Bəzi universitetlərdə tədqiqat aparmaq üçün otaq yoxdur Emin Əmrullayev
Sfera.az saytına istinadən Icma.az xəbər verir.
“Azərbaycan universitetlərində müəllimlərin standart 500 saat dərs keçib professor olması vacib deyil”.
Sfera.az xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev deyib.
Nazir bildirib ki, bu yanaşma doğru deyil:
"Təhsil sistemi yalnız saatların cəmindən ibarət deyil. Bəzi universitetlərdə tədqiqat aparmaq üçün otaq belə yoxdur. Bu halda həmin şəxslərdən tədqiqat aparmalarını gözləmək doğru olmaz.
Azərbaycanda həm ali, həm də elmi-tədqiqat müəssisələrinin sayı bizimlə eyni qədər əhalisi olan ölkələrlə müqayisədə daha çoxdur, amma təəssüf ki, bu saya uyğun elmi-tədqiqat işləri yoxdur".
Emin Əmrullayev qeyd edib ki, bunun səbəbi statusla bağlıdır:
“Biz nə qədər statuslara fikir verib fəaliyyətə fikir verməyəcəyiksə, birincinin sayının artması, ikincinin olmaması reallığı olacaq. Amma çalışmalıyıq ki, saylarla elmi fəaliyyəti bir-birinə uzlaşdıraq. Elmi fəaliyyəti olmayan elmi müəssisə olmamalıdır. Bu, çətin prosesdir. Amma, məncə, bu prosesdə birgə irəliləməliyik”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 10 Dekabr 2024 15:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















