Icma.az
close
up
RU
BİAF 2025 : Festivalın parlaq kuliminasiyası

BİAF 2025 : Festivalın parlaq kuliminasiyası

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Heydər Əliyev Fondu və Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən Bakı Beynəlxalq İncəsənət Festivalı (BIAF) bu il möhtəşəm final proqramı ilə başa çatacaq. 14, 15 və 16 noyabr tarixlərində tamaşaçıları dünya səviyyəli iki teatr tamaşası və Azərbaycan musiqi mədəniyyətinin canlı əfsanəsinə həsr olunmuş təntənəli qala-konsert gözləyir.

Bakı - Xəzərin mədəniyyət paytaxtı, Şərqlə Qərbin qovuşduğu unikal məkandır.

Tarixən Böyük İpək Yolunun mühüm dayanacağı olan şəhər bu gün də xalqları birləşdirir və zəngin irsi ilə ilham mənbəyinə çevrilir. "BIAF 2025" bu birliyin yeni simvolu kimi, dünya incəsənətini Azərbaycan mədəniyyətinin dərinliyi və özünəməxsusluğu ilə birləşdirir.

Üçüncü həftənin proqramı

Tale və məhəbbət: "Anna Karenina" (İsrail/Fransa)

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində - dünyaşöhrətli Gesher Teatrı, məşhur rejissor Rimas Tuminasın əfsanəvi tamaşası ilə çıxış edəcək.

"Anna Karenina" - ustadın son əsərlərindən biri olub, Fransa və Macarıstanda böyük uğurla nümayiş etdirilib. Lev Tolstoyun dahiyanə romanına əsaslanan bu tamaşa məhəbbət, ehtiras və faciə haqqında dərin psixoloji və bədii yozumdur.

Tamaşalar 14 və 15 noyabr tarixlərində Azərbaycan Dövlət Akademik Musiqili Teatrında keçiriləcək.

Biletləri əldə etmək üçün rəsmi saytımıza daxil olun: www.biaf.az

Həyatın nəfəsi: "Müqəddəs bahar" (Rite of Spring)

Yan Lipin (Çin)

Çinin ən görkəmli xoreoqraflarından biri, "Şərqin Pina Bauşı" adlandırılan Yan Lipin, Stravinskinin məşhur əsərinə yeni, güclü və duyğusal baxış təqdim edir.

Onun "Müqəddəs bahar"ı - bədənin dirçəliş rəmzinə çevrildiyi, həyatın poeziyası ilə işıq və qaranlığın toqquşduğu valehedici səhnə əsəridir. Qədim Çin simvolikası ilə Avropa klassik musiqisinin sintezi nəticəsində yaranmış bu tamaşa artıq dünya səhnələrinin sensasiyasına çevrilib.

Tamaşalar 15 və 16 noyabr, saat 20:00-da Azərbaycan Milli Akademik Dram Teatrında baş tutacaq.

Biletləri əldə etmək üçün rəsmi saytımıza daxil olun: www.biaf.az

Polad Bülbüloğlu - 80 illik yubiley gecəsi

"BIAF 2025"in yekun tədbiri Azərbaycanın böyük bəstəkarı və mədəniyyət elçisi Polad Bülbüloğlunun 80 illik yubileyinə həsr olunur.

Gala axşamı onun zəngin yaradıcılığına ehtiram göstəricisi və musiqi bayramı olacaq. Gecədə dünyaşöhrətli skripkaçı və dirijor Dmitri Sitkovetski çıxış edəcək.

Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında ustadın ölməz musiqiləri səslənəcək.

Orkestrin dirijoru - Fuad İbrahimov.

Yekun konsert 16 noyabr (bazar günü), saat 20:00-da,

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçiriləcək.

Biletlərin sayı məhduddur. Ətraflı məlumat və biletlərin satışı üçün: www.biaf.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://oxu.az
archiveBu xəbər 20 Oktyabr 2025 16:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see163

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see141

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see139

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see136

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see133

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see129

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri