Icma.az
close
up
RU
Bəzi vəzifəlilər bu səbəbdən xaricə də gedə bilmir

Bəzi vəzifəlilər bu səbəbdən xaricə də gedə bilmir

Olke.az saytına istinadən Icma.az xəbər verir.

Deputat: Bu bələdiyyə sədrlərini ciddi şəkildə cəzalandırmaq lazımdır
“Bələdiyyələrin vahid informasiya sisteminin yaradılmasını dəstəkləyirəm. Bu o deməkdir ki, bildirişlər də elektron şəkildə alınacaq, kim istəsə vahid sistemdən informasiya almaq üçün sorğu göndərə biləcək. İnanıram ki, müəyyən şəffaflıq hiss olunacaq. Bununla bərabər, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” qanuna edilən dəyişikliyə görə vahid sistemin yaradılması ilə bağlı bütün xərclər bələdiyyələrin özləri tərəfindən ödənilməlidir”.

Ölkə.az xəbər verir ki, bunu deputat Razi Nurullayev Milli Məclisdə çıxışı zamanı deyib. 

Deputat bildirib ki, xərc kiçik deyil: “İnformasiya təminatının yaradılması, elektronlaşdırma, inteqrasiya, arxivləşdirmə və sair işlər üçün xeyli vəsait və bacarıqlı işçilər tələb olunacaq. Elə bələdiyyələr var ki, onlar xərc və borc içində boğulur, hesabları yığılan borclardan bağlıdır, bir çox bələdiyyə yetkililəri heç bu səbəbdən xaricə də gedə bilmir. Belə bir vəziyyətdə onlar hansı gəlirlə bunu ödəyəcəklər? Axı bu sistemin qanunda yazıldığı kimi fəaliyyət göstərməsi üçün ən azından iki-üç nəfər güclü potensiallı kadr lazımdır ki, kompüterlərin arxasında oturub bu işləri görsünlər və buna görə də yüksək aylıq maaş alsınlar.

Xüsusən kənd bələdiyyələrinin gəlirləri formaşaldırmaq üçün kadr potensialı da zəifdir, vergi toplamaq imkanları da aşağı səviyyədədir və gəlir yerləri də çox kasaddır. Ona görə də təklif edirəm ki, burada dəyişiklik nəzərdə tutulsun ki, kifayət qədər gəlirləri olmayan bələdiyyələr üçün bu vəsait digər mənbələrdən ödənilsin”.

Deputat təklif edib ki, bir çox bələdiyyələrin, xüsusən böyük şəhərlərdə olan bələdiyyələrinin fəaliyyətinin ciddi şəkildə yoxlanılması həyata keçirilsin: “1999-cu ildən bəri seçilmiş bələdiyyə sədrləri torpaq talançılığı ilə məşğul olmuş və qeyri-qanuni yollarla milyonlara sahib olmuşlar. Bu gün də talançılığıla məşğul olanlar var. Böyük şəhərlərdə olan bələdiyyələrin keçmiş rəhbərləri ilə bağlı ciddi araşdırmaların aparılmasını istəyirəm. Əgər vahid informasiya sistemi yaradıb şəffaflığa nail olmaq istəyiriksə, keçmişi də unuda bilmərik. Qanunsuz torpaq satışı, qanunsuz sənədləşmə edənləri və şəhərdə məskunlaşmanı xaosa çevirənləri ciddi şəkildə cəzalandırmaq lazımdır”.

Mürtəza
Ölkə.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://olke.az
archiveBu xəbər 13 İyun 2025 14:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan və Qazaxıstan Transxəzər Fiber Optik Kabel Xəttinin çəkilişini başa çatdırıb

27 Avqust 2026 20:56see362

44 yaşlı Dima Bilan baba oldu

27 Avqust 2026 18:43see344

Əliaçıq olmaq təzyiqi normallaşdırır

27 Avqust 2026 22:01see340

“Tokayev Moskvanı benzin məsələsində aldatdı?”

27 Avqust 2026 18:55see274

Azərbaycan pambıq parça istehsalını 5 % dən çox artırıb

27 Avqust 2026 21:13see271

III “Ulduz Cup” başa çatdı

27 Avqust 2026 18:06see254

Ürək əməliyyatı keçirdi, xərçəngdən sağaldı Möcüzə

27 Avqust 2026 20:32see251

Türk aktrisa Nihal Yalçının son halı təəccübləndirdi (Foto)

27 Avqust 2026 21:38see249

“Tvente”nin futbolçusu: “Sabah meydanda əsl güc balansının necə olduğunu görəcəyik”

27 Avqust 2026 19:10see245

Acı qəhvə içmək qida borusu xərçəngi yaradır?

27 Avqust 2026 18:50see245

Azərbaycan və Türkiyənin Avstriyadakı səfirləri görüşdü

27 Avqust 2026 20:13see234

Dünyanın sonu yaxınlaşır Dəccal haqqında peyğəmbərlik gerçəkləşməyə başladı

27 Avqust 2026 23:51see233

Nepalda güclü daşqın: 389 ölü, 1400 itkin

27 Avqust 2026 22:12see233

Qiymətlər niyə yüksəlir? Hörmüz boğazının təsiri nə qədərdir, digər amillər hansılardır?

28 Avqust 2026 13:00see220

Onlar üçün kiçik ailə biznesləri yaradıldı Fotolar

28 Avqust 2026 18:00see207

Beşbarmaq: əsrlərin sirrini qoruyan müqəddəs dağ

28 Avqust 2026 15:04see202

Fransa 44 fələstinlini Qəzza bölgəsindən təxliyə edib

28 Avqust 2026 23:21see194

Cəmalanın 43 yaşı var...

28 Avqust 2026 21:07see185

Rusiya niyə qəsdən valyutasını zəiflədir?

28 Avqust 2026 20:06see184

“Mançester Siti”dən “Kristal Pelas”a 4 qol: Haland və Şerki dubl etdi VİDEO

29 Avqust 2026 01:33see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri