Icma.az
close
up
RU
Bəzi tibbi xidmətlər təminatdan çıxarıla bilər Vüqar Qurbanov

Bəzi tibbi xidmətlər təminatdan çıxarıla bilər Vüqar Qurbanov

Icma.az, Metbuat portalına istinadən məlumat yayır.

“Hal-hazırda bilirsiniz ki, büdcə müzakirələri İcbari Tibbi Sığorta Agentliyi ilə davam edir. Orada qərar əsasında artıq gələn il üçün işlər, öhdəliklər, məcburiyyətlər təyin olunacaq”.

Metbuat.azın məlumatına görə, bu sözləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov brifinqdə deyib.

Vüqar Qurbanov TƏBİB və İcbari Tibbi Sığorta Agentliyi arasındakı funksional bölgünü xatırladıb:

“Təbii olaraq, mən onu bildirmək istəyirəm ki, TƏBİB tibbi xidməti verən bir qurumdur. İcbari Tibbi Sığorta Agentliyi də göstərilən tibbi xidmətin qarşılığını, yəni dəyərini verir. Və bu günə qədər də bu proses belə davam eləyir: tibbi xidməti TƏBİB, İcbari Tibbi Sığorta Agentliyi tərəfindən ödənilir. Və TƏBİB də o büdcə daxilində o xidmətlərin qarşılığını, mövcud olan xidmətləri verir”.

İcraçı direktor həmçinin xidmətlər zərfi və vətəndaşların sığorta statusu ilə bağlı müzakirələrə toxunub:

“Buna görə də, bizim büdcənin azalması ilə bağlı ola bilər ki, İcbari Tibbi Sığorta Agentliyi tərəfindən müzakirələr hələ davam edəcək. İcbari Tibbi Sığorta Agentliyi tərəfindən gələn il üçün ola bilər ki, xidmətlər zərfində hansısa xidmətlər təminatdan çıxarıla, və yaxud da hər hansısa dəyişikliklər olsun, onunla bağlı müzakirələr ola bilər. Amma burda bu açıqlandı ki, ölkəmizdə sığortalı və sığortalı olmayan kütlə yaradılıb. Sığortalı olmayan kütlə sığorta haqqını ödədikdən sonra sığortalı hesab olunacaqdır. Və buna görə də, vətəndaşların bu bölgüsü ilə bağlı İcbari Tibbi Sığorta Agentliyində bu şəxslərə hansı səviyyədə xidmət göstəriləcəyi və xidmətin çərçivəsi sığortalı olmayan kateqoriyalar üçün harda bitəcəyi barədə də müzakirələr aparılır. Nəticələr barədə məlumatlar bölüşüləcək”.

Sevinc İbrahimzadə / Metbuat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:58
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 20 Noyabr 2025 13:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see688

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see233

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see192

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see182

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see179

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see171

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see158

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see157

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see154

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see143

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see142

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see140

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see138

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see137

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see134

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri