Millimizin iki oyunçusu xaricə gedə bilmir Səbəb
Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycan milli komandasının iki futbolçusu pasport problemlərinə görə DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində İslandiya və Ukrayna yığmalarına qarşı keçiriləcək oyunlarda iştirak etməyəcək.
Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, bunu AFFA-nın inzibati binasında təşkil edilən mətbuat konfransında komandanın baş məşqçisi Fernandu Santuş açıqlayıb.
Onun sözlərinə görə, “Sumqayıt”ın qapıçısı Mehdi Cənnətov və Albaniyanın “Partizani” klubunun hücumçusu Vüsal İsgəndərlinin pasport problemi var.
Qeyd edək ki, Azərbaycan milli komandası D qrupu çərçivəsində sentyabrın 5-də Bakı vaxtı ilə saat 22:45-də “Lauqardalsvollur” stadionunda İslandiya yığması ilə, sentyabrın 9-da isə saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda Ukrayna seçməsi ilə qarşılaşacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 29 Avqust 2025 12:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















