saytına istinadən Icma.az xəbər verir.

“Uğurla keçən 2024-cü iln son günlərində məruz qaldığımız təyyarə qəzası bütün dünyada böyük əks-səda doğurdu. Bəli, Prezident İlham Əliyevin Uca Göylərdə verdiyi dönüş qərarı ilk növbədə, Ali Baş Komandan davranışı idi, siyasi peşəkarlığı, cəsarəti və iradəsinin nümayişi idi, 44 günlük müqəddəs müharibədəki əmrlərin davamı idi”.
Xalqcəbhəsi.az xəbər verir ki, bunu parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid oruc deyib.
Z.Oruc bildirib ki, dövlət başçısının böhran idarəçiliyi, hər bir insanı qorumaq üçün hökumət orqanlarını səfərbər etməsi və çevik qərarları hərbi meydanda ordumuza göstərilən münasibətlə eyni olmaqla 2-ci Qarabağ savaşı dövründəki kimi milli birliyi təmin etdi, ictimai şoku azaltdı, dövlətimizlə qlobal həmrəyliyə səbəb oldu: “Qəzadan xilas olan sərnişinlərin silahlı yaraları, istintaqın ilkin nəticələri və informasiya vasitələrinə düşən sübutlar təyyarənin Rusiya hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulduğu, radioelektron sistemlərin söndürüldüyü və hava gəmisinin ölümə məhkum edildiyi üçün ölkəmiz günahkar olan hər bir şəxsin cəzalandırılmasını, Moskanın üzrxahlıq etməsini, təzminat ödəməsini istəyirdi. Əks halda hər keçən gün müttəfiqliyə zərbə, tarixi qarşıdırma və fitnəkarlıq tərəfdarlarının xeyrinə işləyirdi. Nəhayət, Rusiya rəhbərliyinin rəsmən üzr istəməsi təyyarənin vurulmasını Bakı-Moskva arasında diplomatik krizə, siyasi qəzaya çevirmək istəyənlərin qarşısını aldı”.
Z.Oruc əlavə edib ki, qlobal medianın manşetinə daşınan tezis- “necə olur, böyük dövlət rəhbərlərini saymayan, kollektiv Qərb və onların rəhbərləri ilə savaş aparan Putin prezident İlham Əliyevin siyasi iradəsi ilə hesablaşır” sualının tək bir cavabı var-Azərbaycan dövlət başçısı heç bir gizli xəyanət layihələrində iştirak etmir, mərd və etibarlıdır, regionu və ölkəmizi qlobal savaşlara qatmır, xalqımızın mənafeyini güzəştsiz və prinsipial qoruyur: “Son 200 ildə Rusiya rəhbərləri qarşısında zəif görünən xanlar, cümhuriyyət rəhbərləri və sovet başçıları ilə müqayisədə İlham Əliyev fərqli liderlik nümunələri yaradır, kiçik ölkə komplekslərini aradan qaldırır, şəxsiyyət miqyası ilə millətimizi böyüdür. Son 2 əsrdə iki ölkə Azərbaycan-Rusiya münasibətləri heç vaxt indiki qədər bərabərhüquqlu olmayıb.
Sükanı sona qədər canı ilə qoruyan və 67 nəfərə qəsdi 29 insanın xilası ilə ifşa edən qəhrəman pilotların, “kəməri bağlayın və yaxşı olacaq”, çağırışını milli şüara çevirən Hökumə Əliyevanın göylərdəki hünərini Qarabağ səmasında canını qurban verənlərlə bir mərtəbədə tuturuq.
Lakin xalqımız bilməlidir ki, Qələbəmizə görə bizi cəzalandırmağa qalxanlar indi təyyarə qəzasının arxasında ölkəmizə baş sağlığı verənlərin içində gizləniblər. Azərbaycanın boyundan yuxarı, ambisiyalı və açıq siyasi kurs yürütdüyünü bəhanə edib vurmaq istəyənlər, 2020-ci ildə dövlətimizi Qarabağda Rusiya, İran və beynəlmiləl ordularla toqquşdurmağa çalışanlar təyyarə faciəsinə görə ölkəmizi qarşıdurmaya çəkənlərlə eyni qüvvələrdir.
Hadisənin qlobal rezonansı bizi qəza və qəzza zolağında, daima matəmdə saxlamaq, xalqımızı qalibiyyət yolundan və sabaha inamdan döndərmək niyyətini də üzə çıxardı.
Gəlin, soyuqqanlı təhlil edək-əgər Rusiyanın hava məkanı uçuşlar üçün təhlükəlidirsə, hökumət mütləq müvafiq qərar qəbul edəcək. Lakin Azərbaycan dövləti atdığı addımları xaos yayan sosial şəbəkələrin, xaricdən idarə olunan terror mediasının və işğal partiyasının basqısı, isterik çağırışları ilə deyil, məhz milli mənafelər əsasında verir. Qəzaya səbəb kimi sərhəddin bağlı olmasını göstərənlər, heç olmasa indi Azərbaycan dövlətinin xalqımızı hansı təhlükələrdən qorumaq üçün antisosial və antihumanist görünən, lakin məhz milli təhlükəsizliyimizi təmin etmək üçün Rusiya-Ukrayna müharibəsindən qorunan məcburi qərarını anlayırmı? Qarabağda qalib gələn dövləti istənilən beynəlxalq toqquşmaya çəkməyə çalışanların məqsədi Azərbaycanı məğlub edib hakimiyyət dəyişikliyinə zəmin hazırlamaqdır”.
Millət vəkili diqqətə çatdırıb ki, qəzadan qazanc götürmək məqsədi güdənlər Xocalı faciəsindən yararlanıb hakimiyyəti zəbt edənlərdir: “Yerə çırpılan gəmini tikanlı məftillərin üstündə karikatura edərək yayanlar xarici agenturanın siyasi məhbəsindədilər. Sərnişinlərinin sosial statusunu-kasıb və işləmək üçün gedənlər olduğunu qabardıb dövlətin sosial siyasətini linç etməyə qalxanlar həlak olanların birinin dəfn mərasiminə qatılıb ailələrinə mənəvi-maddi yardım etməyiblər. Ölənlərin coğrafi mənsubiyyətini-Balakən və Qusardan olmalarını istismar edib milli-etnik toqquşma çıxarmaq istəyənlər unudur ki, Şəhidlər Xiyabanı milli birliyimizin müqəddəs ünvanıdır.
Bizim aviaqəza üzərindən bir-biri ilə savaş aparanlar ölkəmizi barış üçün axtarsınlar, prezidentin sülh çağırışına nəhayət, müsbət cavab versinlər. Malayziya təyyarəsi ilə bağlı yaşananları informasiya məkanında ölkəmizə qarşı səhnələşdirmək keçərli ola bilməz.
Əgər məndən soruşsaydılar, qəzaya ən böyük səbəb nədir-cinayətkarları cəzalandırmaq şərtilə tərəddüdsüz deyərdim- radiusu hər gün genişlənən və gəlib Şimali Qafqaza çatan Rusiya-Ukrayna müharibəsi. Yoxsa, bütün ölkələrin mütləq bir təyyarəsi vurulmalıdır ki, hamı müharibəni lənətləyib onu durdurmağa çağırsın!
Heç olmasa indi-online platformalarda gündəlik kütləvi ölümləri izləyənlərədən tələb edirik-qəza sizin də qapınızı döyəcək və hələ ki, gec deyil, nüvə partlayışı olmamış savaşı durdurun! Bütün regionu zəhərləyən, coğrafiyası genişlənən müharibənin dayandırılması üçün BMT-yə çağrış edirik-təyyarələri korluğa məhkum edən lənətə gəlmiş müharibədir. Rusiyanın, hətta müəyyən qədər İranın, Türkiyənin fəal şəkildə savaş tərəfinə çevrilməsi nəinki hava, bütün nəqliyyat növlərini və xalqları qəzaya məhkum edib. Hər gün dənizlərdə, tranzit və dəmir yollarında, o cümlədən, hava məkanında minlərlə dron hücumlarının, terror aktlarının şahidi oluruq. Əlbəttə, bir daha qeyd edək ki, təyyarəmizin enişinə icazə verməyən qüvvələrin heç bir halda yalnız müharibə amili ilə cinayətlərinə haqq qazandırması yolverilməzdir...”.

Xalqcəbhəsi.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 29 Dekabr 2024 12:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Makronun İsrailə səfər etmək istəyi Netanyahu tərəfindən rədd edildi

04 Sentyabr 2025 02:10see206

Türkiyədə şübhəli maddənin iyindən zəhərlənən 9 polis xəstəxanaya yerləşdirilib

03 Sentyabr 2025 07:22see198

Dövrün bəlası: xroniki yorğunluq sindromu

02 Sentyabr 2025 12:28see178

Husi qüvvələri Təl Əvivdə hədəfləri raketlərlə vurduğunu iddia edir

03 Sentyabr 2025 18:37see165

İranın Azərbaycandakı səfirliyinə bir neçə XATIRLATMA VİDEO

02 Sentyabr 2025 20:43see154

Rusiyanın Dərbənd xofu: Əgər Azərbaycan döyüş qərarı veribsə...

02 Sentyabr 2025 15:25see140

Ekspert: Parlaq çamadan oğrular üçün “cazibədar hədəf”dir

03 Sentyabr 2025 11:23see139

Hələ qol vurmadan Fənərbaxçanın tarixinə düşdü

03 Sentyabr 2025 07:36see134

Hərbi xidmət yaşının artırılması təhsilə necə təsir edər?

03 Sentyabr 2025 13:21see134

Fransanın Marsel şəhərində bıçaqlı hücum baş verib

03 Sentyabr 2025 00:00see133

Məni azadlığa buraxın, qeyri adi istedadım var İlhamə Elşadqızı

03 Sentyabr 2025 13:18see124

Rusiya Hindistana əlavə S 400 satır Danışıqlar yekunlaşır

03 Sentyabr 2025 00:13see124

Yaponiyada 80 yaşlı qadın özünü astronavt kimi təqdim edən fırıldaqçının qurbanı olub

03 Sentyabr 2025 06:33see123

Kamçatkada 6 ballıq zəlzələ oldu

02 Sentyabr 2025 16:12see123

Qazaxıstanda aviasiya təhlükəsizliyi üzrə ICAO auditi aparılır

03 Sentyabr 2025 02:43see123

ABŞ də kişi görüşdə ayağını iyləməyə icazə verməyən qızın üzərindən avtomobillə keçdi

04 Sentyabr 2025 04:31see123

İslandiya millisinin yarımmüdafiəçisi: Azərbaycan bizi cəzalandıra bilər

03 Sentyabr 2025 23:00see122

Lazer faraların istehsaldan çıxarılmasının SƏBƏBİ

02 Sentyabr 2025 21:00see120

Lissabonda funikulyor relsdən çıxdı − Ölənlər var

03 Sentyabr 2025 23:28see120

Türkiyədə dəhşət: İldırım ata və oğlunun həyatına son qoydu

04 Sentyabr 2025 00:53see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri