Icma.az
close
up
RU
Bəzilərinin bu gerçəklikləri görməməyinin adı nədir? Musa Qasımlı

Bəzilərinin bu gerçəklikləri görməməyinin adı nədir? Musa Qasımlı

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum”un rəsmi açılış mərasimində cənab Prezidentimiz İlham Əliyevin nitqində dövlət müstəqilliyimizin bərpa edilməsindən ötən illər, bu günümüz və gələcəyimiz baxımından prinsipial məna kəsb edən bir sıra məsələlər öz əksini tapıb. İlk növbədə, nitqdə “Əsrin müqaviləsi”nin ölkəmizə nələr verdiyinə dair sualının mükəmməl cavabı verilib.

Azərbaycanın 1994-cü ildən sonrakı ölkə daxilindəki və beynəlxalq aləmdəki bütün uğurlarının təməlində əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan enerji siyasəti, 1994-cü il sentyabrın 20-də beynəlxalq neft şirkətləri ilə imzalanan və sonralar “Əsrin müqaviləsi” adlandırılan sənəd dayanır. Müasir Azərbaycanın həyatının istənilən sahələrində bu sənədin yerinə yetirilməsinin təsiri şəksizdir. Müasir yollar, tunellər, infrastruktur, məktəblər, xəstəxanalar, universitetlər və s. buna misaldır.

“Əsrin müqaviləsi” regionda bütün geosiyasi və geoiqtisadi şəraiti dəyişdirdi. Sabitlik yaradıldıqdan sonra ölkəmizə xarici sərmayələr gəlməyə başladı. Təbii sərvət olan neftin Heydər Əliyev tərəfindən milli sərvətə çevrilməsi, bir neçə neft və qaz ixrac boru kəmərinin inşa edilməsi dövlətimizin müstəqilliyini və millətimizin azadlığını təmin edən başlıca amillərdən oldu. İndiki Rusiya-Ukrayna müharibəsi və ondan əvvəlki şərtlərdə ölkəmizdə şərait necə olardı?

“Əsrin müqaviləsi”ndə nəzərdə tutulanların yerinə yetirilməsi Ermənistan hakimiyyətinin azərbaycanlıları tarixi torpaqlarından vəhşicəsinə qovması və ərazilərimizin işğalı nəticəsində yaranmış 1 milyon nəfərdən çox qaçqın və məcburi köçkünün problemlərini həll etməyə imkan verdi. Çadır şəhərcikləri ləğv edildi, qaçqın və məcburi köçkünlərin sosial problemləri, övladlarının təhsil haqları və s. həll edildi.

“Əsrin müqaviləsi”nin həyata keçirilməsi nəticəsində millətimizin başlıca məqsədi olan ərazilərimizin düşmən işğalından azad edilməsindən ötrü güclü silahlı qüvvələr quruldu. Azərbaycan təkbaşına Vətən müharibəsi apararaq ərazilərini bir neçə dövlət tərəfindən müdafiə edilən təcavüzkar Ermənistanın işğalından qurtardı. Ona görə də qazanılan qələbə təkcə Ermənistan deyil, onun havadarları da üzərində qələbədir və dünya əhəmiyyəti daşıyır. Azərbaycan xalqı qalib millətə çevrildi. Yeni - qalib millət doğuldu. Dünyanın bütün ölkələrində azərbaycanlıların başlarını dik tutaraq gəzmələri bütün millətimiz üçün qürurdur!

Azərbaycan ərazisində işğalçı tör-töküntüləri, digər xarici ölkələrin qoşun hissələri yoxdur. Uzun illərdən sonra Azərbaycanın dövlət suverenliyi tam bərqərar edilib, xaricdən dəstəklənən separatçılığın kökü kəsilib. Bir daha sübut olundu ki, iqtisadi müstəqillik olmadan siyasi müstəqillik etibarlı ola bilməz və ya mümkün deyildir.

“Əsrin müqaviləsi”nin sayəsində bu gün Azərbaycan işğaldan azad edilmiş ərazilərini heç bir xarici yardım olmadan, təkbaşına, öz gücünə yenidən dirçəldir, keçmiş məcburi köçkünləri müasir infrastrukturun qurulduğu dədə-baba torpaqlarında evlərə, mənzillərə qaytarır. İşğaldan azad edilmiş ərazilərə artıq 50 min nəfərdən çox qaytarılıb. Dünyada ikinci bir dövlət varmı əvvəlcə 1 milyondan çox qaçqın və məcburi köçkünü yerləşdirsin, problemlərini həll etsin, sonra bütün xarici təzyiqləri rədd edərək təkbaşına müharibə aparıb ərazilərini işğaldan azad etsin, sonra da ərazilərini minalardan təmizləyə-təmizləyə dərhal da yenə də heç bir xarici yardım olmadan ərazilərini dirçəldərək insanları dədə-baba torpaqlarında yeni evlərdə və mənzillərdə heç bir ödəniş olmadan yerləşdirsin? Cavab aydındır! Bu, Azərbaycan örnəyidir!

“Əsrin müqaviləsi”nin sayəsində neft kapitalının insan kapitalına çevrilməsi işləri görülür. İndiyə qədərki tariximizdə rast gəlinməyən proqramlar - azərbaycanlı gənclərin xarici ölkələrin universitetlərdə ən müasir ixtisaslara yiyələnməsi həyata keçirilir.

“Əsrin müqaviləsi”ndən sonra nəqliyyat-kommunikasiya infrastrukturu da yeniləndi. Açıq dənizlərə çıxışı olmayan Azərbaycan bu gün dünyanın ən vacib nəqliyyat-kommunikasiya qovşağına çevrilməsi özü-özündən olmayıb. Bunu edən cənab Prezidentimiz İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan dövlətidir. Bir vaxtlar Napoleonun “Asiyanın yatmış aslanı” adlandırdığı Çin, Orta Asiyanın türk dövlətləri Azərbaycan üzərindən Avropaya çıxırlar. Azərbaycanın etibarlı tranzit rolu yeni müstəqil türk ölkələrinin dövlət müstəqilliyinin qorunmasında mühüm amildir.

“Əsrin müqaviləsi” Azərbaycanı Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində açar ölkəyə çevirib, ölkəmizin geosiyasi və geoiqtisadi əhəmiyyəti artıb.

“Əsrin müqaviləsi” ərazisinin bir sıra ölkələrdən kiçik, əhalisinin sayının az olmasına baxmayaraq, Azərbaycanı dünyanın sayılıb-seçilən dövlətlərindən biri edib. Azərbaycan ərazisinin həcmindən qat-qat böyük təsir gücü halına gəlib.

Bütün bu və digər faktların gerçəkləşdirilməsi əsası Heydər Əliyev tərəfindən qoyulan bütün, o cümlədən enerji siyasətinin cənab Prezidentimiz İlham Əliyev tərəfindən uğurla yerinə yetirilməsi nəticəsində mümkün olub. Bəzilərinin bu gerçəklikləri görməməyinin adı nədir?

Musa QASIMLI,

vitse-spiker

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:87
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 03 İyun 2025 15:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see203

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see187

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see159

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see150

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see146

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see137

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see136

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see131

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see129

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see128

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri