Icma.az
close
up
RU
Bilal Əliyev: “Toy müğənniləri də Xalq artisti ola bilər”

Bilal Əliyev: “Toy müğənniləri də Xalq artisti ola bilər”

Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Son illərdə mədəniyyət sahəsində ən çox müzakirə olunan mövzulardan biri də bəzi sənətçilərə fəxri adların – xüsusilə də Xalq artisti adının verilməsi ilə bağlıdır. Cəmiyyətin bir qismi hesab edir ki, bu titula layiq görülən ifaçıların hamısı gözləntiləri doğrultmur.

Onların yaradıcılığı və fəaliyyətləri tez-tez mübahisələrə səbəb olur, ictimai rəydə “Xalq artisti adına həqiqətən kim layiqdir?” sualı gündəmə gəlir.

Yenisabah.az-a açıqlama verən Xalq artisti Bilal Əliyev isə bu fikirlərlə razılaşmadığını bildirib. Onun sözlərinə görə, dövlət səviyyəli tədbirlərdə iştirak edən ifaçıların əksəriyyəti həmin adlara tamamilə layiqdir: pizza

“Bu fikirlərlə razılaşmıram. Bəzən insanlara elə gəlir ki, Xalq artisti və ya Əməkdar artist adı alan ifaçılar həmin rütbələrə laiq deyillər. Mənə görə dövlət səviyyəli tədbirlərdə iştirak edən ifaçıların əksəriyyəti bu adlara laiq olmalıdır. Çünki bu tədbilərdə iştirak edən hər bir ifaçı xüsusi ilə seçilir. Sıradan oxuyan hansısa ifaçını o cür mötəbər tədbirlərə dəvət etmirlər. Mən özüm şəxsən şahidəm bu proseslərə. Ad çəkməyəcəm, amma elə Xalq artistlərimiz və Əməkdar artistlərimiz var ki, iştirak etdiyim tədbirlərin əksəriyyətində bizimlə yan-yana olublar. O ifaçıların hər biri bayram tədbirlərində, özəl günlərdə, hətta qışın soyuğunda belə hərbi hissələrdə əsgərlərə konsert veriblər. Lakin bu cür tədbirlər adətən mediada çox işıqlandırılmadığı üçün insanlar həmin şəxslər haqqında məluatsız qalırlar. Sonra Xalq artisti adı veriləndə hər kəs ayağa qalxır ki, filan ifaçı bu ada layiq deyildi”.

Xalq artisti qeyd edib ki, həmin sənətçilərin fəaliyyətləri çox vaxt görünmədiyindən ictimaiyyət onları yalnız toy məclislərində tanıyır:

“O sənətçilərin hər biri karifeylərlə birgə səhnə alıblar. Gözə görünmədikləri üçün, xalq onları həmin titullara layiq bilmir. Hazırda həmin sənətçilər daha çox toylarla gündəmə gəlirlər. Bu da onları xalqın gözündə “toy müğənnisi” olaraq robotlaşdırır. Əslində müğənninin toylarda səhnə almasını da qınamaq olmaz. Ona görə ki, hazırki dövrdə toy onların qazanc yerləridir. Pul isə hər kəsin ehtiyac duyduğu bir şeydir. Əgər maddiyat olmasa, ifaçı gündəmdə qala, konsertlər verə bilməz”.

Bilal Əliyev əlavə edib ki, adı çəkilməyən həmin sənətçilərin bir çoxu müxtəlif dövlət tədbirlərində iştirak etməklə xalqa xidmət göstərirlər:

“Adını çəkmək istəmədiyim həmin Xalq artistlərinin hər biri Müstəqillik Günü, Yeni il bayramı, Novruz şənlikləri kimi tədbirlərdə iştirak edir. Bunlar özü də bir növ xalqa xidmət sayılır. Yenə də xalqın gözü tərəzidir, ola bilər ki, onlar bizim görmədiklərimizi görə bilərlər. Mən sadəcə şəxsən şahid olduqlarımı bildirmək istədim ki, bəzən səhnə arxasını hər kəs görə bilmir”. 

Aydan Hacı 


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:179
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 29 Sentyabr 2025 16:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri