Bibərin yanında qətiyyən əkilməyəcək bitkilər: ən pis qonşular
Lent az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bağda bitkilərin yerləşdirilməsini əvvəlcədən planlaşdırmaq vacibdir — bu, hər bir sahədən maksimum məhsul əldə etməyə kömək edir. Bibər bağlarda yaxşı yetişir. Lakin bol məhsul almaq üçün ona düzgün qulluq etməklə yanaşı, qonşu bitkiləri də düzgün seçmək lazımdır.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, bəzi bitkilər bibərin inkişafını zəiflədə, torpaqdan qidaları çəkə, xəstəlik və zərərvericilərin yaranmasına səbəb ola bilər.
Kartof
Kartof və bibər eyni fəsiləyə - badımcançiçəklilər fəsiləsinə aiddir. Buna görə də onların xəstəlikləri oxşardır.
Əgər onlar yanaşı əkilərsə, fitoftoroz və göbələk infeksiyalarının yayılma riski artır. Bundan əlavə, bu bitkilər torpaqdakı qida maddələri uğrunda rəqabət aparır.
Badımcan
Badımcan da badımcançiçəklilər fəsiləsinə aid olduğundan eyni zərərvericilər — məsələn, Kolorado böcəyi və mənənə tərəfindən zədələnir. Bu bitkilər yanaşı yetişdirilərsə, zərərvericilər bütün sahəyə sürətlə yayıla bilər.
Pomidor
Pomidor və bibər istixanalarda tez-tez birlikdə yetişdirilsə də, açıq sahədə belə qonşuluq tövsiyə edilmir. Hər iki bitki eyni qida maddələrinə ehtiyac duyduğundan bir-biri ilə rəqabət aparır və nəticədə məhsuldarlıq zəifləyə bilər.
Baxış sayı:137
Bu xəbər 14 May 2026 16:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















