Bəzi universitetlərdə tədqiqat aparmaq üçün otaq belə yoxdur NAZİR
Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Azərbaycan universitetlərində müəllimlərin standart 500 saat dərs keçib professor olması vacib deyil"
Modern.az-ın məlumatına görə, bunu Doktorantların və gənc tədqiqatçıların XXVII Respublika elmi konfransında elm və təhsil naziri Emin Əmrullayev deyib.
Nazir bu yanaşmanın doğru olmadığını bildirib: "Çünki təhsil sistemi yalnız saatların cəmindən ibarət deyil. Bəzi universitetlərdə tədqiqat aparmaq üçün otaq belə yoxdur. Bu halda həmin şəxslərdən tədqiqat aparmalarını gözləmək doğru olmaz".
O qeyd edib ki, Azərbaycanda həm ali, həm də elmi-tədqiqat müəssisələrinin sayı bizimlə eyni qədər əhalisi olan ölkələrlə müqayisədə daha çoxdur: "Amma təəssüf ki, bu saya uyğun elmi-tədqiqat işləri yoxdur”.
Emin Əmrullayevin sözlərinə görə, bunun səbəbi statusla bağlıdır: “Biz nə qədər statuslara fikir verib fəaliyyətə fikir verməyəcəyiksə, birincinin sayının artması, ikincinin olmaması reallığı olacaq. Amma çalışmalıyıq ki, saylarla elmi fəaliyyəti bir-birinə uzlaşdıraq. Elmi fəaliyyəti olmayan elmi müəssisə olmamalıdır. Bu, çətin prosesdir. Amma, məncə, bu prosesdə birgə irəliləməliyik”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 10 Dekabr 2024 13:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















